Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyunuz qısadırsa geyiminizdə bunlara diqqət edin
Boyunuz qısadırsa geyiminizdə bunlara diqqət edin
Göndərən: ayka
Şərhlər: 23
Baxılıb: 3704
Səs ver:
Boyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur?. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.

Sizə köməkçi olacaq üsullar:

— Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən «uzun və zəif» qəbul edilmənizi təmin edər.

— Şalvar və ətəklərinizin beli incə olsun.

— Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.

— Yaxşı tikilmiş, düz paltarları seçin.

— Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

— Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.

— Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.

— Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.

Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür, təəssüf ki,...

Bunlardan uzaq durun!

— Üfüqi xəttli paltarlar geyməyin.

— Geniş paltar sizi daha iri göstərər.

— Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.

Məşhurların gizli sirləri:

Natalie Portman - qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.

Penelope Kruz - gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, ayaqlarınıı olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.

Salma Hayek - balıq ətli amma mütənasib bir bədənə sahib olan bir qadındır, əksər hallarda dizin üstündə bitən paltarlar geyinir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür.

Uzun ayaqlar

Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.


Şərhlər: 23
Baxılıb: 3704
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aytil
boyumun en azi 175 olmasini isterem
14 aprel 2015 21:20
# 23
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Luna-90
Boyum 166di ancaq 170 olmaq isterdim
14 aprel 2015 00:29
# 22
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
maraqli melumatdi bildiklerimde vardi
13 aprel 2015 23:27
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rusi
boyum 1.52di boyumnan mennunamm deyilenlere de riyaet eliyirem
13 aprel 2015 18:29
# 20
emis
boyum balacadi ama cok memnunum. 1.60 boyumdu. uzun boylu olanlardan hec xosum gelmir cun ki toya gedende kablok geyinmek olmur mende kablok delisi oldugum ucun isteyirem boyim ele belece qalsin rahatliqla kablok geyinim tesekkurler ayka
13 aprel 2015 16:59
# 19
Zeynep_Fatih
Wukur boyumla bagli bir problemim yoxdu.))
13 aprel 2015 13:35
# 18
aliceWOnDer
boyum balacadi ve hec memnun deyilem ciyy
13 aprel 2015 13:23
# 17
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Meleknur
boyum 1.56 amma derd etmirem xowum gelir boyumdan evveller derd edirdim toya filan gedende de platforma geynirem uzun paltarla yupqayla donla boyum hundur olur
13 aprel 2015 13:13
# 16
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Rakella
menim de boyum qisada emel edirem bir de bildiyime gore balaca olculu cantalar da boyu uca gosterir
13 aprel 2015 12:54
# 15
Impossible is not a word,it's just a reason for someone not to try
WiRiN BaLaM
narmaldi boyum ehtiyacim yoxdu wukurki
13 aprel 2015 12:43
# 14
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Qlamurr
1.60 sm-dır,normaldı,nə qısa,nə də uzun,heç kompleksdə etmirəm geyimimi də bilirəm.
13 aprel 2015 12:28
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
tfu tfu tfu goz deymesin boyum 1.72 ...ben almiyim bookiz
13 aprel 2015 12:25
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Boyum qisa deyil
13 aprel 2015 12:17
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
lelos
menimde boyum ortadi istifade edirem koblokdan
13 aprel 2015 11:54
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Menim balam
Boynum 1.65 dir. 10 sm koblokda geyinende oluram uzun .

En çox uzun görünmek üçün gerek uzun yubka geyinesen!
13 aprel 2015 11:54
# 9
arzum-aysum
boyum 1.61smdi,normaldi. geyimlerimi ise her zaman yerine ve zamanina gore qeseng geyinirəm
13 aprel 2015 11:40
# 8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Catwoman666
menim boyum uzun deyil. yeni orta ve qisa kimidir. ancaw fiquram hec modellerde yoxdu))))))hem de men ozum zovqlu qizam yeni geyinleri bir birine uyvunlasdirmaq bu xeberde yazilanlara emel etmek ve s. yeni debli geyime aid cox sey bilirem)

Sitat: Nur k-off
Menimde boyum qisadi amma qetiyyen kompleks edmirem

ele men de kompleks etmirem bu ozume cunki en cox sevsiyim mugenninin de boyu 155dir)))))ona gore de hundur boy olmaqdabsa ortaboy ve ya bir aaz qisa boyda olmagi secerem))

Sitat: Catwoman666
menim boyum uzun deyil. yeni orta ve qisa kimidir. ancaw fiquram hec modellerde yoxdu))))))hem de men ozum zovqlu qizam yeni geyinleri bir birine uyvunlasdirmaq bu xeberde yazilanlara emel etmek ve s. yeni debli geyime aid cox sey bilirem)

Sitat: Nur k-off
Menimde boyum qisadi amma qetiyyen kompleks edmirem

ele men de kompleks etmirem bu ozume cunki en cox sevsiyim mugenninin de boyu 155dir)))))ona gore de hundur boy olmaqdabsa ortaboy ve ya bir aaz qisa boyda olmagi secerem))

en cox sevdoyim mugenni ddeyende qadin mugennisini nezerde tuturam. avril lavigne)
13 aprel 2015 11:24
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Qeyd olunan məsləhətlər qısa boylu xanımlar üçün faydalı ola bilər, məndə ehtiyac yoxdu çünki boyum nə qısadı nə də modellər kimi uzundu , qaydasında bəstə boydu ..
13 aprel 2015 11:20
# 6
Nur k-off
Menimde boyum qisadi amma qetiyyen kompleks edmirem
13 aprel 2015 11:05
# 5
SVETA
meni_gozle
Wukur boyum normaldi
13 aprel 2015 10:38
# 4
Nezka
Boyum qısadır təpədən dırnağa qara rəngdə gəzirəm
13 aprel 2015 10:35
# 3
İçimi görsən mənə aptek alarsan.
efsane..
boyum qisadir amma ki fikir vermirem buna sade xosladigin ucun adeten bir reng geyinirem
13 aprel 2015 10:33
# 2
BARBI
Boyum qisadir ama bunu probleme cevirmirem . Uzun dizalti etekler geyinmirem . Hemise dikdaban ayaqqabilardan istifade edirem
13 aprel 2015 10:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz