Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dilənçilər və yalançılar ancaq birinci dəfə utanırlar
Dilənçilər və yalançılar ancaq birinci dəfə utanırlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1101
Səs ver:

http://imgs.su/tmp/1323253751-367.jpg

Təhlillər göstərir ki, Azərbaycan istər insan alveri, istərsə də qanunsuz miqrasiya sahəsində həm donor, həm qəbul edən, həm də tranzit ölkəyə çevrilib.

"İşçi qüvvəsi"nin Azərbaycanı tərk etmə marşrutlarına baxanda, Rusiya və MDB, Avropa ölkələri, Türkiyə, Kipr və ərəb ölkələri, ABŞ, Kanada və Pakistan ön sıralardadır.

Rеspublikanın sosial-iqtisadi inkişafı miqrasiya proseslərinin daha da in­­tensiv­ləş­məsinə də öz təsirini göstərib. Cənub-Şərqi Asiya və Yaxın Şərqdən təyinat ölkəsi kimi ölkəmizdə məskunlaşmaq məqsədilə mühacirət edən miqrantların əksəriyyəti kasıb təbəqəyə aid, ixtisassız və ya orta ixtisaslı şəxslərdir və onların sayı çoxalmaqdadır. Artıq respublikanın rayonlarında da əcnəbilərin məs­kunlaşması cəhdləri müşahidə olunur.

İlk növbədə, bizi ölkəmizin gələcəyi, genofondun qorunması düşündürməli və gələcəkdə bizə qarşı istər xaricdən, istərsə də daxildən tətbiq edilə biləcək hər hansı təsirin qarşısının alınması istiqamətində düşünülmüş addımlar atılmalıdır.

"2009-2013-cu illərdə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" Аzərbаycаn Prеzidеntinin 2009-cu il 6 fevral tаriхli sərəncamı ilə təsdiq еdilib və bu istiqamətdə hüquq-mühafizə, qeyri-hökumət və digər qurumlar tərəfindən müvafiq işlər aparılır.

Problemin aktuallığını nəzərə alaraq aparılmış müəyyən araşdırmalara nəzər salaq.

İnsan alverinin məqsədləri, əsasən, məcburi əmək, cinsi istismar, ev quldarlığı, insan orqanlarının alveri, məcburi donorluqdur. Məcburi əməyə cəlb etmənin formaları isə işçinin satın alınması, oğurlama və aldadaraq əmək fəaliyyətinə cəlb etməkdən ibarətdir.

Məlumdur ki, əməkçi miqrantlara qarşı daima məcburiyyətlər tətbiq olunur və bunlar istirahətsiz və vaxtından əlavə işləməyə məcbur etmə, qüvvəsindən artıq işləməyə məcbur etmə ("son nəfəs"), razılıq vermədiyi işə məcbur etmə, qeyri-insani şəraitdə işlətmək və məvacibin uzun müddət gecikdirilməsi, məvacibsiz və ya qeyri-müəyyən şərtlərlə işlətməkdən ibarətdir. Bundan başqa, öz qəddarlığı ilə seçilən məhdudiyyətlər mövcuddur və bunlar azadlığın məhdudlaşdırılması (təcrid etmə, gediş-gəlişə nəzarət və s.), cinsi xidmətə məcbur etmə, fiziki güc tətbiq etmə (döymə və s.), psixoloji təzyiq (qorxutma, şantaj, aldatma), pasportun işəgötürən tərəfindən alınması və işəgötürənə yaradılmış süni borcdur.

İnsan alverindən danışarkən mütəşəkkil qaydada təşkil edilmiş "dilənçilik biznesi"ni də yada salmaq maraqlı olardı. Bu formada təşkil olunmuş biznesin mahiyyətini açıqlasaq, onları kateqoriyalarına görə aşağıdakı kimi səciyyələndirmək olar: yetim "uşaqlar", özbaşınalar, "madonnalar", yəni valideyn tərəfindən satılmış və ya icarəyə verilmiş uşaqlar, "hərbçi əlillər", "dindarlar", "qaraçılar" və s.

Ümumiyyətlə, insan alverindən danışanda, ilk növbədə, hamının fikrindən cinsi istismara cəlb etmə kimi cinayət növü keçir. Müvafiq araşdırmalar aparsaq görərik ki, cinsi istismara cəlb etmələr əsasən qəzetlərdə elanlar, xaricdə xüsusi bilik tələb edilməyən işlərdə işləmək üçün gənc və gözəl qadınların seçilməsi, nikah agentlikləri - internet, qəzet və jurnallarda reklamlar vasitəsilə həyata keçirilir və hətta dostlar, qohumlar, tanışların etimadını qazanaraq təkliflər edirlər. Eyni zamanda, "ikinci dalğa" deyilən formada - insan alverinin qurbanları olmuş qadınlar vətənə döndükdən sonra özləri "ara düzəldənlərə" (sutenyorlar) çevirilirlər. Həmin qadınların kateqoriyalarına nəzər salanda bəlli olur ki, əsasən, iqtisadi motivlərlə ölkəni tərk etmiş qadınlar dünyanı görmək istəyən və asan yolla yüksək gəlir əldə etmək istəyən, vətənlərində peşəkar fahişəliklə məşğul olan, tanışlıq xidməti və nikah agentlikləri vasitəsilə xarici ölkə vətəndaşları ilə ailə qurmaq istəyən qadınlardan ibarətdir. İnsan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumların apardığı araşdırmalara görə, cinsi istismar qurbanları olan qadınların xarakteristikaları: yaş həddi 21-25 yaş; məşğuliyyət növləri: işləməyənlər - 41%, tələbələr - 20%; xidmət sahəsində çalışanlar - 23%; yaşayış yerləri üzrə: paytaxt və böyük şəhərlər - 50%-dən çox, kənd rayonları - 39%; sosial vəziyyəti: uğursuz ailələr - 40%, natamam uğursuz ailələr - 20%, internat və uşaq evlərinin məzunları -18%; ailə vəziyyəti: ailəli - 10-12%, 1 uşağı olanlar -18-20%, subay və ya uşaqsız - 30%-dən çox; təhsil: orta - 60%, natamam orta - 25%, ali - 15% kimidir.

Bütün bu proseslərə uşaqların, azyaşlıların cəlb edilməsi heç də xoşaqələn hal deyil. Son zamanlar şadlıq evlərində, əsasən, toy şənliklərində uşaqlardan müxtəlif cür istifadə edilir, kiçik yaşlı qızlar toylarda rəqqasə qismində istismar edilirlər. Bunu təşkil edən "prodüserlər" bu gün uşaqların rəqs etməyindən qazanc əldə edirlər, sonra isə digər qazanc növlərinə əl atacaqları isə istisna deyil.

Qədim şərq aforizmlərindən birində deyilir: "Dilənçi və yalançılar ancaq bir dəfə, o da birinci dəfə utanırlar". Kiçicik, dünyanın gərdişini dərindən dərk etməyən, günahsız məxluqlardan varlanmaq naminə istifadə edənlər istər qanun, istərsə də mənəvi cəhətdən gec-tez öz cəzalarına çatmalıdırlar və yəqin ki, çatacaqlar.

Ölkənin yüksək tribunalarından da deyildiyi kimi, cəmiyyətdə baş verən qeyri-etik və anormal hallara yalnız hüquq-mühafizə orqanları cavabdeh ola bilməz, ölkənin gələcəyini düşünən hər bir kəs bu proseslərə laqeyd qalmamalı, istər ictimai qınanc, istərsə də digər vasitələrlə öz mövqeyini ortaya qoymalıdır.

 



Şərhlər:
Baxılıb: 1101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz