Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinlik icarəyə götürərkən diqqətli olun!
Gəlinlik icarəyə götürərkən diqqətli olun!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2587
Səs ver:

http://imgs.su/tmp/1322819064-656.jpg

Toy vaxtı ailəni düşündürən ən əsas məsələlərdən biri də gəlinliyin əldə edilməsidir. Bu paltarları əldə etməyin müxtəlif növləri var. Ən çox dəbdə olanı gəlinlik paltarlarının icarəyə verilməsidir. Yəqin razılaşarsınız ki, belə bir işə tələbat olmasaydı, bununla məşğul olan insanları da tapmaq müşkülə çevrilərdi. Bəzi insanlar üçün bu əlverişli variantdır, digər bir qism isə əksini düşünür. Bunu azacıq da olsa aydınlaşdırmaq üçün gəlinliklərin icarəyə verilməsinin müsbət və mənfi cəhətlərinə baxaq. Qeyd edək ki, nişan paltarları da bu kateqoriyaya daxildir.

Gəlinlik icarəyə götürülməsinin müsbət cəhətləri hansılardır?

1. Paltarın bütün dəyərini ödəmək məsələsi ortadan qalxır, sadəcə tələb olunan müəyyən faiz ödənilir. Adətən bu gəlinlik paltarının ümumi qiymətinin 30-50%-i həddində olur. Lakin onu da nəzərinizə çatdıraq ki, bəzi hallarda paltarın ilk müştərisinin məhz həmin şəxs olduğunu əsas gətirən satıcılar daha çox pul tələb edirlər. Ancaq bunun çox vaxt sadəcə bir uydurma və yalandan o tərəfə keçmədiyini unutmaq olmaz;

2. Toydan sonra sizin paltarınız qarderobunuzda tozlanmayacaq, həm də şkafınızın böyük bir hissəsini zəbt etməyəcək;

3. Artıq «lazımsız» hala gələn paltarınıza müştəri tapmaq problemi olmayacaq.

İndi də mənfi cəhətlərinə nəzər salaq...

1. Paltarın bir yeri xarab və ya zay olduqda sizin gəlinliyin tam qiymətini ödəməli olacaqsınız;

2. Salonlarda ehtiyac olduqda paltarların ətək hissəsinin qısaldılması kimi xidmətlər təklif olunmur;

3. Sizin xoşunuza gələn paltar artıq öz yeni sahibəsinin yolunu gözləyə bilər. Ancaq təbii ki, salonlara əvvəlcədən müəyyən məbləğdə ödəniş (girov) həyata keçirməklə bunun qarşısını almaq olar. Bu isə yenidən əlavə xərc deməkdir.

4. Bəzən isə salonlar paltarın xarab olması halında qabaqcan müştəridən aldıqları girovu qaytarmamaq üçün müxtəlif bəhanələrlə paltarın xarab olduğunu sübut etməyə çalışırlar.

Gəlinliyin əldə edilməsində doğru qərara gəlmək üçün daha hansı nüansları diqqətdə saxlamaq lazımdır?

Beləliklə, gəlinlik icarəyə götürülməsinin mənfi və müsbət cəhətlərinə nəzər saldıq. Ancaq yenə də qərar vermək və doğru seçim etmək çətindir. Buna görə də, bəzi məqamları diqqətinizə çatdıracağıq:

1. Paltar icarəyə verilsə belə, qiymət siyahısında paltarın icarə qiyməti ilə yanaşı tam qiyməti də göstərilməlidir;
2. Əgər müqaviləylə almaq mümkündürsə, həmin variantdan istifadə edin. Çünki bu halda müqavilədə icarə şərtləri və digər məsələlər göstəriləcək. Müqavilənin bir nüsxəsini özünüzdə saxlayın, digərini isə mağaza sahibində;
3. Paltarı götürməmişdən qabaq ona diqqətli şəkildə baxın. Bir yerində xarab olub-olmadığını müəyyənləşdirin. Çünki toydan sonra yalan bəhanələrlə sizdən əlavə pul tələb edə bilərlər;
4. Paltar müəyyən saat və ya gün ərzində icarəyə verilir. Həmin müddətdən gec paltar təhvil verilsə, (təbii ki, hər hansı üzrlü səbəbə görə) nə qədər xərcə düşəcəyinizi qabaqcadan öyrənmək lazımdır;
strong5. Gəlinliyi salona qaytararkən pasport, kvitansiya və ya qəbzi özünüzlə götürməyi unutmayın;
6. Həmçinin, gəlinliyin kim tərəfindən-siz yoxsa gəlinlik salonu tərəfindən kimyəvi təmizləmə ediləcəyini öyrənməyi unutmayın.



Şərhlər:
Baxılıb: 2587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz