Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadını daha güclü edən psixoloji məsləhətlər
Qadını daha güclü edən psixoloji məsləhətlər
Göndərən: Sabrina
Şərhlər: 8
Baxılıb: 1182
Səs ver:
Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.

Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmış olasınız.

Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa özünüzü daha yaxşı anlaya bilərsiniz.

Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

«Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçərsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.


Şərhlər: 8
Baxılıb: 1182
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gerek insan ozune inansin hormet etsin ki her kesde ona hormet etsin inansin gerek ozunu sevsin ki basqalarida onu sevsin insan ozunu nege gorurse etrafdakilarda onu o gur goregey
16 may 2015 22:40
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melissa
tskrler mesleete gore
16 may 2015 21:16
# 7
Luna-90
Esi xasiyyetim necedi elede qalib hec kes beynimde olanlari deyise bilmez yeterincede guclu biriyem.
16 may 2015 20:42
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
guler19
Heç bir qız uşağı güclü olaraq doğulmamışdır. Yaşadıqları hadisələrdir taledir onları güclü edən. Qadınlar zərifdirlər, ancaq zəif deyillər, kişilərin dözə bilməyəcəyi çox şeyə onlar dözə bilərlər.
16 may 2015 20:04
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Her zaman gucluyem. Cesaretsiz qorxaq olmaq menlik deyil. Her defe yixilib ayaga qalxanda evvelkindende guclu oluram.
16 may 2015 19:36
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
zeyif tereflerim qisqanc olmagimdi (tebiiki bu menim ucun zeyif xarakterdir) ozumnen tez cixmagim,isin menasini neticesini sebebini bilmeden qerar vere bilirem...buda pis xarakterdir
16 may 2015 19:30
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
Her nece olursa olsun guclu olmasan bele gerek etrafa zeif olduqunu bilmiysen
Birde gerek insan ozunu istesin
16 may 2015 18:40
# 2
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Güclü olmaq insanın psixoloqiyasından dünyaya baxış tərzindən asılıdır. Özünə inam düşünürəm ki, hər sahədə insana köməkdir yəni özünə inamlı, özünə güvənən birisi xaraktercə də güclüdür lakin həddi aşmamaq şərtiylə və nə qədər ki, özünü öz gözündə zəif, qorxaq , bacarıqsız kimi görürlərsə o qədərdə arxaya gedirlər irəli getmək əvəzinə, çalışıb həmişə nikbin və özünə inamlı olmaq lazımdır beləcə nəisə bir iş görməmişdən qabaq mən bacara bilərəm bunu fikriylə irəliyə getmək mümkündür nəinki çəkinib bacarmamaq hissi ilə yanaşmaq...
16 may 2015 18:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz