Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
Göndərən: ayka
Şərhlər: 19
Baxılıb: 1225
Səs ver:
Qadınlar üçün gözəllik ən vacib məsələlərdən biridir.

Müxtəlif kosmetikalar, kremlər və bu kimi dəri canlandıran və gözəlləşdirən vasitələr ilk baxışdan çox məsum görünür. Düzdür, keyfiyyətsiz kosmetikaların ziyanı çoxdur və bu məsələ hər kəs tərəfindən də aşkar bilinir. Lakin xanımlar bəzən elə də diqqətli olmur. Kosmetik vasitələrin baha alınması, eləcə də tanınmış marka olması o demək deyil ki, dəri təhlükədən sığortalanıb.

Kosmetik vasitələrin mənfi nəticələri xanımlar tərəfindən tez-tez rastlaşılmasa da, kosmetik vasitə fəsadından hətta ölüm faktının olması da danılmazdır. Bu isə kosmetika sevərlər üçün bir siqnaldır. Dəri ilə zarafat etmək olmaz, və üzə olunan hər müdaxilədə iki qat diqqətli olunmalıdır.
Qadınların çoxu kosmetik vasitələrinin necə saxlanması haqqında da məlumatsızdır. Əksər xanımlar lazım olan vasitələri elə çantaya atır, əksəriyyəti cibində daşıyır, nisbətən səliqəni sevənlər isə kosmetika üçün xüsusi kosmetik çantalardan istifadə edir. Elə təhlükə də bu kosmetik çantalardan başlayır. Təmizlənməyən, yuyulmayan, müxtəlif kosmetika qalıqları ilə yüklənən ala-bəzək çantalar istənilən bahalı vasitəni də keyfiyyətsiz etməyə qadirdir. Bəzi xanımlar kosmetik çantaların yuyulma və təmizlənməsinin vacibliyini dərk etmir. Halbuki, bir istifadədən sonra çantaya toplanan və sürətlə artan mikrobların sayı milyonlarladır. Amerika kosmetik firmalarının araşdırmalarının nəticələrinə görə, istifadədən sonra təmizlənməyən krem başlıqları, ənlik qablarının qapaqları, dodaq boyalarının kənarları bir müddət sonra tərkib etibarilə dəyişir. Bu cür dəyişim geyimlər, çantalar ilə təmasda olan kosmetik vasitələrdə daha sürətlə gedir. Bu səbəbdən daim təmizlənən kosmetik vasitələr sadəcə kosmetika üçün nəzərdə tutulan qablarda saxlanılmalı, qablar mütəmadi yeniləri ilə əvəzlənməlidir.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, kosmetik çantalar və qadın əlləri üzün həssas dərisi üçün olduqca təhlükəlidir. İstifadə olunmayan kosmetik süngərlər, istifadə olunduğu zaman yuyulmayan kosmetika yayıcı alətlər tamamilə mikrob yuvasıdır. Üz dərisində olan hər hansı kiçik bir yaralanma və ya sızanaq kifayət edir ki, dəri altı təbəqə zərərli maddəni sorsun, mikroblar bu təbəqəyə daxil olsun. Gənclər arasında yayılan akne, sızanaq problemlərinin səbəblərindən biri də elə budur. Təmiz əl, təmiz kosmetik çanta, orijinal makiyaj vasitələrindən istifadə etmək dəri sağlığı üçün vacibdir:"Təmiz və sağlam cild üçün ümumiyyətlə, kimyəvi qarışımı olan kosmetika istifadə olunmamalıdır. Kosmetikadan istifadə etməyən xanımların azlığını nəzərə alsaq, onda təmiz və gigiyenik baxımdan olduqca həssas olmalarının böyük önəmi var. Əvvəla bilinməlidir ki, kosmetik vasitələri üz dərisinə tətbiq edən kistlər və süngərlər doğru seçilməli, düzgün təmizlənməlidir. Təmizlənmiş bu alətlər çirkli kosmetik çantalarda gəzdirilməməlidir. İstifadədən sonra mütləq yuyulması vacib olan süngər və kistlər istifadə olunduğu kimi çantaya atılmamalıdır".

Onun sözlərinə görə, üz dərisindəki yağı, nəmi özünə çəkib kosmetika ilə də qarışan süngər və ya kistlər sürətlə mikrob toplayır. Çantada uzun müddət saxlanıldıqdan sonra vəziyyət daha da pis olur və dəri üçün təhlükə yaranır. Bədənin ən zərif dəriyə malik olan nahiyyəsi, üz dərisinin strukturunu pozmaq çox asan, bərpa etmək isə olduqca çətindir. Məhz bu səbəbdən bir sıra qaydalara mütləq əməl edilməlidir ki, gözəl görünmək arzusunu üz problemləri əvəzləməsin.
Dermatoloq gigiyenik şərtlərə əməl etmədən kosmetika istifadə edən xanımlara daha diqqətli olmağı məsləhət görür. Dəri allergiyalarından tutmuş yaralı sızanaqlara kimi bir çox əziyyətli müalicə tələb edən xəstəliklər məhz bu yolla yoluxur: "Kosmetik çantalar tez-tez dəyişdirilməli, dəyişdirilmədiyi halda qaynadılaraq yuyulmalı, mütəmadi olaraq kosmetik məhsullar spirtlə silinməli, istifadə tək insana məxsus olmalı, əllərlə kosmetika dəriyə çəkilməməli, quru dərilər 4, yağlı dərilər 2-3 saatdan sonra mütləq təmizlənməlidir".


Şərhlər: 19
Baxılıb: 1225
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
alpinist
Tewekkurler.lazimli melumatdi
4 oktyabr 2016 20:37
# 19
Dosta_inam
Ne qeder temiz saxlasan da,mikrob her yerde var neinki sumkada.
11 iyun 2015 18:34
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
inanmiramki cunkamda mikrob olsun
11 mart 2015 00:19
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
meni_gozle
Sumkamda kosmetika kawiloku...pul kawiloku yemek ucun nese qoyaram birde saqqizlar olur
8 yanvar 2015 21:17
# 16
Aysel Tatli
pul olmayanda mikrob cox olur
5 yanvar 2015 19:45
# 15
Melissa
menim sumkamda her sey olur amma
5 yanvar 2015 11:58
# 14
emis
mende cantamda losmetik vasite saxlamiram ancaq dux gotururem harasa gedende
5 yanvar 2015 11:57
# 13
Gulu-Qezi
DUZDU TEWEKKUR
5 yanvar 2015 11:19
# 12
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
xeyalperest
İstifade etmirem ama qismen haqliliq var twk
5 yanvar 2015 06:31
# 11
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ismayilova ulker
Bu tek çantada deyilki. Çanta şükürlüdü suz bidə pulda olan mikroblara baxın. Nələr var orda .
5 yanvar 2015 01:20
# 10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
FISTIK
Her yerde var.)))
5 yanvar 2015 00:10
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
FISTIK
Mikroba qalsa eeeeee :)))
5 yanvar 2015 00:09
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
sona
Canatamda hec vaxt hec bir kosmetik vasite goturmurem. Ancaq toya gedende tekce pomada. Qaldiki mikroba o 4 terefimizde var
5 yanvar 2015 00:05
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fialka
Əlbətdəki kosmetik vasitələr şəxsi olmalıdır,həmdə təmiz saxlanmalıdır,istifadə etdiyim fırcalarıda spirtlə silirəm mən.
4 yanvar 2015 23:18
# 6
Wappuw
pomada olyr bi tek cantamda,bide o neyinki cantamizda dort terefimizde gezen o qeder mikroplar var kii
4 yanvar 2015 23:18
# 5
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Qlamurr
Çantamda pomadadan başqa heç bir kosmetika vasitesi olmur,evde makiyaj edib çıxıram,sonradan təzəkəmirəm,gələn kimi də təmizliyirəm....
4 yanvar 2015 23:10
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
arzum-aysum
Men istifade edirem kosmetika. Ancaq onsuz da bu deqiqe nefes aldigimiz hava ozu de mikrob yignagidi
4 yanvar 2015 23:10
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Mikrob her yerde var ne edek gozellik qurban teleb edir
4 yanvar 2015 23:06
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Madina
Bunlari bilirem ve emel de edirem. Duzdur cox onemli melumatdir,twk. Riayet olunmasi vacibdir.
4 yanvar 2015 23:05
# 1
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz