Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlıq pərdəsi arxasında gizlənən faktlar
Qızlıq pərdəsi arxasında gizlənən faktlar
Göndərən: emis
Şərhlər: 20
Baxılıb: 10100
Səs ver:
Türkiyədə fəaliyyət göstərən Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin (CİSED) rəhbəri, həkim Cem Keçə "Vaginizmin öhdəsindən gəlmək" adlı kitabında qızlıq pərdəsi ilə bağlı bu günə kimi bilinən bütün tabuları yıxıb.

Ən çox satılan kitabların siyahısında birinci yeri tutan kitabda maarifləndirici məlumatlara yer verilib.

Cem Keçə yanlış fikirlərin bir çox ailəni bədbəxt etdiyini və bu problemi aradan qaldırmaq üçün bu kitabı yazdığını deyib.

Cem Keçə kitabda normal quruluşdakı qızlıq pərdəsinin normal şərtlər altında ilk cinsi əlaqə zamanı qanamalı olmadığını deyir. CİSED başqanı qeyd edir ki, ilk cinsi əlaqə zamanı qadınlar ağrı hiss etməməlidirlər.

Cem Keçə şərq ölkələrindəki qadınların 80 faizində meydana gələn vaginizm xəstəliyinin əsas səbəbinin ilk cinsi əlaqə zamanı alınan travma olduğunu deyir. Qeyd edək ki, vaginizm cinsi əlaqə zamanı vagina - uşaqlıq yolu əzələlərinin qeyri-iradi sıxılması problemidir. Bu, xəstəlik cinsi əlaqəyə girməyə mane olur.

"Qızlıq pərdəsi vagina dəliyindən təxminən, 1.5-2 sm içəridə yerləşir və incə təbəqə formasındadır. Bu pərdə yalnız qadınlarda və insanların ən sevimli heyvanında - atlarda mövcuddur. Atlarda vaginizm problemi yoxdur. Çünki insanlardan fərqli olaraq onların qorxuları və tabuları yoxdur. İlk gecə və qızlıq pərdəsi ilə bağlı tabular qadınlarda vaginizm və orqazm ola bilməmə problemlərinə, kişilərdə isə sonsuzluq və erkən boşalma hallarının ortaya çıxmasına səbəb olur.

Əslində isə qadın sevişmə prosesi zamanı imtahan edilməməlidir.

Bu günahdır, sevgiyə xəyanətdir. Avropada qadınların qızlıq pərdəsinin qanaması və ilk gecə ilə əlaqədar qayğıları yoxdur. Unutmamaq lazımdır ki, ilk gecəsi xoşagəlməz xatirələrlə yaddaqalan bir evlilik yaxşı davam edə bilməz. Bir çox şərq ölkəsində cinsəllik bir imtahan kimi başa düşülür, kişiliyin və bakirəliyin isbatı kimi qəbul edilir. Qəribə deyil ki, bu ölkələrin çoxunda kişilərin təxminən, 70 faizi, qadınların isə 80 faizi cinsi problemlərdən əziyyət çəkirlər. Bütün bu problemlərin səbəbi yanlış miflərə inanmağımızdır, artıq bu yanlışları aradan qaldırmaq lazımdır”.

Cem Keçə insanların qızlıq pərdəsi ilə bağlı yanlış məlumatlandırıldığını bildirir. O, kitabında qeyd edib ki, toy gecəsi gərginliyi və stressi artan cütlüyə təzyiq göstərmək olmaz:

"Mən bu qənaətdəyəm ki, şərq ölkələrində insanlar qızlıq pərdəsi və ilk gecə ilə bağlı səhv məlumatlandırılıb. Anormal qızlıq pərdəsi çox nadir hallarda rastımıza çıxır. Ümumiyyətlə, isə qızlıq pərdələri eynidir. Mən 13 illik peşə həyatımda minlərlə xəstə görmüşəm. İlk gecə gənc qızlar üçün əsl kabusa çevrilib. Ailələrin zifaf gecəsində qızın bakirəliyinin sübutu kimi qızlıq pərdəsinin qanamasını gözləmələri gəlinlə bəyin özlərini çox pis hiss etməsinə səbəb olur. Bu gərginliyə toya hazırlaşarkən yaranan stress də əlavə olunur. Yataq otağına gərgin bir halda girən cütlüyün sekslə məşğul olmalarını tələb etmək ağılsızlıqdır. Çünki gərginlik seks üçün uyğun şəraitdə olmadığınızı göstərir.

Bütün gərginliklər nəticəsində seks zamanı qadın özünü sıxır və böyük ağrılar yaşayır. Qanama da ideal cinsi əlaqə şərtləri yaranmadığı üçün baş verir. Normal seks zamanı qadının qanaması mümkün deyil”.

Cem Keçə kişilərin ilk gecə fikirlərinin ancaq cinsi orqanlarında olduğunu və buna görə də qadının hiss və duyğularını nəzərə almadıqlarını vurğulayır:

"Evlənmədən öncə gəlin və bəy namizədləri arasında gərginlik yavaş-yavaş artmağa başlayır. "Sənin anan bunu istədi, mənim atam belə dedi” kimi müzakirələr, həmçinin ev, əşya almaqla bağlı problemlər stressi artırır. Bu gərginlik toy günü də davam edir.

Toy günü gəlin və bəy hər kəsdən fərqli geyinirlər və hamının gözü onların üzərində olur. Normal həyatda artıq vərdiş etdiyimiz işi görərkən belə bütün insanlar bizə baxsa, narahat olarıq. Toy günü bütün diqqət gəlinlə bəyin üzərində olur. Bütün bu gərginlik bəs deyilmiş kimi yataq otağında da stressli anlar yaşanır. Qapıda qızın bakirə olub-olmadığını anlamaq məqsədilə keşikdə duranlar var. Qız tərəfi bunu namus məsələsi hesab edir. Oğlan tərəfi də qızın oğullarına layiq olub-olmadığını qızlıq pərdəsi ilə müəyyənləşdirir. İçəridə isə cinsi baxımdan o qədər məlumatlı olmayan gənclər nə edəcəklərini bilmirlər. Kişinin bütün fikri cinsi orqanında olur, o erreksiya ola bilməməkdən qorxur. O an həyat yoldaşının duyğularını və ya narahatlıqlarını anlayacaq vəziyyətdə olmur. Çünki çöldə gözləyənlərə qarşı özünü isbat etmək məcburiyyətində hiss edir. Qadın isə bir az sonra başına nələr gələcəyini bilmir, o çox ağrı hiss edəcəyini və qanayacağını düşünür, ona görə də özünü sıxır. Maraqlıdır ki, gəlin bir tərəfdən də "bəs birdən qan gəlməsə?” deyə düşünərək qorxuya düşür. Çünki qan gəlməsə, ən yaxşı ehtimalla həkimə aparılacaq, alçaldılacaq, döyüləcək, bəlkə hətta öldürüləcək. Yəni qadının sekslə ilk tanışlığı ağrı və qorxu ilə olur.

Ancaq normal cinsi əlaqə belə olmamalıdır. Oğlan qızı seksə hazırlamalıdır, ön sevişmə müddəti nə qədər uzun olsa, o qədər yaxşıdır.

Qadın özünü nə qədər sıxsa, kişi nə qədər çox tələsik davransa, ağrı və qanama o qədər çox olur”.

CİSED rəhbəri bildirir ki, ilk gecəni normal və rahat keçirən cütlüklər də var, ancaq onlar da başqa bir problemlə üzləşirlər:

"Bəzi cütlüklər ilk gecə rahat olurlar, qanama və ağrı kimi problemlər yaşamırlar. Ancaq bu dəfə də kişinin ağlında başqa bir sual yaranır: "Görəsən, bu qız daha əvvəl başqa biriylə əlaqəyə giribmi?”

İnsanlar bilmirlər ki, normal olan budur, əslində ağrı və qanama olmamalıdır. Bu səhv məlumatlanma bir çox yanlış anlamalara gətirib çıxarır. Qızlıq pərdəsi elastikdir və bütöv deyil, yəni ortasında dəlik var. Əks halda qadın mensturasiya ola bilməzdi”.

Cem Keçə zifaf gecəsi üçün tövsiyələr:

"Kişi tələsməməlidir. Həyat yoldaşının duyğularına xitab etməli, onu ehtirasa gətirməlidir. Qadın özünü sıxmamalı, utanmamalıdır. Qadının cinsi orqanı islanmayıbsa, cinsi əlaqəyə girmək olmaz. Mümkün olduğu qədər stressdən uzaqlaşın. Cinsi əlaqəyə girməyi ayıb,qadağan və ya günah kimi qəbul etməyin. Ancaq bu mövzunun məhrəm olduğunu nəzərə alaraq ailələrin müdaxiləsinə icazə verməyin.

Özünüzü rahat hiss etmirsinizsə, ilıq su ilə duş qəbul edin. Hətta bir-birinizə masaj da edə bilərsiniz. Bütün bunlara baxmayaraq, gərginliyiniz davam edirsə, o gecə sevişmək məcburiyyətində deyilsiniz. Özünüzü nə vaxt hazır hiss etsəniz, onda birlikdə olun.

Toy və evlilik həyəcanı cinsi istəyinizin azalmasına səbəb ola bilər, bu sizi qorxutmasın. Əgər 10-12 gün keçməsinə baxmayaraq, cinsi əlaqəyə girə bilməzsinizsə, həkimə müraciət etməlisiniz".


Şərhlər: 20
Baxılıb: 10100
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Mencede bizim kisilere bu haqda heyati duzgun basa salmaq lazimki her kesin organizmi eyni deyil her kesde ferqli olur bunlar isi gormemis deyir hani hani .ele adam var hemin deq olmur 1gun sonra gelir qan bu kisiler o deq her sey fikirlesir valla bu kisilerden cox onlari telesdiren bezdiren yengeler edir utanmazlar.duzdu bizde yenge olmadi ancaq o proses cox cetin kecdi mende hemin deq olmadi seher oyananda geldi o vaxta kimi biraz problem yasadiq ancaq 2miz arasinda oldu hec kim hecne bilmedi yani axsam anlasilmazliq oldu seher her sey aydin oldu.
16 may 2015 01:01
# 20
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
AYKA-ISI
bu meqaleni oxumuwdum ama azerbaycana aid deyil
15 may 2015 21:35
# 19
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Aydan Habili
Ee çox pis diye belə 18 pluslar mundardirrrr 18
15 may 2015 16:06
# 18
Happy
Bunlarin hamisindan kechmishem) Yoldashimla 1az gergin idik sonra nece oldu hech bilmedim)
14 may 2015 22:39
# 17
Rakella
biz bu vaxta kimi sehv bimisik yeni

Sitat: Nur k-off
Lap qorxdum bu bizim milleti başa salmaqdan ötrü gerek küçenin ortasina yiğib her hefte bunu video kimi başa salasan hekimler gelib günde danişsinlar ki bu millet qansin

hec onda da basa dusen deyiller
13 may 2015 22:58
# 16
Impossible is not a word,it's just a reason for someone not to try
Baharim ol
BUrda oxuyanda meni heyecan basir.Allah xeyirlisini elesin.
13 may 2015 17:35
# 15
Ama yenede
EsmaNur
ell.nell yaxwi yazib hemin günü qorxmaq lazimdiki qanasin yoxsa ad yapiwdiracaqlar
13 may 2015 15:24
# 14
Laliçqaa
Vallah mende cox qorxuram
13 may 2015 10:16
# 13
Ayten666
Onsuzda bunu kimse anlamaz....neceki anlamadilar!:(
13 may 2015 08:52
# 12
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Nur k-off
Lap qorxdum bu bizim milleti başa salmaqdan ötrü gerek küçenin ortasina yiğib her hefte bunu video kimi başa salasan hekimler gelib günde danişsinlar ki bu millet qansin
13 may 2015 00:58
# 11
SVETA
14MsM
oxumadim ama indi inan oglanlar evlenmeye qorxurlar cun qiz tapmag cox cetin olub indikilerin beziler uje ere getmemiw herwey gorur bunu hansi oglan alib ozune arvad edecek neyse o ki qaldi qizlig perdesi ogunu heckim uzu qara olmasn pis weydi nesil kok hami biyabir olur uzaq uzaq
13 may 2015 00:54
# 10
konka84
olmayanlar üçün olsun
13 may 2015 00:22
# 9
yarpaq33
Eslinde cox qor ulu ve heyecaanli bir gecedi
12 may 2015 23:56
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
xeyalperest
Qapıda qızın bakirə olub-olmadığını anlamaq məqsədilə keşikdə duranlar var. <== heqiqeten bu adet cox mentiqsizdi.hec anlamiramda.
12 may 2015 23:37
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Tomris Müslümova
cox qorxuram nece olar bele olar hele olar deye....qizlara ne cetin seyler dusub eee bu heyatda
12 may 2015 23:26
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
NE QEDER DEYEK KITAB YAZAQ XEYRI YOXDU QANUNDU OLMALIDI...HEYACANNAN TOYUN BELE AGLIMA GELMIR HELE OLAR BELE OLAR FIKIRLESMEKDEN...TIBB BACILIGINI OXUMUSAM VE BILIREMKI EKSER QIZLARDA PERDE OLMYUR ..HETTA AYPARA ,YYUMRU ,NEZIK .ELASTIKLI HER INSANDA FERQLI OLUR AMA BUNU KIME BASA SALA BILERSEN QAN GELMESE..QONSUMUZDA QIZ QAANAMADI AMA 2 QIZI VAR INDI...OZUDE NISANLI QALMADI PRAMOY TOY ..GETDIYI INSAN ADAMIYMISKI HECNE DEMEDI...HELE QAAPIYA TEPIK VURAN ESITMISEM VALLA BIABIRCILIQDI...
12 may 2015 23:21
# 5
ell.nell
Ay millet toy gunu stress kecirin qorxunki qanasın yoxsa ad yapışdırıb geri qaytaracaqlar......
12 may 2015 23:12
# 4
BARBI
en qorxdugun gundur ilk geceni yasamaq esitdiyime gore cox agrili olur.
12 may 2015 23:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
SEVGI DENIZIM
eslinde yazilanlari hec esitmemisdim ancaq cox dogru qeyd edilib
12 may 2015 23:11
# 2
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
ask meleyi
deyirde yaxsi deyir.ama hami buna inanmir axi.azerbaycanda bele deyil inanmiramki hamida bunu qebul ede ,oglana da qiza da cox pis baxarlar
12 may 2015 23:06
# 1
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz