Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xarici qadın cinsiyyət üzvləri (orqanları)
Xarici qadın cinsiyyət üzvləri (orqanları)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 23422
Səs ver:
Xarici qadın cinsiyyət üzvləri (orqanları)

 

Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq (bəkarət) pərdəsi hesab edilir. Bəkarət pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik pərdədir.

Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz.

Qızlıq (bəkarət) pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş intimual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, ya da uşaqlığın girişini natamam şəkildə örtə bilər. Və əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına (deşilməsinə) səbəb olmaya bilər. Belə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq (bəkarət) pərdəsi dartılsa da deşilmə ilə nəticələnmir.

Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etməsi fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq (bəkarət) pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq həkim müdaxiləsi tələb olunur.

Qızlıq pərdəsinin tamlığı, adətən, ilk cinsi akt zamanı pozulmuş olur. Bu tamlığın pozulması anında bir qədər ağrı hissiyyatı əmələ gəlir və az miqdarda qan xaric olur. Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə b Xarici qadın cinsiyyət üzvləri (orqanları) Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq (bəkarət) pərdəsi hesab edilir. Bəkarət pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik pərdədir.

Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müay- inə aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz. Qızlıq (bəkarət) pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş intimual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, ya da usaqlığın girişini natamam şəkildə örtə bilər. Və əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına (deşilməsinə) səbəb olmaya bilər. Beiə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq (bəkarət) pərdəsi dartılsa da deşilmə ilə nəticələnmir.

Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etm- əsi fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq (bəkarət) pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq həkim müdaxiləsi tələb olunur.

Qızlıq pərdəsinin tamlığı, adətən, ilk cinsi akt zamanı pozulmuş olur. Bu tamlığın pozulması anında bir qədər ağrı hissiyyatı əmələ gəlir və az miqdarda qan xaric olur. Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə büruzə vermir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda qızlıq pərdəsinin tamlığının pozulmaması halında da qadınlarda hamiləlik baş verə bilər. Belə ki, qadının xarici cinsiyyət üzvlərinə düşmüş kişi cinsi hüceyrələri (spermatozoidlər) qadın cinsi hüceyrələri ilə mayalanmaq üçün qızlıq pərdəsinin tamlığı pozulmadan da onun üzərindəki dəlikdən qadının daxili cinsiyyət üzvlərinə daxil ola bilər. Tibbi praktikada belə hallara heç də az təsadüf edilmir.

Qarının aşağı hissəsindəki üçbucaq formalı hündürlük sahəsi qasıq (zöhrə təpəciyi) nahiyəsi adlanır. Cinsi inkişaf dövrünün başlanması ilə dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş bu sahə qısa və zərif tüklərlə örtülmüş olur. Tüklü sahənin yuxarı hissəsi, adətən, horizontal xətt üzrə sərhədlənir. Tüklərin bu sərhəddən yuxarı paz şəklində yayılması orqanizmin hormonal balansının pozulması ilə əlaqədar ola bilər. Cinsi hormonların çatışmazlığı zamanı isə bu sahənin tüklənməsi çox zəif olur.

Zöhrə (qasıq) təpəciyi aşağı hissədə dərialtı piy təbəqəsi ilə zəngin, uzunsov formalı dəri qatından ibarət olan böyük cinsiyyət dodaqlarına keçir. Onların xarici hissəsi tük təbəqəsi ilə örtülmüş olur, daxili tərəfləri isə selikli qişanı xatırladır.

Kiçik cinsiyyət dodaqları böyük dodaqlardan içəri tərəfə olmaqla yerləşən dəri qatından ibarətdir. Kiçik cinsiyyət dodaqlarının daxili səthi seliklə örtülmüş olur və xeyli sayda sinir ucları və qan damarları ilə zəngindir.

Böyük cinsiyyət dodaqlarının arasında cinsiyyət yarığı yerləşir. Böyük dodaqların daxili səthində cinsiyyət yarığını isladan möhtəviyyatı, bartolin vəziləri ifraz edir. Cinsiyyət yarığının yuxarı hissəsində, kişi cinsiyyət üzvünə bənzəyən, amma ölçüsü çox kiçik olan bir orqan - klitor, ondan bir qədər aşağıda isə sidik kanalının xarici dəliyi yerləşir.

Qızlıq pərdəsindən sonra başlayan uşaqlıq yolu (uzunluğu 8-12 sm və eni 2-3 sm olan) uzunsov boru şəkilli bir orqandır. Anatomik olaraq kiçik çanaq boşluğunda yer tutmuş olan uşaqlıq yolunun ön tərəfində sidik kisəsi və arxa tərəfində isə düz bağırsaq yerləşmişdir. Uşaqlıq yolunda köndələn şəkilli büküşlər vardır ki, bu da onun 20 sm-dək uzanmasına imkan verir.

Uşaqlıq yolunun divarları əzələ və birləşdirici toxumalardan təşkil edilmiş, səthi isə selikli qişa ilə örtülmüşdür. Uşaqlıq yolu yuxarı hissədə uşaqlıq boynunu əhatə edir.



Şərhlər:
Baxılıb: 23422
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz