Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevişmə sonrası qadın olmadım mən
Sevişmə sonrası qadın olmadım mən
Göndərən: Qlamurr
Şərhlər: 26
Baxılıb: 3608
Səs ver:
Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.

Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!

Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!

Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar…! İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan.

Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram!

Dünyaya qız doğulduğum, üçün yaradanı lənətləyirəm!

13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!

Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey "kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi... Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.

Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtomatın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixtiyarı olaraq atam yerə sərildi!

Sonra silahı bizə doğruldaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi, xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi.

Bir qədər sonra hərbi maşınlardan 20-yə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxınlığında hərbi hissənin bazasına gətirdilər.

Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha bizim kişilərdən uşaq dünyaya gətirə bilməməkləri üçün….

Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi.

Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədənimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi.

Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar. Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, bulud yağış əvəzinə qan yağmışdı.

Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.

Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandırırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə, güllələnirdi!

Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20 yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdular! İnsanlıq tarixi o mənzərəni görməyə hazır olmadığına əminəm!

Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atalarının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. "Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıyacaqsınız”-deyib, qadınlara hücum çəkirdilər.

Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm.

Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi.

Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı.

Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!

Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdirdim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, "onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu

Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.

Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırpmışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.

Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dolmuşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəhşətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyimişdi!

Hərəkət etmədən, fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm!

Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!

Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.

Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.

Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacın üstümə tökürdü, "sizi belə məhv etmək lazımdır” deyirdi!

Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!

Amma hər dəfə diksinib özümə gəlirdim!


Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi
 
Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgərlərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutulmuşdu.

Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu…

Nə uşaqlığımı yaşaya bilmədim, nə gəncliyimi, nə qadınlığımı. Sevişmə sonrası qadın olmadım mən! Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!

Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!

Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, üzümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağımdan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!

Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.

12 il yaşadığım Xocalı, 4 gün və bir adla yadımda qaldı. Təcavüz!!!
 
Türkan Turan


Şərhlər: 26
Baxılıb: 3608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunay342
ALLAH ONLARIN CEZALARINI GOZYUN 7 QATUNDN VERSIN INSALLAH r63 akk
29 mart 2015 00:30
# 26
vipbetul
Allah lenet elesin onlarin butovlukle koku kesilsin insallah o zibil parchalarini mudafie edenleride gorum bizim xalqin basina getirilen musubetler getirilsin insallah
11 mart 2015 02:23
# 25
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
cox tesirlidi
Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!
18
5 mart 2015 16:30
# 24
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Mar Mar
Oxuduqca çox pis oldum sanki insan o dehşeti yaşayir allah özü belalarını versin
3 mart 2015 13:24
# 23
GULTEKIN MEMMEDOVA
Oxuduqca mende ozumu orda hiss eledim.Allah size ondan qatba qat isgenceler nesib etsin. Aminn
1 mart 2015 22:05
# 22
111222
ayan97
Oxudugca dehsete geldim.. yasamamaliydi bu nankorler gor ne edibler aman AllHim..)
27 fevral 2015 18:43
# 21
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
lili)
Sitat: Madina
Cox dehsetlidir,allah veten ugrunda sehid olanlara,bu cur vehsilikle qetle yetirilenlere rehmet etsin.

amin insallah
27 fevral 2015 18:27
# 20
Ask Doktoru
Bele vehsili kleri esidende adam onlari diri diri yandirmaq isteyir cezanisi versin lanet heriflee
27 fevral 2015 02:10
# 19
Aliye
ece uslu
xocalida baw verenler dunyada misli gorunmemiw vehsilikdi
27 fevral 2015 00:47
# 18
Madina
Cox dehsetlidir,allah veten ugrunda sehid olanlara,bu cur vehsilikle qetle yetirilenlere rehmet etsin.
27 fevral 2015 00:09
# 17
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
my_rules12
Hal hazirda aglayiram,Allah onlarin neslin kessin,13 yasli hec zaman yadimdan cixmayacaq
26 fevral 2015 22:57
# 16
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
SENSİZ
sonuna qeder urek aqrisiyla oxudum ela aqladim ureyim aqridi allah ermenilere lenet etsin
26 fevral 2015 22:11
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Luna-90
etim urperdi...
26 fevral 2015 21:08
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Bu hekayədə olan hadisələr yazıçı təxəyyülünün məhsulu olsada,əslində qadınlarımızın başına gələn hadisələrdi,əsirlikdə olan qadınlarımız sağ qalsalar da,geriyə qaytarılıbsada,heç bir qadın belə vəhşiliyi,unudub xoşbəxt ola bilməz....Ermənilərin bu vəhşiliyi heç vaxt unudulmuyacaq və unudulmamalıdı,bu qədər insanın qanı yerdə qalmamalıdı...çox təəssüf ki,bu gün haqda saytda heç bir xəbər yayımlanmadı...
26 fevral 2015 20:38
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aziz a
Bele hadiselerden cox olub bizim qizlarimiza ,xanimlarimiza qarsi.dille deyilesi deyil bu musibet...menim onda 5 yasim olub, boyudukce her il bu facienin il donumunde o qeder diqqet ve urek agrisi ile izleyirdimki,icimde boyuk, derin nifret hissi ile boyudum ve haminin menim kimi dusunmediklerini gorende bu hadiseye adi yanasdiqlarini gorende deli olurdum..Indi bagcadad usaqlara o qeder derin nifret hissi ile ermenileri teqdim ediremki, isteyirem onlar vetenperver, xalqini seven ,qoruyan, dusmenini taniyan ona nifret eden bir vetendas kimi boyusunler..bu hadiseler insani ozunden cixarir, ureyini goynedir, ve her kes ozunu bir anliq ordakilarin yerine tesevvur etse basqa soz demeye ehtiyac yoxdu mence.
dryilesi
26 fevral 2015 18:35
# 12
Qelbim doludu !!!!
lelos
ay Allah veşiliyin son derecesi
26 fevral 2015 16:02
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
angel H-va
dehwet Allah butun olenlere rehmet etsin.cox pis oldum
26 fevral 2015 14:35
# 10
Şəbnəm Vüsal
ay ALLAH .....bu nə vəşilikdi... mafoldumben
26 fevral 2015 14:29
# 9
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Tomris Müslümova
allah bele dehsetleri birde heckime yasatmasin...!!! xocalida dunyasini deyisen butun insanlara ALLAH rehmet elesin!

allah bele dehsetleri birde heckime yasatmasin...!!! xocalida dunyasini deyisen butun insanlara ALLAH rehmet elesin!
26 fevral 2015 13:17
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Gunesli
xpcalida canini feda edenlere allah rehmet elasin
26 fevral 2015 12:53
# 7
AYKA-ISI
heqiqetende dehwetdi ee Allah belalarini cersin yaziq qizcigaz neler cekib.Allah xocalida olenlerimize rehmet elesin
26 fevral 2015 12:53
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Sevdalinka
ALLAH belasini versin ermenilerin bizde sesimizu butun dunyaya duyurmaliyiq bu bele qalmamalidi intiqami alinmalidi o qadinlarin uwaqlarin
26 fevral 2015 11:58
# 5
Nergizz
axira kimi oxuya bilmedim butun bedenim esir aglamaq bogdu meni off aydaa dehwetdi
26 fevral 2015 10:53
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
naxçıvan balası
XOCALI FACİYESİNİ UNUTMADIQ UNUTMAYACAYIQ UNUTDURMUYACAYIQ

Oxuduqca dehşete geldim dizlerim esdi belim qırıldı bedenim esdi içime qara qanlar axdı ,bu deşetdi Allah düşmenlerimizin min cürlü belasını versin amin ,Allah xocalı şehitlerimizi rehmet elesin miletimizin başı sağ olsun
26 fevral 2015 10:46
# 3
BARBI
Of necede dehsetli yazidir qadin nece seyler yasayib nece agir psixolojik travma kecirib heqiqetende agir derddi allah komeyi olsun bele hadiseleri gormus insanlarin bu vehsiliyi edenlerde cezasiz qalmadin
26 fevral 2015 10:38
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Oxuduqca dəhşətə gəlməmək mümkün deyil xocalı bütün türk xalqının faciəsidir Allah bu qətliyamı törədənlərin bəlasını versin inşAllah xocalı qurbanlarına Allah rəhmət eləsin..
26 fevral 2015 10:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz