Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli qadınlar başqa kişiyə niyə qaçır? - ARAŞDIRMA
Evli qadınlar başqa kişiyə niyə qaçır? - ARAŞDIRMA
Göndərən: Narınc Rüstəmova
Şərhlər: 23
Baxılıb: 4193
Səs ver:
Evli xanımların həyat yoldaşını, uşağını ataraq başqasına qoşulub qaçması cəmiyyətin qınaq obyektinə çevrilib. Son vaxtlar bu kimi halların sayı xeyli artıb. Demək olar ki, hər gün gəlinlərin evi tərk etməsi, subay oğlana qoşulub qaçması kimi xəbərlər eşidirik. Maraqlıdır ki, daha çox rayonlarda rast gəlinən hadisələr artıq adi hal alıb. Ötən il 10-a yaxın belə hadisə qeydə alınıb.

2014-cü ilin ən utancverici xəbəri Ağcabədi şəhərindən gəldi. Evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızının, 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçımasının ardınca Göyçayda, Qusarda, Xaçmazda, Qubada da gəlinlərin evi tərk etməsi xəbərləri yayıldı. Göyçayda daha bir utancverici xəbər yenicə ailə qurmuş 19 yaşlı gəlinin sevgilisinə qoşularaq evi tərk etməsi oldu.
Cəmiyyətimizə xarakterik olmayan bu hal Siyəzəndə də baş verdi. 5 uşaq anası 30 yaşlı Gülnar Ağayeva həyətdə işləyən ustaya qoşularaq qaçdı. Bir müddət sonra daha bir xəbər Qubadan eşidildi. 6 ilin gəlini 2 uşağını ataraq internetdə tanış olduğu oğlana qoşularaq qaçdı. Daha bir rüsvayçı olay isə toy günü baş verib. Belə ki, Xaçmazın Qobuqıraq kənd sakini olan Simuzər Sabirqızı toy günü başqasına qoşularaq yoxa çıxıb. O, bundan əvvəl 4 dəfə nişanlı olub, hər dəfə isə nişanını toyqabağı geri qaytarıb.
Qusar rayonunda da analoji hadisə yaşanıb. Rayonun Hiloba kəndində 21 yaşlı gəlinin itkin düşməsi elan olunsa da az keçməmiş Güləsər Səlimovanın telefonunda yad kişi ilə mesajları tapılıb. Ehtimal edilir ki, o da başqa bir oğlana qoşularaq qaçıb.
Bir sözlə, son günlər tez-tez eşitdiyimiz gəlinlər heç bir səbəb göstərmədən övladını, ərini, tərk edərək başqası ilə qaçması xəbərləri sanki ənənə halını alıb. Kənardan adi görünsə də evli qadınlar bu addımı atması ciddi müzakirə mövzusudur.

Onlar niyə qaçırlar? Səbəb nədir?
Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda avradın evi tərk etməsi ilə nəticələnir: "Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi, özü olmadan evə daxil olması təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”. Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır:  "Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”. Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır:
 "Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”.

"Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”
Serialların da ailələrə güclü təsir etdiyini söyləyən M.Zeynalova serialları on il bundan öncə atılmış bombaya bənzədir. O, həmin serialların artıq öz nəticəsini verdiyini və bundan sonra da bu cür fəsadlar verəcəyini deyir:
"Bir dəfə birliyə psixoloji yardım üçün qadın gəldi. Onun dedikləri məni şoka saldı. "Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”. Yəni bunu normal kimi qəbul edirlər. Əslində isə bu norma deyil. Bu tipi məlumatlar bir-birinə ötürülür və zəif psixologiyası olan insanlara təsir edir. Depressiyadan çıxmaq, adrenalin yaşamaq üçün gəlinlər bu yola əl atırlar”.
Ailələrini tərk edən gəlinlərdən rəhbərlik etdiyi təşkilata müraciət edənlərin olduğunu deyən M.Zeynalova bir nəfəri ailəsi ilə barışdırdıqlarını ikincinin qadının isə bütün cəhdlərə baxmayaraq əri ilə barışmadığını söyləyib:
"Qadınların da kişiləri aldatması ilə bağlı faktlar az deyil. Hətta qadın xəyanətinə görə ailəsini tərk edən kişilər də olub. Elə ailələr var ki, həyat yoldaşının psixoloji durumunun normal olmadığı üçün psioxoloqa gətirib, lakin məlum olub ki, onun kənarda sevgilisi var. Beləcə, ailə dağılıb”.

"Onlar sadəcə manyakdırlar, başqa adı yoxdur bunun...”
Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, rayon mühitində yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə tanımadıqları adamlara qoşulub gedirlər:
"İnsanlar dünənə kimi konservativ həyat tərzi sürürdülər. Həyata mühafizəkar münasibət var idi. Hətta gəlin qaynatanın yanında övladını qucağına götürməzdi. Yanaşmalar fərqli idi. İndi biz informnasiya əsrində yaşayırıq. Bu hallara təsir göstərən faktorlar sırasına interneti, serialları daxil edə bilərik. Elə seriallar var ki, insanların yanaşması ilə üst-üstə düşmür. Onlar təmtaraqlı həyat axtarışına çıxır və nəticədə xoşagəlməz hallar yaranır. Gəlinlər fərdi konfortunu düşünərək bu cür problemlərə yol açırlar”.  Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranların da normal adamlar olmadığını deyən psixoloqun sözlərinə görə, onlar ya bir neçə dəfə ailə həyatı yaşayanlar, ya da psixoloji cəhətdən problemi olanlardır:  "Rayonlarda yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə evdən qaçırlar. Çünki xəyanət halları, evə qadın gətirmək rayon yerlərində daha az baş verir. Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranlar da normal adamlar deyil. Onlar ya təkrar evlilik yaşayırlar, ya da psixoloji cəhətdən problemləri var. Əgər bir kişi ailəli bir qadını yoldan çıxarıb ailəsindən evindən, uşağından edirsə o manyakdır, cəmiyyət üçün təhlükəlidir. Çünki həmin adam ikinci, üçüncü dəfə də eyni hadisəni təkrarlayacaq. Axı həmin şəxslər sona kimi həmin qadınları saxlamırlar. Təklif edirəm ki, həmin şəxslər məsuliyyətə cəlb olunsunlar”.


Şərhlər: 23
Baxılıb: 4193
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qacan qadina haqq vermek olmaz
11 mart 2015 00:41
# 23
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
Her iki terefin sehvdi.birde canda qandada olur xeyanetkarliq.duzdu internet ve seriallarin tesiri boyukdu.her sey cox adilesib.hami elediyi herekete dogru baxir.Ailesi eri (qadini) duzgun olanlarda sevgili tapirlar onlari nece anlayaq bes?bunun dogru terefi yoxdu.xeyanet her uzune xeyanetdi.
11 fevral 2015 13:57
# 22
Ama yenede
Nazan
kim deyir qacir qadan alim
10 fevral 2015 16:22
# 21
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Melissa
men cox vaxt gunahi kiside gorurem... cunki kisilerin ccoxuus o qeder gezir ayri qadinlarla danishirki oz yoldashina vaxt ayira bilmir hec ondan xeberide olmur. amma ele bir vaxt gelirki qadinin xeyanetini gorur yada ele harasa qacir gedir. esl kisi oz yoldahsini qoruyub ona diqqet yetirmkelidi. men o vaxt gunah gore bileremki qqadinda, eger kisi onu yeterince sevir ona diqqet edironu qoruyur ve qadin yenede xeyanet edir ya ayri bir kisiyle qacirsa bax oinda artiq qadina exlaqsiz demek olar... yeni kisi oz yoldashini qoruyub ona yeterince diiqetini gostermelidi.. yeginki menimle razilashan olar
10 fevral 2015 12:04
# 20
Aynuray
Allah qelblerine merhemet hissi salsin amin
9 fevral 2015 19:43
# 19
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
SEVGI DENIZIM
Allah uzaq etsin
9 fevral 2015 13:57
# 18
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Tomris Müslümova
bu sadece biabirciliqdi
9 fevral 2015 10:56
# 17
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
guler19
bu gün hamımız texnalojiya deyib bar-bar bağırırıq Məgər hər şeydə müasirliyi önə çəkmirikmi? İndi hansı qadın istəmir evində paltaryuyan, ətçəkən, qabyuyan avtomat olmasın? Hamı istəyir və mümkün yolla da əldə etməyi bacarır. Onda niyə paltaryuyanda ət çəkib, ətçəkəndə paltar yumur? Çünki bilir ki, doğru olan hansıdır. İndi telefonla, serial, hətta sosial şəbəkə də onun kimi. Canında nələrsə olan, düzgün tərbiyə almayan, iradəsi zəiflər bu vasitələrdən məqsədsiz istifadə edəcək. Mən deyilənlə razıyam, seriallar doğru tərbiyə və təblig nümunəsi deyil, xüsusən də xarici seriallar. Amma bizim qızlar, gəlinlər axı niyə ordakı pis olanın pisini görməsin? Bu gün heç bir yolla telekanallardan serialları uzaqlaşdırmaq mümkün deyil. Onda bele çıxır ki, hələ bundan da müsibətlərin yaşayacayıq?
İndi gənc qızların beynində belə fikir formalaşıb ki, seriallardakı kimi (məs., "Yapraq dökümü"ndə bir qız varıydı ey, bacısının ərinə qoşulur qaçır, sonra da başqa daha kübar bir oğlanla ailə qurur) o da çox gözəl ailə quracaqlar. Reallıqla yaşamaq lazımdır.
qızlar belə hərəkət edəndə valideyn fikirləşir ki, xüsusən də atalar, kaş heç olmayaydın, qız övladı olmayan valideynlər də fikirləşir ki, yaxşı ki, qızım yoxdur, niyə qadınlara, gənc qızlarımıza qarşı belə düşünməliyik, axı bunun kökündə nə durur, axı gəncləri cəmiyyətdən təcrid etmək olmaz, onlara hər şeyi yasaq etmək olmaz, etməyəndə də ya intihar edirlər, ya da bu cür hadisələr baş verir...
məncə , gənclər ifrata çox varırlar, baxırsan ki, səni dinləyir, danışırsan üzünə baxır, amma fikri başqa yerdədir, fikirləşirsən ki, nə ağıllıdır, gör necə qulaq asır, bir də görürsən ki, heç düşünmədiyini etdi...qalırsan belə, yola gətirə bilmirsən, içində bir qorxu yaşayır, birdən özünə bir şey edər, bu qorxu səni övladınla razılaşmağa gətirib çıxarır, razılaşırsan onun dediyini edirsən, necə istəyirsən elə et, sevdiyinə verirsən, gedəndən sonra da olur peşman başlayır narazılıq etməyə, valideyn çəkdiyini çəkir...ALLAH özü onların başına ağıl qoysun.
9 fevral 2015 08:22
# 16
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
lili)
cox yazasi deyilem hec bir cetinlik hec bir acliq erinin sene baxmamasi behane ola bilmez evladinda varsa bu yol elbetdeki sehv yoldu ozune hormet eden qadin bu yola el atmaz ne bilirsenki o seni saxlayacaq
9 fevral 2015 08:13
# 15
isveç.de
Çox gözəl mövzüya toxunmusan canım. Mən deyərdimki bügünki zamanda bizim qızlarımız tez ailə qurmasınlar ən azından 18, tamam eləsinlər. Çoxları deyirki heç gözümü açmamışdım məni aldılar və ya sevdilər məndə ailə qurdüm. İnanınki, o 16, 17 yaşındakı qız heç ailə nə deməkdir onu anlamır analıq hissi nə olan şeydi onu anlamır gedir ana olur 18, yaşında hələ onun anaya ehtiyacı var o necə ana olsun. Dalbadal üşaqlar +dəki həyat yoldaşın işdən arğın-yorğun gəlməsi qadına qarşı diqqətli olmaması sonrada bu həyatdan bezir sıxılır və o duşunurki o öz sevgisin başqa yerdə axtarsın. Təbiki mən bucur qadınları çox pisdiyirəm heç bir şey qadına hak vermirki, o öz gülkimi övladların qoyub getsin kiminləsə. Görün bizim bəzi qeyrətsiz kişilərimizin vijdanı nə qədər murdardırki onlar duşunmədən kiminsə həyat yoldaşına göz qoyular. Mən qətiyyən razı deyiləmki, evdən gedən qadınlar və ya kiminləsə tel danışan qadınları internet və ya seriyallar yoldan çıxarır. Ağılsız vijdansız qadın hər yolla gedər. O qadın xəyanət edərkən 1, anlıq özünü həyat yoldaşının yerinə qoysun desinki, əgər bu etdiyim hərəkət mənə qarşı olsaydı mən nə edərdim? 24, saat internetim var ağılım öz başımdadı. Bu zamanda gərək, hərkəsi öz ailəvə buraxmıyasan. Çox eşidirik, kiminsə həyat yoldaşı ona ən yaxın dostuyla xəyanət etdi və ya rəfiqəsiynən.

Mənim həyat yoldaşımın neçə illərdiki, biriylə dostdur o kişi yoldaşımüçün qardaşdanda qabağdır biz Azərbaycanda olanda gecənin bir aləmində o, kiş zəng vurardıkı gəl yoldaşımı maşınla apar işi çıxıb qadın polisdə işləyir yoldaşım çıxıb gedərdi. həmçinin mənim yoldaşım dostuna zəng vurardı gəl yoldaşımı apar oda gələrdi. Biz o qədər yaxın ailəyik bizim aramızda xəyanət aldatmaq heçvaxt ola bilməz. Göz dəyməsin.
9 fevral 2015 05:12
# 14
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
ismayilova ulker
Mən şəxsən burda yazılanlarla razılaşa bilmədim . Ay qadınlara internet tesir eladi ay nə bilim serial tesir eladi ay eri yaxşı baxmır bu qeder absurd fikir olar. Hansı qadına belə hərəkət eləməyə haqq verilir. Nə qədər ağılsız olasanki ailəvi uşağıvı qoyub hansısa kişiyə qoşulub.

Qaçasan. Hər şey insanın özündən asılıdı. Internet serial bunlar qızmış qadına neynesin?
Dilləri olsa dilaçıb deyəllərki ay balam bizdən nə istəyirsiniz. Hamımız serialada baxırıq internetdəndə istifadə edirik. Onda qaçaq çıxaq gedəkdə deməli. Boş söhbətdi hamısı o gedənlər elə internetsiz seriaksızda gediblər. Şəxsən özüm şahidiyəm danışırlar qonşuda iki qadın 30 35 il bundan qabaq evdə ərini uşağını qoyub başqa kişiylə qaçıb. Ondada internet serial olmuyubki sadəcə qadının ürəyi belə istiyib.
Belələrinində cəzasını Allah təala hazırlayıb. Narahat olmasınlar.
9 fevral 2015 02:31
# 13
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Ayselina
Bu Azerbaycan cemiyyetne mentalitetine yarasmayan xas olmayn bir iyrenclikdir..sonlarinin nece olacagni bile bile oz nefislerinin qurbanina cevrilen bele qadinlara ne ad vermey olar deye dusunurem..ama dilimizin soz leksiomunda bu ada rast gele bilmedm. ..belkede rast geldim amma ancaq ve lakin bu sozun leksik menasini soylemeye bir azerbaycanli vetendasi xanimi olaraq Isletmeyi ozume noqsan bildim...Ey ailesini ovladini nefsine hisslerne qurban veren "qadinciqlar" sonu olmayan bir yolda ne qeder yurumek olar deye bir dusundunuzmu..size kim zemanet vere bilerki sabah birigun o hersey bildiyinz insan sizi lazimsiz esya kimi atmayacaq sizi terk etmeyecek!? Axi kim zemanet vere biler..onu da deyim ki..ucuz malin zemaneti olmur...Allah islah etsin sizleri..
9 fevral 2015 01:16
# 12
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
sona
maraqli movzudu, maraqla oxudum.
Hec bir qadina hec bir behane beraet qazandira bilmezki xeyanet elesin. bu seraillar axirina cixir bele gelinciklerin. orda baxirlarki kiwi arvadina awkim heyatim bitanem deye seslenir bu gic gelincikde fehle iwliyen yorgun gelen erinnen bele sozler gozleyir.ama er fikirlewirki sabah yene gedecem yene agir iw meni gozduyur. Gormuyende tez internete baw vurur ordada doludu qiz gelin ovuna cixmiwlar. İki xow soze aldanir uwagini ailesini qoyub qacir. Her zaman demiwem Allah insanin aglini alacagina canini alsin
9 fevral 2015 00:34
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Luna-90
Iclerinde qalsin uzaq olsun..
9 fevral 2015 00:33
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ayan97
Beleleri di camahatin ailesini dagidan deyirler zamane pisdi bele eclaflar qizlarin adii cixarir aile qurannan sonra hara qacirsan basqasiyla.? dehsetdilere vallah...
8 fevral 2015 23:46
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Antikvar
Cox gozel movzuya toxunulub.Sonacan oxudum.Cunki Bu Azerbaycanin "gelinciklerinjn"sonu "kisiciklerinde"qeyretri hara gedir mene cox maraqlidi.Bu saat milletimiz elden gedir(istisna hallari var tebii ki)Butun Azeri kisilerin gozeri yoldan kecen ferqi yox ister evli ister subay olsun ele baxirlar ki,agzi ile yox gozleri ile yemeye qaliblar)Yaninda ister bir yox iki yox uc usaq olsun siravno oz sozgozluyunden bizim millettimiz geri qalmaz...
Kecek qadinlara ne olub bizim gelinciklerimize bele?Oz ovladini aailesine yoldasi a arxadan zerbe vurubda adini yere vurmaq usaqlarin bbasini asagi edecek qeder ne hay catib sene?Hemen gelinler sadece bunu fikirlessin...normal kisi basqasinin qabaginda qalan mali yeyecek insana kisi demek olar?elelerinden adama gelecekde nese cixar?niye subayina yoxda usaqli evli olan qadina yaxin qalir?En uzagi o yola ayag atmaq isteyen qadinllar bu sualllari fikirlessinler belke geri cekinerler atdigi addimdan...Amma gozleri ele qan baglayirki bu sualllara cavab tapacaq beyinleri olacaq....Men xeyanet eden qadinida basqasinin malini yeyecek qeyretsizide normal Insan hesab etmirem.Yene deyecem sosial sebeke ))yene qinayanlar cox olacaq men siravno oz fikrimden geri donmurem))Sosial sebeke xeyanetlerin sayini coxaldir.cunki o fikirde olmaq iisteyenin isinj dahada asanlasdiran bir vastedi...Adi 15-ildi evli olan qadin iki usaq anasi instqramda bir kisi ile tanis olub daanisir ve yoldasinin xeberri yoxdu...Demek yoldan cixardacaq bir yer var kisinin bir iki sozune ozunden cixan bir qadin bunu sonu hra gedir daha bir aile dagilmasi daha nece usaqin anasiz qalmasi ailenin bascisinin basini asagi salmasi....O sosial sebekeleri duzgun beyinle istifade ede bilmeyenler coxdu.Adi rayonda boyuyen subay qizlar her hansisa bir sosial sebekede bir oglanla tanis olur oglan buna yaxsi vedler verir qizda minir baki avtobusuna qacir hemen oglanin yanina)Sonra bu turk seriallari ordaki oglanla qizin romantik anlarina baxib xeyallar quran qizlar aaaa ne yaxsi sevgilidi ne yaxsi ailedi kisiye bax arvadi ile nece davranir hec biizde ele deyil deye beyninde fikirler dusunur buda hemen o xeyanet addimini aga bir vasteccisidi.Day bilmirlerki o hemen turklerdiki qizlarini mal kimi yasli kisilere satirlar hemen turklerdiki o kisiden qacirlar bu kisiye yapisirlar hemen turklerddiki cox berbad gununde yasayirllar o televizordakilar sadece ve sadece onlarin xeyal edibde reallasdira bilmedikleri bir video sujetdi....
Yuxarida qeyd edilib kisiden nevazis gormeyen qadin bu serefsizliyi oz ailesine layiq gorur.Men hecde bu soze haqq qazandirmazdim.Adi ozumuzden goturek insan gun erzinde bir cox islernen mesgul olanda nece yorgun olur biz yorulan zamman ozumuze haqq qazandira bilirik amma kisi yorularken basqa behanele negmeler oxuyaq?O yapismir ozunuz addim atin gerek mutleq onlardan her sey gozleyek?Duzdu kiside nevazzisini qadindan eksik etmemelidi amma bir nece defe nevazis gormedin lap bir nece defe olmasin aylarnan olsun bu onun xeyanetine basqasi ile qacmasina ovladini arxada saxlamagina haqq qazandirmaq olmaz!!!Gunahdi ay balalar gunahdi etirasina qapilmaq duzgun deyil.Men hec bir zaman belelerine mena getiribde haqq qazaandirmiram.Ne deyesen day sozum yoxdu day yazim....Sizin kimilerin sonu onsuzda melumdu haradi....
8 fevral 2015 23:38
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Gunka13
Qusarda da bele gelinler var imiwe nc,oz ailesini atib bawqa birine qowulub qacmak neyin catmir ki qacirsan bawqa birine.guya o saxliyacaqda seni.terbiyyesizler bawqa sozum yoxdu twk
8 fevral 2015 23:35
# 7
Aileli.
Fialka
Heç bir bəhanə qadına bəraət qazandıra bilməzki o uşaqlarını yoldaşını atıb başqa birinə qoşulub qaçsın və ya əlaqə saxlasın, həmin qadınlar anlamırlar ki qaçdığı əlaqə saxladığı insan onun namusundan üstün deyil ...Allah keçsin günahlarından
8 fevral 2015 23:32
# 6
AYKA-ISI
cox daniwilasi movzudu men az yazacam ama bunlar hamisi genden gelir serialla hec bir elaqesi yoxdu menden cox serial izleyen yox idi (axir vaxtlar vaxtin yoxdu) hamisinda bele hadiseler baw verirdi
8 fevral 2015 23:19
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Madina
Imani zeif insanlar, sozler coxdur,amma zamanimi buna serf etmek istemirem. Allah belalarini versin,nece ki,verir de.
8 fevral 2015 23:17
# 4
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aziz a
He artiq adi hal alib.
8 fevral 2015 23:17
# 3
Qelbim doludu !!!!
Bestoş
allah uzaq etsin
8 fevral 2015 23:14
# 2
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Onlar sadece manyakdilar cox duzgun ifadedir neyin catmirki qosulub basqa oglana qacirsan insan hec olmasa ovladini dusuner bele hereket ederken
8 fevral 2015 23:13
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz