Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ananızın ən yaxın dostunuz olduğunu göstərən sübutlar!
Ananızın ən yaxın dostunuz olduğunu göstərən sübutlar!
Göndərən: cinqosh
Şərhlər: 24
Baxılıb: 885
Səs ver:
Doğulduğunuz gündən bu günə, sizin xoşbəxtliyinizi düşünən tək bir insan var bu həyatda: Ananız.Baxıcıya ya da körpələr evinə əmanət edilərkən qıçlarının arasından ayrıla bilmədiyiniz, sizi buraxmaması üçün ağlama krizlərinə girdiyiniz ananız!

Siz balaca olanda sırf siz əylənin deyə saatlarla oynadığınız evcilikləri, çıxdığınız alış-verişləri, məktəbdən evə gəldiyinizdə bütün gün yalnız sizi gözləmiş kimi hiss etdirdiyi zamanları xatırlayın və söyləyin: Dünyada anadan daha mükəmməl bir "dost" ola bilərmi?

Zaman zaman məsafəli kimi görünsə də, həyatınızda olub bitənlər haqqında dedi-qodu etməkdən ən az sizin qədər zövq alar, böyümənizə baxmayaraq hələ həyatınızda olub bitənləri ilk olaraq gedib ona izah etməyinizi gözləyər və əsl dost kimi  tövsiyələr verər sizə. Yetər ki, siz istəyin.

Bir az reallıqdan bəhs edək; hansı dostunuz sizi gözəl xasiyyətləriniz üçün təbrik edər və bunlardan həqiqətən qürur duyar? Ya da kim dırnaqlarınızı yeməməniz üçün gecə gündüz sizi xəbərdar edər? Kim özünə heç bir faydası olmayan yaxşılıqlar edər sizə? bu qədər fədakar və düşüncəli biri harada tapılar? Evdə, təbii ki, evdə.

Budur ananızın, əslində sizin ilk və ən yaxşı dostunuz olduğunu sübut edən 20 dəlil!
Qadınlar.Biz təqdim edir.

1. Nə olursa olsun, hər vaxt sizin tərəfinizdədir.
Haqlı ya da haqsız olun, ananız hər zaman sizin tərəfinizi saxlayacaqdır. O, heç vaxt sizing məğlub olduğunuzu görmək istəməz, buna ehtimal verməz və ona görə davranar. Dostluğun da birinci qaydası bu deyilmi?

2. Həyatınızda olub-bitənlərə və gələcək planlarınıza sizdən daha çox əhəmiyyət verər.
"Axşam nə yeyərsən?", "istirahət günü nə edəcəksən?", "Sən nə geyəcəksən?" və buna bənzər minlərlə narahatlıqlar. Hansı dostunuz özündən əvvəl sizin yemək və geyiminizlə maraqlanar?!

3. Bütün növ filmlərə, video oyunlarına və oyun parklarına, sırf sizi xoşbəxt görə bilmək üçün dözər.
Dostluqlarımızdan da zaman zaman belə fədakarlıqlar görürük, ama bu qədər böyüyünü bir tək analar edər.

4. Yer üzündə kifayət qədər qalın geyinib-geyinmədiyinizə əmin olmaq istəyən tək adam odur.
Və yaxud da yanına çətir götürüb-götürmədiyinizə nəzarət edən, dəsmala ehtiyacınız olar deyə çantanızın bir küncünə bir paket sıxışdıran, pis bir yuxu gördüyünüzdə mənasıyla ən az sizin qədər maraqlanan, qarnınızın həqiqətən doyub doymadığından əmin ola bilməyən adam da ananızdır. Hansı dost bunlarla maraqlanar ki?!

5. Çox müvəffəqiyyətli olmasa da, sizin həyat tərzinizə uyğunlaşmağa çalışar.
Ananızı sizdən daha yaşlı olduğu və həyat tərzinizi çox yaxşı anlaya bilmədiyini, bəzi zamanlarda sizə ayaq uydura bilmədiyini düşünsəniz də, əmin olun ananız anladığı qədəriylə belə sizə köməkçi olmağa hazırdır. Hansı dostunuz öz həyatını sizin həyatınıza uyğunlaşdırmağa çalışar ki?!

6. Birlikdə oturub dərdləşə biləcəyiniz ən həssas insan odur.
Sizin dərdlərinizə ananız kimi içdən-içə həssaslıqla şərik olan dostunuz varmı?!

7. Özünə heç bir faydası olmasa da, hər mövzuda müvəffəqiyyətli olduğunuzu görmək istər.
Ana bu həyatda yeganə dostdur ki, özünə aid olmayan bir müvəffəqiyyətin qüruruyla yaşayar, heç vaxt bəzi dostlarınız kimi uğurunuzun dildə də olmasa ürəyində paxıllığın çəkməz.

8. Sizə hər vaxt özünüzü xüsusi hiss etdirməyə çalışar.
Gün boyunca başınıza gələnləri tək söz etmədən dinlər, canınızı sıxan bir şey varsa ən sevdiyiniz keksdən, peçenyedən hazırlayar və əhvalınızı yüksəltməyə çalışar Müvəffəqiyyətli ya da müvəffəqiyyətsiz, girişdiyiniz hər işdə yaxşı olduğunuzu, fərqli olduğunuzu sizə isbat etməyə çalışar.

9. Xarici görünüşünüzə sizdən daha çox əhəmiyyət verər.
Ən yaxın dost hesab etdiyiniz birindən belə daha dürüst davranacaq birini axtarırsınızsa ananıza gedin. Ucları yaşıla boyanmış saçlarınızın, qaşınızdakı piercingin və çiyininizdəki mənasız döymənin bərbad göründüyü sizə etiraf edəcək ilk adam o olacaq. Zamanında yetkinliyin verdiyi tündxasiyyətliklə "sən nə anlarsan" deyə düşünsəniz də, zamanla əslində anlamayanın siz olduğunu görürsünüz.

10. Öz ad gününü qeyd etmədiyi halda sizinkini mütləq qeyd edər.
Ad gününüz sizə xüsusi ola bilər, amma unutmayın ki, bu gün sizin üçün nə qədər xüsusidirsə, ananız üçün də bir o qədər mənalıdır. Dünyaya gəldiyiniz, sizi ilk qucağına götürdüyü gün qətiliklə digər xüsusi günlərdən üstündür onun üçün. Heç ad gününüzü unutduğu il olubmu? Ama boynunuza alın ki, ən yaxın dostunuzun belə sizin ad gününüzü unutduğu il olub!

11. Sizə nə alınması lazım olduğunu ondan daha yaxşı bilən kimsə yoxdur.
Etiraf edin ki, hələ alış-verişə çıxdığınızda yanınızda ananızı axtarırsınız, qərar vermədən əvvəl kaş ki bir soruşsam deyirsiniz deyilmi? Bilirik...

12. Etdiyiniz bütün yalnışlıqlarda ananız həmişə yanınızda bir yerlərdədir.
Eynilə bütün whatsapp danışmalarınızı oxutduğunuz, "bax bu aramızda amma" demələrə doya bilmədiyiniz yoldaşlarınız kimi.

13. İstədiyiniz qədər saxlayın; o hər şeyi bilər, o hər şeyi hiss edər.
Kiçikkən altınıza qaçırmanızdan tutmuş, qonşunun uşağına aşiq olmanıza qədər utanc verici hər anınızı sizdən daha yaxşı xatırlayan bir qadından bəhs edirik, daha nəyi necə saxlayacaqsınız ki?
Nə vaxt canınız sıxılsa, nə vaxt xoşbəxtlikdən yerinizdə dayana bilmədiyinizdə ananız bunu anlar və öyrənənə qədər də əl çəkməz. Çox da məcbur etməyin məncə, izah edin getsin.

14. Hər vəziyyətdə yeməyini sizinlə paylaşar.
Ac-tox fərq etməz, analar uşaqlarının qarnı doymamış iştahla yemək yeyə bilməzlər, boğazlarından keçməz. Bəs dost adlandırdıqlarınız necə, ac ola-ola sizin qarnınızı doydurarlarmı?

15. Ən əhəmiyyətsiz görünən problemlərinizi belə maraqla dinlər, tövsiyə verərkən hər vaxt dürüst davranar
Analar övladına qarşı böyük səbr göstərər hər zaman. Səbrlə dinlər və dürüst tövsiyələr verər. Bəzi dostlarınız kimi sizin fitilinizi yandırmağa çalışmaz!

16. Dost dar gündə tanınar.
Pis, yaxşı fərqi yoxdu, ananız hər halınızda yanınızda olmağa çalışan yeganə insandır bu həyatda. Xəstələndiyiniz zaman bir dostunuza zəng vurub sizə baxmağını istədiyiniz an "ay bu gün mənim çox vacib işim var idi axı” deyib ürəyində "xəstəliyi birdən mənə də yoluxar” deyə imtina edər. Lakin ananız xəstəliyinizin ona da yoluxa biləcəyini ağlının ucuna belə gətirməz!

17. Sizdən gələcək pis xəbərləri də dinləmək istər.
Kədərli olduğunuz hallarda dediyiniz "Heç nə olmuyub" cümləsinin arxasında dedektiv kimi gəzən ananız, işin ucunu təbii ki, buraxmayacaq. Bütün kobudluğunuzla, bütün sinirinizi ondan çıxarmağa çalışsanız belə, yenə də sizi dinləyəcək və olub-keçəni ilk sizdən eşitmək istəyəcəkdir.

18. Xasiyyətcə sizə ən yaxın olan insan ananızdır.
Yaxşı, siz tam bir dəli olduğunuzu iddia edə bilərsiniz; lakin ananızı bir az araşdıracaq olsanız, dəliliyinizin ondan sizə keçdiyini anlayacaqsınız. Bu gün bir konsertə getmək üçün evdən qaçırsınızsa bilin ki, ananız da öz zamanında eynisini bəlkə kinoya getmək üçün etmişdir. Sahib olduğunuz nə qədər xasiyyətiniz varsa, bir çoxunu ananıza borclusunuz unutmayın.

19. Neçə yaşınız olursa olsun, ən kiçik müvəffəqiyyətinizi belə izah etmənizdən  zövq alarlar.
Kiçikkən "Bu gün müəllim mənə afərin dedi" , böyüyüncə "Bu gün ilk dəfə yemək bişirdim" kimi kiçik nailiyyətlərinizi, ananız bütün yoldaşlarınızın əksinə, ömrünün sonuna qədər, lazımlı-lazımsız hər müvəffəqiyyətinizi saatlarla izah etsəniz yenə də xoşbəxtliklə dinləyəcək.

20. Unutmayın ki, xarakterinizi meydana gətirən genlərin yarısı ananızdan gəlir.
Bir sözlə, sizin xarakterinizə dözəcək, sizi hər halınızla başa düşəcək, yeganə insan ANANIZDIR!!!


Şərhlər: 24
Baxılıb: 885
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Menim en yaxsinimdi Anam shukurki peshmanciliq

Menim anam menim en yaxin dostumdu her sheymi bilir birde evveler dayim arvadi ele idi anam qeder sevirem onu
17 iyun 2015 01:39
# 24
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Melissa
maragli idi oxudum)
16 iyun 2015 10:57
# 23
Cimbom Nilay
Benim annem Hep hastane, ev, hastane, ev...offf hemsire hmmm
15 iyun 2015 21:44
# 22
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
tek umidim sen
Maraqlidi... maraq;la oxudum
15 iyun 2015 21:38
# 21
Kadın derin ama adam yüzme bilmiyor...
Catwoman666
Sitat: siyah gece
Yeni) qadin biz sayitida by sayitin davamidi?

coxxxx kobud qrammatik sehve yol veribsiniz. SAYT yazilir artada i herfi yoxdur!! davami falan deyil. o basqa sayt bu basqa. neticede ikisi de qadin saytidir
15 iyun 2015 17:34
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
my_angel
Allah analarımıza sağ can,uzun ömür versin,onları bizim başımız üstündən əskik etməsin.
15 iyun 2015 10:54
# 19
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
aRzuM209
Sitat: WiRiN BaLaM
Allah anamı mənə çox gorməsin uzun omur can sağlıgı versin amin...

Amin c emi analarii
15 iyun 2015 10:25
# 18
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
Dosta_inam
Allah bütün analari qorusun,anam menim her şeyimdir,onsuz bir heçem men.
15 iyun 2015 06:33
# 17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
FISTIK
heart Men subutsuzda anami ozume en yaxin dost bilirem subuta ehtiyacimda yoxdu. Amma burda yazilanlarda dogru ve menali cumlelerdir.Ana qizinin en yaxin dostudu. Menim anamda eledi Allah butun analari qorusun eskik etmesin. heart
15 iyun 2015 02:59
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Meleknur
En yaxin refiqem,padruqam,canim,heyatim,yawama sebebim,olmazsa olmazim canimin ici doyunen ureyimdi o olmazsa mende olmaram Allaha analarimizi bize cox gormesin Allah canlarin hemiwe sag elesin ovladlari ucin canlarindan kecmeyehazir olan analarin ellerinden opurem onlar candilar cana dermandilar ♥Yawasin Analarimiz♥
15 iyun 2015 01:52
# 15
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
WiRiN BaLaM
Allah anamı mənə çox gorməsin uzun omur can sağlıgı versin amin...
15 iyun 2015 01:51
# 14
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Antikvar
Çox maraqla qürürla oxudum bir ana olaraq.Bəli biz analar beləyik övladını sevən övladına canını belə verməyə hazır olan analarıq.Dəyər veririk,önəmsiləyirik,dinləyirik,hər zaman yanında oluruq,dəstəkləyirik və.s. hərəkətləri edən biz analarıq.Amma birinci yazı ilə razılaşmadım,mən uşaqlarımı hər etdiyinə hə demirəm göz yummuram,əksinə üzünə vururam,gələn dəfə təkrarlamasın deyə,ikinci dəfə o səhfi etməsin deyə,övladın hər pis xarakterinə göz yummaq olmaz yoxsa gələccəkdə başına dərd olar.
Allah analarımızı,hətta atalarımızı belə canını sağ etsin,onların bizzim üstümüzdən əksik etməsin.
Analar heç zaman övladlarının pisliyini istəməz,əyər sizlərin hə dediyinə analar yox deyirsə inanın bir bildiyi vardı,sizin keçdiyiniz yolları onlar o yaşına qədər təcrübə toplayıblar,sizlərində keçdiyi yollarda özləri kimi səfh addım atmanızı istməzələr,incimənizi zərər gəlməsini istməzlər.Hər zaman bir deyimim var:
(Analar xaricən qəddar görsənsədə,daxilən övladına yox deyə bilməyəcək qədər həssasdılar)Eyər "yox"deyirsə inanın gənc qızlarımız o "yox"kəlməsinin daxilində sizləri qoruyacaq fikirləri vardı..
Tşk mənalı xəbər üçün)
15 iyun 2015 00:19
# 13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Analar bizi şərtsiz, səbəbsiz sevən tək insandır , digərləri çünki'lərlə sevər...Allah bütün əsl anaların canını sağ eləsin...
14 iyun 2015 23:53
# 12
_BELOSNEJKA_
AANAMİ HEYATDA HECNEYE HECKİME DEGYİSMEREM ONU COX SEVİREM SUBAYLİQDA HER SİRRİMİ DEYERDİM ANAMA EVLENDİKDEN SORA İSE DEMİREM YAXSİ SEYLER DEYİREM ANCAQ ALLAH ANALARA DEYMESİN ONLARA CAN SAGLİGİ VERSİN UZLERİ HERZAMAN GULUSLE DOLU OLSUN AMON İNSALLAH
14 iyun 2015 23:52
# 11
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
aziz a
Allah butun analari qorusun..
14 iyun 2015 23:45
# 10
Qelbim doludu !!!!
Ela
Allah butun valıdeyınlerı gorusun Amın
14 iyun 2015 23:44
# 9
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Happy
Allah anami mene chox gormesin. Her zaman menim uchun narahat olur, 1 gun sesimi eshitmese ureyi partdiyar. Canimdi o menim!
14 iyun 2015 23:42
# 8
vipbetul
Rebbim valideyinlerimize uzun omur can saliqi qismet etsun insallah, onlar bizim bas tacimizdir
14 iyun 2015 23:36
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Anam menim heyatda en güveneceyim insandi Allah bütün analarimiza can saqliqi versin
14 iyun 2015 23:21
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aliceWOnDer
anam menim tek anam deyil , dostum, sirrdasim, bacim, meleyim mucux
14 iyun 2015 23:21
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
lakin ele analar varki anlamir qizlarini onlarin problemini cozmek ucun onlarla dost olmaq evezine aralarinda bir divar bir bariyer qururlar ve bunun neticesinde de qiz ozune refiqe axtarisinda olur.eger qiz orda burda telefonda padruqalari ile derdlesirse,meslehet alirsa bunun gunahkari o divar quran anadadir qizda yox!!
14 iyun 2015 23:19
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Anam menim dostum sirdawim herweyimdi
14 iyun 2015 23:15
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ayka95
heyatimda en yaxin dostum anam ve bacindi
14 iyun 2015 23:06
# 2
BARBI
Heyatda en yaxin dostum anamdir. Butun sirleri derdlerimi sevinclerimi yalniz onunla paylasiram
14 iyun 2015 23:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz