Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları ən çox maraqlandıran suallar bunlardır
Qadınları ən çox maraqlandıran suallar bunlardır
Göndərən: Antikvar
Şərhlər: 18
Baxılıb: 4750
Səs ver:
Yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı "ovulyasiya" adlandırılır.
Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onu spermatozoidlər "gözlədikdə", mayalanma baş verir.

Qadınlarda ovulyasiya ilə bağlı bir çox suallar yaranır. Bu sualların bəziləri bu məqalədə cavablandırılır.

1. Ovulyasiya gününü necə dəqiq təyin etmək olar?
Bu ən tez-tez verilən suallardan biridir. Bu, heç də asan iş deyil. Menstrual dövr (bir menstruasiyadan növbəti menstruasiyaya kimi olan müddət) müxtəlif qadınlarda müxtəlif olur. Birində bu dövr 24 gün, digərində 28, 30 və s. 40 günə kimi ola bilər. Təbii ki, bu qadınlarda ovulyasiya menstrual dövrünün müxtəlif günlərində baş verir - 11-ci, 14-cü, 16-cı günündə və s.
Amerikada olan Hamilə Qadınların Assosiasiyası ovulyasiya ilə bağlı araşdırmalar apardı və belə nəticələrə gəldi ki, ovulyasiya sonuncu menstruasiyadan 11-21 gün sonra və ya növbəti menstruasiyadan 12-16 gün əvvəl baş verir.
Lakin bu rəqəmlər də nisbidir. Hətta eyni qadında hər menstrual dövr ərzində ovulyasiya eyni gündə baş vermir - müxtəlif səbəblərə görə (stress, xəstəlik, hətta fəsillərin dəyişilməsi) daha gec və ya daha tez baş verə bilər.
Bu səbəbdən yalnız menstruasiya dövrünün uzunluğuna əsaslanaraq ovulyasiya gününü dəqiq təyin etmək bir çox hallarda mümkün olmur.
Əgər qadın üçün ovulyasiya gününü dəqiq təyin etmək həqiqətən çox vacibdirsə (qadın sonsuzluğa görə müalicə alır və s.), bu halda ən dəqiq üsul kimi follikulometriyanı tövsiyə etmək olar. Bu zaman qadın menstrual dövrünün müəyyən günündən başlayaraq (bunu həkim təyin edir) müəyyən fasilələrlə (1-2 gündən bir) USM-dən keçir. USM həkimi monitorda follikulun inkişafını izləyir. Ovulyasiya baş tutduqda follikul yumurtalıqdan itir və onun yerində sarı cisim əmələ gəlir, duqlas boşluğunda (uşaqlığın  axrasında olan sahə) maye izlənilir. Bu əlamətlərə əsaslanaq həkim ovulyasiyanın baş verməsini müəyyən edir.

2. Ovulyasiya testləri dəqiq nəticə verirmi?
Ovulyasiyadan əvvəl qadının orqanizmində lyuteyinləşdirici hormonun (LH) səviyyəsi kəskin qalxır. Bu hormonun parçalanma məhsulları orqanizmdən sidiklə ifraz olunur.
Ovulyasiya testi sidikdə LH-un səviyyəsini və ovulyasiyanın mümkün olub-olmadığını təyin edir. LH öz zirvəsinə çatdıqda (test müsbət nəticə göstərir), bu o deməkdir ki, bu menstrual dövrdə ovulyasiya mümkündür.
Lakin əgər test hətta müsbət nəticə göstəribsə, bu həç də o demək deyil ki, ovulyasiya bu dövrdə mütləq baş verəcək.
Polikistoz xəstəliyi, yumurtalıqların tükənməsi sindromu, qadında klimaksdan əvvəl dövrdə LH yüksək ola bilər, lakin ovulyasiya baş verməyə bilər.

3. Menstruasiya zamanı hamilə qalmaq mümkündürmü?
İlk növbədə nəzərinizə çatdıraq ki, menstruasiya zamanı cinsi əlaqələr müxtəlif iltihabların inkişafına təkan verə bilər və bu səbəbdən ginekoloqlar qadınlara menstruasiya zamanı cinsi əlaqələrə girmək tövsiyə etmirlər.
Əgər cinsi əlaqə menstruasiyanın sonunda baş veribsə, qadın hamilə qala bilər. Məsələ burasındadır ki, qadın cinsiyyat yollarında spermatozoidlər 5, hətta 7 gün ərzində yaşaya bilirlər və öz mayalanma xüsusiyyətlərini itirmirlər. Beləliklə, əgər qadında menstrual dövr qısadırsa və ya menstruasiya bu konkret menstrual dövrdə daha tez baş verərsə, hamiləlik baş verə bilər.

4. 1 menstrual dövr ərzində ovulyasiya neçə dəfə baş verə bilər?
Yalnız 1 dəfə. Lakin bəzən menstrual dövr ərzində 1 yox, 2 follikul yetişir və onların ikisi eyni vaxtda ovulyasiya olunur. Əgər bu halda hamiləlik baş tutarsa, dünyaya müxtəlif yumurtalı əkizlər gələcək (bir birinə oxşamayan və hətta müxtəlif cinslərə aid olan uşaqlar).

5. Ovulyasiya hər menstrual dövrdə baş verir?
Hətta sağlam qadında ovulyasiya hər menstrual dövrdə baş verməyə bilər. Buna "anovulyator menstrual dövr" deyilir. Cavan qadınlarda 1 ildə 1-2 anovulyator menstrual dövr ola bilər. Qadının yaşı artdıqca anovulyator menstrual dövrlərin sayı da artır.

6. Ovulyasiya olmayıbsa, menstruasiya mümkündürmü?
Bəli, mümkündür.
Digər tərəfdən menstruasiya başlayıbsa, bu o demək deyil ki, keçən menstrual dövrdə ovulyasiya baş vermişdir.


Şərhlər: 18
Baxılıb: 4750
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Spermatazoidin 5-7 yox 2-3gun yasadigini bilirem burda abartilmis.
9 yanvar 2015 01:50
# 18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Сладкий Ангел
128 xebere gor saq olun
8 yanvar 2015 20:00
# 17
.Bir gülüşüm var Sizlərə ömür...
adsiz-a
ay bele şeyler boş şeylerdi,Allahin yaninda qismetde varsa ondada olur
7 yanvar 2015 11:55
# 16
talis balasi
Bu tur seyler ezberdi mende offf (((((((((((
7 yanvar 2015 11:33
# 15
Qlamurr
Lazimli melumatdi......twk....
7 yanvar 2015 11:33
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melissa
tskrler bilirdim )
7 yanvar 2015 10:24
# 13
AYKA-ISI
bunlari bilirdim tekler
7 yanvar 2015 09:45
# 12
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
lili)
neyse sekil menede catmadi
7 yanvar 2015 08:59
# 11
Menim balam
Demek olar ki, bu sualların hamısının cavabını bilirem.
7 yanvar 2015 02:28
# 10
sona
duzu tam olaraq bawa duwmedim. Vapwe qadin meseleleri cox qariwiqdi. Sabah ayiq bawla yene oxuyacam

Pis bawa duwmuyun yuxuluyam))))
7 yanvar 2015 01:50
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
gaye
Sohbet neden gedir???????
7 yanvar 2015 00:41
# 8
C+G=∞♥
Turkan Abbasova
Lazimlidi
7 yanvar 2015 00:29
# 7
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
xeyalperest
Maraqliydi heqiqeten bio dersinde kecende daha yaxsi başa duşerem yeqin twk
6 yanvar 2015 23:32
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ece uslu
evlilere lazim olar
6 yanvar 2015 23:31
# 5
tatyana
Sitat: antikvar
Metni anladiqda bu seklin metne ne adiyyati anlamadim gitdi)))))
Menusturasiya ve ovulasiya fon sekilde qiz oglanla serab masasinda)))))

Mence sekil tam yerine dusmush))
6 yanvar 2015 23:30
# 4
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Antikvar
Metni anladiqda bu seklin metne ne adiyyati anlamadim gitdi)))))
Menusturasiya ve ovulasiya fon sekilde qiz oglanla serab masasinda)))))
6 yanvar 2015 23:05
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Heqiqeten evli qadinlarcun lazimli xeberdi
6 yanvar 2015 23:04
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Maraqlıdı məlumatlardı
6 yanvar 2015 23:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz