Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc qızlar evli kişilərə niyə meyl edir?
Gənc qızlar evli kişilərə niyə meyl edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9173
Səs ver:


Gənc qızlar evli kişilərə niyə meyl edir? - Buna dəyərmi?

35 yaşlı Cəmilə 6 il ailəli olub, bu 6 illik ailə münasibətlərindən 2 övlad da qazanıb. Amma 6 ildən sonra həyat yoldaşı ilə ortaq dil tapa bilməyən cütlük ayrılmalı olublar. Elə əsas məsələ də bundan sonra başlayıb. 35 yaşlı qadın indi 2 uşaqla qalıb çölün düzündə, çünki bu 6 il müddətində Cəmilə həyat yoldaşı ilə vətəndaş nigahında yaşayıb, onlar heç bir yerdə rəsmi dövlət qeydiyyatında olmayıblar. İndi ona görə də nadan Cəmilə 2 körpəsi ilə qalıb ortalıqda, əlində heç bir rəsmi sənəd yoxdur, özünün və uşaqlarının hüquqlarını bərpa etsin. Biçarə Cəmilə deyir ki, o, ərini sevəndə ilk vaxtlarda sadəcə olaraq iki sevgili kimi yaşayıblar, çünki ərinin ondan öncə başqa bir ailəsi varmış: "Amma bir uşağımız dünyaya gələndən sonra biz kəbin kəsdirmək qərarına gəldik. Təzə-təzə hər şey yaxşı idi, amma hər şeyin belə nəticələnəcəyi heç ağlıma gəlməzdi.”

Əslində Azərbaycanda bu problemlə üzləşən təkcə Cəmilə deyil. Bu Cəmilələrin sayı-hesabı yoxdur və artan templə də gedir. Gənc qızlar evli kişilərlə münasibətə girir, sonra bu münasibətləri çox hallarda vətəndaş nigahı ilə yekunlaşdırırlar. Bu şərtlərlə yaşayan çox az sayda qadın var ki, bəxti gətirmiş olur. Yəni qadınlar ailəsi olan kişi ilə münasibətə girir və daha sonra onların münasibətləri yeni bir ailənin yaranmasına gətirib çıxarır. Təbii artıq evli olan kişi başladığı yeni münasibəti rəsmiləşdirə bilmədiyindən çarə ancaq vətəndaş nigahına qalır. Buna razılaşan qadınların isə demək olar öz hüquqlarını nə dini baxımdan, nə də hüquqi baxımdan bilmirlər. Və sonda yenə də ağır zərbə altında qadınlar qalmış olur.

Bəs nə üçün qadınlar evli kişiləri seçirlər? Bəlkə Azərbaycanda kişi qıtlığı var?

Statistikaya baxanda 2010-cu ildə kişilərdə təbbi artım 60886 nəfər olub, bu göstərici isə qadınlarda 51177 nəfərdir. 2010-cu ildə doğulan kişilərin sayı 89134 nəfər, qadınlarda isə 76509 nəfər, kişilərdə ölənlərin sayı 28248, qadınlarda 25332 nəfər olub. Rəsmi statistikaya görə, kişilərdə təbii artım və doğulanların sayı qadınlardan artıqdır.

Psixoloq Elmir Əkbər deyir ki, kişilərin sayının az olması sanki təbiətin qanunudur. Məsələn, çox hallarda düşən döllər, ölən və ya ölü doğulan oğlan uşaqları olur. Hətta heyvanlar arasında məməlilər də belə dişi fərdlər erkək fərdlərdən daha artıq olub. Həm də statistikada göstərilən kişilərin arasından narkoman, sərxoş, xəstə, əlil və s çıxanda yerdə çox az sayda normal kişi qalır.

Lakin ümumilikdə gənc qızlara evli kişilərlə münasibətə girmək həmişə maraqlı olur, çünki evli kişilər artıq həyatda öz yerlərini müəyyən qədər tapmış olurlar. Onlar təminatlı və enerji ilə dolu olurlar. Belə kişilər həyatda çox şey öyrədə və göstərə bilirlər. Buna görə də gənc qızlar çox vaxt öz həmyaşıdlarındansa, evli sevgiliyə daha çox üstünlük verirlər. Amma məsələnin məğzinə varanda belə sevgili seçən qızlar daha sonra heç də xoşbəxt həyatla rastlaşmırlar.

Psixoloq Elmir Əkbər hesab edir ki, qızları bu yola sürükləyən birinci səbəb maddi durumdur. Axı onlar da istədikləri yeriləri gəzmək istəyir, istədikləri paltaları geyinmək istəyir. Hətta elə ailələr var ki, özləri də qızlarına bunu icazə verirlər.
İkinci tərəfdən qızları təcrübəli kişiləri, oğlanları da təcrübəli qadınları seçirlər. Burada digər vacib məqamlardan biri də çox vaxt ataları yaxşı olmayan, uğurlu olmayan qızlar belə kişiləri onu görmüş olurlar.

Amma burada məsələni təkcə qadınların üzərinə atmaq da düzgün olmaz. Elə kişilərdə də az yoxdur. Onlar da həmyaşıdlarındansa gənc qızlara üstünlük verirlər. Kişilər belə qızlarla özlərini daha gənc hesab edirlər. Belə münasibətlərdə kişilər özlərini həyata yenidən doğulmuş kimi hiss edir, yenidən bütün emosiyalar, hiss və həyacan bir-birinə qarışır. Özlərinə başdan ayağa fikir verirlər. Həm dəki yetkin, artıq həyat təcrübəsi əldə etmiş qadını ələ keçirmək o qədər də asan məsələ deyil.

Məsuliyyət yoxdur

Bizim cəmiyyət bu münasibətləri və vətəndaş nigahını qəbul etmir. Azərbaycanda metalitetində buna qarşı soyuq münasibət var. Çünki vətəndaş nigahı heç bir öhdəliyi olmayan, qanun və din tərəfdən öhdəlik götürməyən münasibətlər, iki insanın birgə yaşanması deməkdir. Cəmiyyət birmənalı belə münasibətləri normal qəbul etmir. Psixoloq Elmir Əkbər deyir ki, belə münasibətlər, vətəndaş nigahı elə SSRİ vaxtında da olub. Nihagda eyş-işrətlə bərabər, məsuliyyət də var. Məsələn, xaricdə gənclər rəsmi evlənməsələr də, onlar kilsədə kəbin kəsdirirlər.

Ümumiyyətlə, nigahda məsuliyyətin olmağı yaxşı bir şeydir. Hətta bir çox heyvanlarda belə məsuliyyət var. Dövlət kəbini öz əhəmiyyətini itirib. Boşananların çoxu da belə evlənənlərdir. Çünki o insanların boynuna məsuliyyət qoya bilmir. Ona görə də kəbin daha müqəddəsdir. Kəbin kəsən mollalar mütləq savadlı olmalıdır, gənclərə bunu nə olduğunu düzgün şəkildə izah etməlidirlər. Ailənin məsliyyət tələb etdiyini, məsuliyyət sevdiyini anlatmalıdırlar.

Ancaq qadınlar uduzurlar

Bu münasibətlərdə hər zaman qadın əziyyət çəkən tərəf olur. Bu yolu məsuliyyətdən qaçmaq istəyən şəxslər seçir. Məsuliyyət olmayan münasibətlər nə dərəcədə insani münasibətlərdir? Axı, hər bir münasibətin arxasında əyləncə ilə paralel məsuliyyət də olmalıdır. İstər iş, istər insani münasibətlər, istər dostluq, eləcə də ailə həyatında hər bir halda məsuliyyət olmalıdır. Bizdə niyə belə nigah seçilir? Çünki növbəti gün qarşıda heç bir məsuliyyət, öhdəlik olmasını istəmirlər.
Qadınlar elə bilirlər udurlar. Amma əslində onlar daha çox uduzurlar. Məsələn, belə qızlar müğənnilərdən nümunə götürürlər. Kimsə lüt klipə çəkilir. Sonra imkanlı birinə ərə gedir. Amma biz bilirik ki, real həyatda bu əslində belə deyil. O heç nə qazanmayıb, bu sadəcə olaraq camaat üçün görüntüdür. Vətəndaş nigahında yaşayan bu qızlar həmin şeyləri görüb, ancaq o anla yaşayırlar.

Cəmiyyət unutmağa imkan vermir

Azərbaycan cəmiyyətində hamı hamını maraqlandıır, hamının hamıdan xəbəri var, beləcə keçmişi də unutmağa qoymurlar, imkan vermirlər. Təbii ki, hər bir insan normal, stabil həyat yaşamaq istəyir. Təbitədə hər şey stabilliyə meyillidir və hər bir qız da normal, stabil ailəsinin olmağını istəyir.
Bunlar hələ yetkinləşməmiş, həyatı qavramamış, həyat təcrübəsi olmayan, özlərinə hesabat verməyi bacarmayan, dünya görüşü tamamlanmamış insanlardır. Ona görə də cəmiyyətdə hamı bir-birinə qarşı diqqətli olmalıdır. Biganə olmamalıyıq, mütləq fikirləşmək lazımdır -bu işi görməyə dəyərmi? Ancaq bu günlə yaşamaq olmaz.

Boşanmaq ümidi

Qadınların qəlblərinin dərinliyində həmişə bir ümid olur- "bəlkə o, həyat yoldaşından ayrıldı". Kişidən kişiyə fərq var. Elə kişilər var halvası çalınıb, ələyi göydə fırlanır. Bu kişilərlə münasibətdə olan qızlar nə qədər çox pul alsalar, bir o qədər razı qalmış olurlar. Onun üçün kişinin evli olmasının elə bir mənası yoxdur. Amma canı sulu kişi öz arvadı ilə qətiyyən dil tapa bilmir, üstəlik psixoterapevtə də getməyi lazım bilmir. Sonda bir evdə yaşayan iki yad düşmənə dönürlər. Bunlar öz tələbatlarını müxtəlif yerlərə ötürə bilərlər.
Qadın məsələn, tələbatını uşağı, işi, karyerası ilə ödəyə bilir, amma kişi öz cinsi tələbatını heç vaxt ödəyə bilməyəcək. Ona görə kişilər nisbətən cavan qadınla qeyri-ciddi münasibət deyil, ciddi münasibət qurur. Kişilər ona pulu ilə paralel öz hisslərini də verir. Burada artıq başqa formatla rastlaşırıq. Kişi qadına tam sahib çıxacaq qədər ona bağlanır.

Ən çox uşaqlar əziyyət çəkirlər

Son 10 il ərzində Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı təxminən 4 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.
Son 10 il ərzində nikahdan kənar dünyaya qələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. Belə ki, həmin il bu göstərici 26 669 nəfər təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 165 643 nəfər uşaq dünyaya gəlib. Son 10 il ərzində doğulan körpələrin sayı 42% artıb. Bir yaşınadək uşaqların ölüm hallarına gəldikdə isə, son 10 il ərzində ölən körpələrin sayı cəmi 2,8% azalaraq 1 843 nəfər təşkil edib.
Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin rəisi Reyhanə Kərimova da bildirib ki, Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı 20 faizdən çox artıb. Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə 17 minədək nikahdankənar doğulan uşaq qeydiyyata alınıb ki, bu 2009-cu illə müqayisədə 3 min uşaq çoxdur.

Qadınlar dini və hüquqi haqqlarını bilmir

İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay deyir ki, bu məsələ könül xoşuluğu, razılıqla həll edilməlidir. Çünki belə ailənin dağılma ehtimalı var. Bu işlər mənəvi məsələdir. Birinci növbədə mənəviyyat həll edilməlidir. Evli kişilərlə heç bir mənəvi və ya qanuni evlilik olmadan belə münasibətlər zina hesab olunur. Bu, haramdır, mənəvi cəhətdən günahdır. Mənəvi məsələlərə risyət edilməlidir. Belə ailələrin uşaqları isə şübhə altındadır.
İslama görə qadın çətin vəziyyətdə qalırsa, buna yol vermək olmaz. Kəbin haqqı deyilən anlayış var. Xanıma verilən hüquqlar var. Məsələn, qadın boşanan zaman 100 qr qızıl əvəzinə həyat yoldaşından ev istəyə bilər. Amma qadınlar dini haqlarını bilmirlər. Qadının tələb etməyə haqqı var.
Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvü, hüquqşünas Sahib Məmmədov da bildirir ki, nigah olmadan kəbin kəsilməsi düzgün deyil. Uşaqlar valideyinin müəyyənləşməsindən tutmuş təhsil sənədlərinə kimi bundan əziyyət çəkirlər. Burada daha bir problemin tərəflər ayrılan zaman qadın bütün mülkiyyət hüquqlarından məhrum olur. Bundan başqa, digər bir problem vətəndaş nigahına girənlərin azyaşlı olmasıdır.
Ailəni qadın və kişi yaradır və təbii ki, uşaq hər bir cəmiyyətin həlledici əsasını təşkil edir. Cəmiyyət isə möhkəm ailənin üzərində qurulur. Ailələr dağılanda cəmiyyətdə də problem yaranır.
Evlilik ailənin təməlidir. Möhkəm evliklik uzun müddətli məsuliyyət, öhdəlik tələb edir. Heç bir məsuliyyəti və ya öhədəliyi olmayan zəif evlilik sonda dağılır və təbii olaraq ailə də dağılır.
Qadınla kişinin rəsmi şəkildə evlənmədən birgə yaşamağa qərar verir. Belə yaşamağa qərar verən insanlar azadlıq istəyir, hər hansı bir öhədlik və ya məsuliyyətdən qaçırlar. Əgər cəmiyyətin təməlini ailə və ailənin təməlini evlilik təşkil edirsə, evliliyi müvəqqəti aspektə çevirənlər birbaşa cəmiyyətin təməlinə hücum etmiş olurlar. Nə qədər ki, bu pratktika hər yerdə leqallaşacaq bu, sosial stabillik və iqtisadiyyatı zərbə altına atacaq.


Şərhlər:
Baxılıb: 9173
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz