Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Feminizim və biz
Feminizim və biz
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 649
Səs ver:
Çox zaman cəmiyyətdəki "kişilik" düşüncəsi öz hakimiyyətini legitimləşdirmək və möhkəmləndirmək üçün "qadınları qorumaq”, onları müdafiə etmək diskursundan (müəyyən dünyagörüşünü formalaşdıran sözlər, ideyalar, yanaşmalar, müzakirələr və s) istifadə edir. Buna kişilərin üstünlük təşkil etdiyi toplumlarda daha çox rast gəlinir və adətən qadınlar namus və qeyrət anlayışının "daşıyıcısı”, kişilər isə bunun "təminatçısı” kimi çıxış edir. Misal üçün, əgər yad kişi sizin yanınızda ədəbsiz söz desə, bu halda sizin həyat yoldaşınız o insanın cavabını verməlidir. Amma eyni insan bir qrup kişinin yanında bənzər sözlərdən istifadə edərsə, bu sözlər artıq "ədəbsiz” kateqoriyasına girmir və bunun üçün heç kimin namusunu qorumaq lazım gəlmir. Bu misal yanaşmada olan ayrı-seçkiliyi açıq şəkildə ortaya qoyur.

Beləliklə, qadınlar üçün nəyin daha uyğun və daha ədəbli olduğuna qərarı adətən kişilər verir və qadınlar bununla razılaşır. Bu razılaşma-qəbuletmə daha geniş miqyasda qadınların bir çox hallarda kişilər tərəfindən qoyulmuş qaydalarla oynamalarına səbəb olur.

Burada bir məsələyə də toxunmaq lazımdır. Bayaq qeyd etdiyimiz kimi, qadınlarımız eyni zamanda həm də iqtisadi asılılıqda yaşayırlar. Bir çox ailələrdə qadınlar evdən kənarda işləmir və evin büdcəsinin formalaşmasında iştirak etmir. Təbii ki, son zamanlar bu dəyişməkdədir və indi Azərbaycanda bir çox oxumuş qadın iqtisadi cəhətdən müstəqildir. Amma buna baxmayaraq, hakim düşüncə hələ də onları sıxmaqdadır. İqtisadi müstəqilliyə baxmayaraq onlar hələ də ideoloji və mənəvi savaş verirlər: ailələri, qohumları və cəmiyyətləri ilə. Yəni, iqtisadi sahədə özünü təsdiqləsələr və maliyyə təhlukəsizlilərini təmin etsələr də, ideoloji savaşda hakim diskurs üzərində qələbə çala bilmirlər.

Amma bunu da qeyd etmək lazımdır ki, ideoloji savaşın qazanılmasında iqtisadi müstəqillik çox önəmli mərhələdir. İqtisadi müstəqillik insanın "dilinin uzun olmasını” təmin edir. Yəni, iqtisadi cəhətdən asılı olmayan insan danışa bilir və özünü müdafiə mexanizmini danışmaqla və ya dominant məntiqin təsvir etdiyi kimi "cavab qaytarmaqla” qurur.

İdeoloji savaşı qazanmaq üçünsə ideyalara ehtiyac var. Qadının kişiylə bərabərhüquqlu olduğunu müdafiə edən nəzəriyyəyə feminizm nəzəriyyəsi deyilir. Feminizm qadın huquqlarını mudafiə eden nəzəriyyədir. Bu, bir dunyagorusudur. Feminizmi cox radikal bir yanasma kimi təqdim etmək yanlışdır.

Bunu dəstəkləyənlər tək qadınlar deyil, həm də kişilər olmalıdır. Çünki bu, cəmiyyətimizin ümumi inkişafı deməkdir. Təəssüf ki, Azərbaycanda çox zaman qadınların hüquqları tapdalanır. Qadın seksual obyekt, qulluqçu, uşaq istehsalçısı kimi görülür. Əksər cəmiyyətlərdə qadınlar kişilərdən daha çoxdur. Ona görə də qadınların fəal olmadığı cəmiyyət hesab edin ki, yarı qüvvəsi ilə işləyir. Hətta əgər buna kişi-qadın münaqişəsinin mənfi enerjisini əlavə etsək, demək olar ki, cəmiyyətin faydalı iş əmsalı xeyli dərəcədə aşağı düşür.

Yekunda, mən qadınlarımızı daha fəal, daha özünə güvənən və daha inadkar olmağa, kişiləri isə daha anlayışlı olmağa çağırıram.


Şərhlər: 10
Baxılıb: 649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
kişilər özlərini qorudunlar,sonra bizi qoruyarlar!!!.!
19 may 2015 20:30
# 10
Don't trust anyone ∆
Nur k-off
elbette her zaman qadin oz huquqlarini bilmelidir
19 may 2015 16:19
# 9
SVETA
WiRiN BaLaM
mən hüquqlarımı bilmirəm 18
18 may 2015 23:53
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Lucia
Qadın kişi hüquqları bərabərdir,ailədə də,işləmək baxımından da.Elə hər yerdə.O zaman qadın özünü güclü hiss edir,sevildiyini hiss edir. 11
18 may 2015 11:51
# 7
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Catwoman666
qanun qarsisinda tebii ki her kesin qadin ve kisinin huquqlari beraberdir. amma heyat qanunlari da var axi. ona gore de qadinla kisini eyni tereziye duzgun deyil lakin bu o demek deyilki qadin kisiden ve ya kisi qadindan daha ustundur
18 may 2015 10:17
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
tek kelmeyle Feminist insanam her zamanda bu cur qalageyam,oz huquqlarimizi kishilere qurban vermemeliyik ezilmemeliyik ezmeliyik
18 may 2015 01:00
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Qatı feminist olmasamda qadınların hüquqlarının tapdanmasına qarşıyam , qadına ən vacib olan təhsildir daha sonra bu təhsillə yanaşı özünü dərk edib tərbiyələndirməyi bacarmaqdır yəni qadın var təhsillidir ancaq zəifdir, qadında var təhsilsiz olsada mənən güclüdür yəni bu iki hal bir yerdə olanda daha gözəl olur qadın üçün) və zəif olan özü şərait yaradır kişiyə bəzən , zəif olmayanda hər şeyi yaxşı bildiyinə görə imkan vermir kimsə şəxsiyyətini alçaltsın ) Qadın ailənin gələcəyin əsas atributudur nə qədər savadlı olsa onun ailəsidə cəmiyyət üçün yararlı və nümunəvi olar buna görədə valideynlər erkən yaşda qız uşaqlarını evləndirməmişdən qabaq yaxşı düşünsünlər...
redaktə edənə təşəkkür.
18 may 2015 00:11
# 4
Tomris Müslümova
qadin ve kisinin huquqlari eynidir,hec bir ferq gormurem YALNIZ XEYANETDEN BASQA o movzuda qetiyyen olmaz qadina sehv addim 125
17 may 2015 23:33
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
men sexsen feministem.qadin ve kisi huquqlari her zaman beraberdir.onlar arasinda hec bir ferq yoxdur
17 may 2015 23:23
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
O sonuncu yeni kiwilerin anlayiwli olmasi cetin meseledi
17 may 2015 23:12
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz