Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar Haqqında Yalnış inanclar
Qadınlar Haqqında Yalnış inanclar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2475
Səs ver:
 
1. Ailəni yedizdirən qədimdən bəri kişilər olub.
Amerikan arxeoloqları müəyyən ediblərki, tayfanı yedizdirən kişilər yox qadınlar olub. Yeməyin 80 faizini onlar tapıb gətirirmişlər. Məhz qadınlar meyvələri, qozları, quş yumurtalarını yığırmışlar. Kişilərin tapdığı ət isə hər zaman ələ düşmürdü, hər gün ov ovlamaq onlara nəsib olmurdu. Qadınlar isə əqrabalarını meyvələrlə, yumurtalarla müntəzəm olaraq yedizdirirdilər.

2. Analar öz uşaqlarını qoxusuna görə tanıyır.
İsveç tədqiqatçıları bu məsləkin yalan olduğunu üzə çıxardıblar. Onlar 1 aylıq 24 uşağı və 2-3 yaşlı 24 uşağı çarpayıda yatızdırıblar. Əyinlərinə isə qoxunu yaxşı hopduran xüsusi köynəklər geydiriblər. Sonra onların köynəyini çıxardıb valideynlərə iyləmək üçün veriblər. Heç bir ana öz uşağını düzgün tapa bilməyib. Qəribədiki, bu eksperimentdə kişilər daha hissiyatlı olub: Onlardan çoxu öz körpələrini iylərinə görə tapa biliblər. Hətta bəzi kişilər böyük yaşlı uşaqlarını da qoxusuna görə tanıya bilib.

3. Qadınlar uşaqlarla daha yaxşı dil tapır.
Amerikanın Kaliforniya universitetinin professoru Ross Park təyin edibki, atalar öz uşaqları ilə analara nisbətən daha çox söhbət edirlər, və körpələri daha tez tez öpürlər. Və adətən işdən yorğun gələn kişilər uşaqlarla ünsiyyətlə olmaqla sanki öz yorğunluqlarını çıxardıb istirahət edirlər. Qadınlar isə istirahətlərini güzgü qarşısında və ya rəfiqəylə söhbət etməklə keçirirlər.

4. Aqressivlik – Kişilərin əsas xüsusiyyətidi
Tədqiqatçılar müəyyən ediblərki aqressiyayanı büruzə vermək yalnız kişilərin xüsusiyyəti deyil. Demə kişilər yalnız uşaq yaşlarında aqressiyaya meyilli olurlar. Qızlar isə həmin vaxt aqressiyanı başqa üsulla göstərirlər, küsmək, fors və s. Böyüyəndən sonra isə fərq tamamilə itir. Və aqressivlikdə qadın kişidən fərqlənmir.

5. Qadın kişidən az qazanır.
Sosioloqların apardığı sorğunun nəticəsinə görə ABŞ-da 30% qadınlar öz ərindən daha çox qazanır. Rusiyada 36% qadın, Avropada isə 60% qadının qazancı kişilərdən daha çoxdu.

6. Qadınlar dözümsüzdü və həyata uyğunlaşmaqda çətinlik çəkirlər.
İtalyan tədqiqatçıları hesab edirlərki qadınlarda olan ikiqa XX xromosomları (kişilərdə XY) onları bir çox xəstəliklərdən qoruyur, məsələn, əzələ distrofiyası, hemofiliya, ürək damar xəstəlikləri, şəkər, alkoqolizm və xərçəngin bir çox növlərindən. Məhz buna görə qadınların orta ömrü 83,3 il, kişilərinki isə 77, 4 ildir. Bu və digər səbəblərdən qadınlar həyata daha yaxşı uyğunlaşırlar və çətinliklərin öhdəsindən daha uğurla gəlirlər.

7. Qadınlar fiziki ağrılara çətinliklə davam gətirirlər.
Siena universitetinin fizioloqu Aloizi hesab edirki, qadınlar daha dözümlüdü. Baxmayaraqki kişilərdə ağrıya qarşı davam gətirməkdə testosteron hormonları yardımçı olur. Qadınlarda bu hormonlar daha azdı, amma onlar dözə bilirlər.

8. Qadınlar daha təmizkardı.
Hətta bu məsləkin yalan olduğunu tədqiqatçılar üzə çıxarıblar. Arizona ştatının bioloqu Çarliz Gerb iş stollarını, telefonları, komputerləri, klaviyaturaları, papkaları və çantaları müayinə edəndən sonra bu nəticəyə gəlibki, adı çəkilən əşyalarda olan qadın bakteriyaları kişi bakteriyalarından 4 dəfə çoxdu. Tədqiqatçılar bunun səbəbini qadınların cürbəcür kosmetikadan, kremlərdən istifadə etməsində görürlər. Hansıki qadınların istifadə etdiyi bu vasitələr mikroorqanizmlər üçün bol yemdir.

9. Qadınlar intimoqrafiyanı sevmir.
Sosioloqlar sorğu vasitəsiylə bu nəticəyə gəliblərki, intimoqrafiya qadınların çox faizini cəlb edir. Kişilərin 73%-zi intimonu sevir. Qadınlarda kişilərdən heçdə geri qalmamalarına baxmayaraq bu sahəyə maraqlarını sədəcə gizlədirlər.

10. Qadınlar kişilərə nisbətən daha gec ehtiraslanır.
Kanadada Tibb universitetinin tədqiqatçıları Tuuli Kukkonen və İrva Binik 100 qadına və 100 kişiyə intimo film göstəriblər. Kişilərin ehtirasın pik nöqtəsinə orta hesabla 665 saniyəyə çatıblar. Qadınlar isə 743 saniyəyə. Doktor Kukkonen təxminən 2 dəqiqəlik fərqin statistik məna daşımadığını deyib: Hər iki cinsin nümayəndələrinə ehtiraslanmaq üçün təxminən eyni vaxt tələb olunur


Şərhlər:
Baxılıb: 2475
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz