Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əcnəbiyə ərə getmək istəyirsiniz? - O zaman diqqətlə oxuyun
Əcnəbiyə ərə getmək istəyirsiniz? - O zaman diqqətlə oxuyun
Göndərən: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 830
Səs ver:
Italyan
İtalyanlar görünüşcə azəri oğlanlarını xatırladırlar. Mülayim xasiyyətləri və qonaqpərvərlikləri ilə heç də bizimkilərdən geri qalmırlar. Hörmətçil və mehribandırlar. Simalarındakı ciddi və sərt çizgilər onları daha cazibəli göstərir. İtalyanlar qadın gözəlliyi qarşısında acizdirlər. Bu da onların ehtiraslı olduqlarına işarədir. İtalyan oğlanlar sevdikləri qadına qarşı əsl centlmenlik göstərirlər. Bahalı hədiyyələr, ən prestiç restoranda şam yeməyi ilə qadını valeh edirlər. Bu millətin nümayəndəsilə məhəbbət macərasında hər şey əla getsə də, evlənmək məsələsinə gəlincə o, geri çəkiləcək. çünki o, hər qadını ailəsinə təqdim edib, anasına göstərməyi özünə sığışdırmır. Hər şey əksinə də ola bilər. Sevgilin hisslərinə qapılıb, səndən ötrü əldən-ayaqdan gedib, ilk görüşdən evlənməyi təklif etsə də, ikinci görüşdə bu barədə heç söz də acmayacaq. Sevginiz evlənməklə bitsədə, unutma ki, italiyalı oğlan ömür boyu anasından asılı olacaq, çünki o, əsl anauşağıdır.
 
Alman
Almanlar min ölçüb, bir biçəndir. İşlərini dəqiq quran və məsuliyyətlidirlər. Onlar özlərini yüksək mədəniyyət sahibi hesab etdiklərindən simalarından ciddilik heç vaxt əskik olmur. Lakin buna baxmayaraq, alman oğlanlar açıqqəlbli və mehribandırlar. Bu millətin oğlanlarını xasiyyətcə iki qrupa ayırmaq olar: onlardan bəziləri vaxtlarını boş əyləncələrə xərcləməkdənsə, kitab oxuyub, biliklərini artırıb, yeni dil öyrənməyi üstün tuturlar. Digərlərisə saatlarla barda oturub, pivə içib, futbola baxmağı sevirlər. Almanla görüş şox darıxdırıcıdır. çünki onların söhbəti ancaq işə aid, gələcək planlar haqqında olur. Qadın seçimində gözüaçıq olurlar. Əgər almanla olan sevginiz evliliklə bitirsə, demək, sən həmişə evdar qadın kimi ev işləri ilə məşğul olacaqsan. Almanlar deyirlər ki, ailədə hakimliyi kişi etməlidir. Qadınsa həmişə kişinin qulluğunda hazır olmalıdır. çünki almanlar cox təmizkar olurlar.
 
İngilis
İngiltərəlinin xasiyyəti onun hansı sosial təbəqəyə mənsub olduğundan asılıdır: əgər sevdiyin insan sıravi bir işçidirsə, onunla yola getmək sənə çox asan olacaq. O, ürəyiaşıq və sadəlövhdür. Orta təbəqəli ingilis isə özündən razıdır. Heç nəyi bəyənmir, hər şeyi özünə yaraşdırmır. Onunla söhbət zamanı gərək sözlərinə fikir verəsən. O, problemləri dinləməyi xoşlamır. Lakin aristokrat ingilisin xasiyyəti digər təbəqəyə nisbətən daha qəlizdir. Onlar ayaqüstü yeməz, metroya və ya avtobusa minməzlər. Səni nə qədər sevsə də, o, səninlə şəhərdə gəzib, istədiyin hər çılğınlığı etməz. Sevgilin centlmen ailəsindən, nənə və babasının hansı soya mənsub olduğu haqqında bir xeyli danışıb, ondan zövq alacaq. Bu cür söhbətdən sonra sən özünü kasıb bir kəndli qızı kimi hiss edəcəksən. Sən də özün haqqında danışanda mütləq hansı nəslə mənsub olduğun haqqında ona məlumat ver. Əgər sosial təbəqəsindən asılı olmayaraq, ingilisə ərə getməyə qərar verdinsə, hər səhər südlü kofe və qayğanaqla onu sevindirməli olacaqsan. Bu cür səhər qəlyanaltısı etmək ingilislərin köhnə adətidir.

Türk
Başqa millətlərdən fərqli olaraq, türklər çox qısqanc olurlar. Ailələrinə bağlı və xanımına hörmət edəndirlər. Onlar üçün həyat yoldaşının vəzifəsi evin xanımı olub, uşaqlara və ərə layiqincə qulluq etməkdir. Türklər ailəni qoruyub, ona qayğı göstərməkdən böyük zövq alırlar. Onlar kişi və qadının dost münasibətinin tərəfdarı deyillər. Əgər türk yoldaşınla yola getmirsənsə, bil ki, ailədə uşaq anadan olandan sonra münasibət dəyişəcək və o, sənin hər istəyini həyata keçirəcək. Türklər üçün soylarının davam etməsi vacib məsələlərdən biridir. Başqa millətlərə nisbətən, türklər daha səbirli, işlərindəsə dəqiq olurlar. Türklər təmizkar qadını qiymətləndirirlər. Əgər türkə ərə getmək istəyirsənsə, onun harada yaşadığına diqqət yetirməlisən. Türkiyənin xəritəsini qarşına qoyub, Şimaldan Cənuba qədər düz xətt çəkib, xəritəni iki yerə ayır. Əgər sevdiyin insan xəritənin sol hissəsində yaşayırsa, onunla yola getmək olar. Yox, əgər sağ tərəfində yaşayırsa, sənə bu insanla çox cətin olacaq.
 
Ərəb
Əsl İslam qaydalarına riayət edib, ailəsini də bu tərzdə tərbiyələndirir. Qadına hörmət qoyub, ona qayğı göstərir. Ərəblər deyirlər ki, qadın kişiyə Allahın əmanətidir. Onlar qadının kişi üzərində əməyinin çox olduğunu vurğulayırlar. Qadının haqqını yeməz, onun pulundan istifadə etməyi haram sayarlar. Ərəblər deyirlər ki, qadının pulu ruzusuz olur. Ona görə də onun puluna əl uzatmazlar. Ailədə hakimliyi kişi ələ alır. Ona görə də qadını işləməyə qoymaz, başqa kişilərlə ünsiyyətdən çəkindirərlər. Lakin ərəblərdə çoxarvadlılıq var ki, bu qanunu da hər qadın qəbul etməz.

Çinli
Xasiyyətcə özlərinə qapalı olurlar. Lakin onlarla yaxından tanış olduqdan sonra görəcəksən ki, çinlilər çox səmimi və sözü üzədeyəndirlər. Hər insana etibar etmirlər. çinlilər başqa millətlərlə ünsiyyətdə olmağı xoşlayırlar. çinliyə ərə getməyi qərara almısansa, demək, ailənin ağsaqqalına layiqincə qulluq etməlisən ki, ərin hörmətini qazanasan. çinlilər qohumluq münasibətlərində də həssasdırlar. çinlinin arvadı olmaq asan deyil. Hətta onun qohum-əqrəba münasibətlərində də diqqətli olmalısan.

Ancaq ən məsləhətlisi elə öz millətimizin nümayəndələridir, hər quş öz sinfindən olan quşla uçur, qartal qartalla, göyərçin göyərçinlə... İnsan övladı da öz xalqına üstünlük verərsə daha xoşbəxt olar...


Şərhlər: 19
Baxılıb: 830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aytil
mence turk daha yaxsiidi
18 aprel 2015 19:21
# 19
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Qlamurr
Axırıncı abzasla nöqtə,vergülünə qədər razıyam....Öz oğlanlarımız daha yaxşıdı,nəinki əcnəbi...
18 aprel 2015 19:04
# 18
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
Göyərçin goyercinle yox göyərçin quşla ucsa olmaz? 122 maraqlıdı ama başqa millətə ərə getmək istəmərəm özümüzünkülər nə yerə durur. Hər xalqın özünə görə maraqlı adətləri var .Amma azeri kişisinin yerini heç kim tuta bilməz . dedikləri dedikdi. Halbuki biz qadınlar da kişilərdən heç geri qalmırıq dediyimizi elətdirmək barədə
maraqlıydı Təşəkkür edirəm
16 aprel 2015 23:37
# 17
GünƏşimƏ_AiD_
Her bir oldekede maraqli nese var.men en cox ciddi sifetli qalin sesli.amma dansianda adamin ureyne isliyen biri olabiler.ciddi sifet o demek deyilki daha ele gezsin yox danssin gulsun..ele oz oqlanlarimiz yarasiqdada hamsindan geseydi.mence.bizi basa duseler dusseler bize dozlere anacaq bizimkiler doze bilerler 122 122
16 aprel 2015 17:52
# 16
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
WiRiN BaLaM
oz milletimiz daha yaxsi
16 aprel 2015 16:19
# 15
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Baharim ol
Men ecnebiye ere getmeye hemise qorxmusam.rayondan basqa rayona ere gedende oyresmek cetin gelir.hele qaldi basqa olke basqa adetler.insanlar.lap evlenenden sonra Azerbaycanda qalsa nece risk etmerem men.ama gedenlere de pis baxmiram.hetta cesaretlerine heyranam
16 aprel 2015 16:03
# 14
Ama yenede
vipbetul
en azindan ona gore dushunmemeliyik ki dinimiz dinlerinden ferqli irqimiz ferqli yasham tarzimiz ferqlidir,esasi yenede dinimi goturerek hec vaxt bele bir sey haqqinda dushunmerem,ele oz milletimizden olduqda suni sie gotursek sie olaraq bile yenede sunnini secmerem ne cox ki Azeridi dinimizde birdi,cox sukur,Allah axlimizi elimizden almasun Amin insallah
16 aprel 2015 15:46
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Poyezd usol .ecnebi menim kaprizlerime dozmez yada onu basa salana kimi.men meni yaxsi basa dusen seven biriyle evliyem.evli mutlu cocuklu.

Turk kisileri qadin doymeye gore dunya olkeleri siyahisinda 1ci yerdedi statistika bele deyir.
16 aprel 2015 15:25
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lelos
Ele ozumuzunkuler yaxsidi ne isimiz var ecnebilerle
16 aprel 2015 14:58
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Meleknur
Xarici bir oglan hec duwunmemiwem duwuneceyimide sanmiram lazim deyil
16 aprel 2015 14:37
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Rakella
en yaxsisi oz miletimizdi etimizi yeselerde sumuyumuzu atmazlar
16 aprel 2015 13:41
# 9
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
umumiyyetle evlenmek firim yoxdu
16 aprel 2015 13:03
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Hələki elə bir fikrim yoxdu azərilərə nə gəlib?
16 aprel 2015 12:35
# 7
İçimi görsən mənə aptek alarsan.
Zeynep_Fatih
Hec vaxt ecnebi oglanla evlenmerem
16 aprel 2015 12:28
# 6
Antikvar
Bu siyahida olan oglanlar adina ve madiyyatina gore analiz edilib.Nece?Italiya romantik seherdi ve oglanlarida qeyd olunub romantikdan Cox qeyd olunub ve.s.
Hansisa engellere gore (engel dedikde kisinin arvada qadaga qoydugu bir cox amilleri nezerde tuturam)xarici kisilere ustunluk vermek duzgun olmaz.Kisinin evde ozune gore bir hokmu olmalidi.Bizim milletimizin oglanlarinin yaxsisida var piside.Nece nefere gore hamsinin adinida bed etmeyek.Ne gelibki bizim milletimizin ogullarina gedib basqa milletle aile heyati quraq.Turkler haqqinda yazilmis deyimler ile hec razi deyilem.Turk kisilerinjn bir coxlari qadin zorakiligini bizdende pis derecede senetkaridilar.
Sondada duzgun qeyd edilib hemen sozlerle cox raziyam.
16 aprel 2015 12:24
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
aliceWOnDer
Duzu bizim oğlanar bir az geri zəkalıdı her şeyə pis baxılar....Amma ən yaraşıqlı bizim oğlanlardı gələcəktə ailə qurmaq eşkinə duşsəm ki olacaq o zaman azeri oğlu ilə olar
16 aprel 2015 10:41
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
men xarici insanla evlenmeyi heç istememişem,öz elinin oğlu ile evlen istersen get xaricde yaşa,eger xarici devlete marağin varsa.
16 aprel 2015 10:40
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Düzdü bu cür istəyim olmasada oxudum)) və elə sonda düz qeyd olunub hər quş öz sinifindən olan quşla uçsa yaxşı olar yoxsa tarazlıq pozular həmdə öz millətindən olanla yola getsələr bəsdi digər millətlərə ehtiyac yoxdu)..
16 aprel 2015 10:39
# 2
BARBI
En beyendiyim oglannar turk ve ingilis oglanlaridir hem xasiyet hemde gorunusce bizim oglanlari qetiyyen beyenmirem
16 aprel 2015 10:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz