Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç bilirsiz qadınlar hansı kişilərə nifrət edirlər?
Heç bilirsiz qadınlar hansı kişilərə nifrət edirlər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1295
Səs ver:

alt


Qadınlar hansı kişiləri bəyənmir? Onlar nəyə diqqət edərək güclü cinsə üz çevirirlər?


Ən müxtəlif araşdırmalar zərif cinsdə antirəğbət oyadan bir neçə əlaməti müəyyənləşdirməyə imkan verib.

Məsələn:

Ağ şalvarlılar - Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda geyilən ağ kətan şalvarlar, 80-ci illərin "Miami Vice"-ın vaxtından qalmadır. Ağ şalvar geyənləri qadınlar ilk baxışda rədd edir.

"Yumurta” dikdaban - Aranızda “yumurta” (oval) dikdaban ayaqqabı geyən varmı? Əgər varsa, o ayaqqabıları dərhal məscidlərin birinin həyətində unudun. Boyunuz sizə görə qısadırsa “buraxın, dağınıq qalsın”. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin!

Saçı jelelilər - Başına bir qutu jele yaxan və saçları işıqda par-par parıldayan kişilər bütün qadınları iyrəndirir. Çoxlu jele istifadə etməklə siz “qıjı” kontingentinə daxil olmuş sayılırsınız. Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə formaya salın.

Rəngli linza - Göz rənginiz nə olursa-olsun onu sevməyə, alışmağa çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl ola bilər, amma önəmlisi təbii gözəllikdir... Bir də unutmayın, qadınlar orijinal kişilərdən xoşlanar, “ehtiyat hissəyə” müraciət etməyin.

Təsbeh - Hələ də təsbeh çəkirsinizsə dərhal onu bir kənara atın. Çox lazımdırsa, təcili olaraq əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çəkən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.

Ucuz ətir - Ümid edirik ki, hələ də ucuz odekolonu ətir yerinə istifadə etmirsiniz. Əgər ətiriniz yoxdursa, odekolon da istifadə etməyinin, belə daha yaxşıdır... Kişilərdəki odekolon mövzusu qadınları rəsmi olaraq eyni qütblü maqnitlər kimi itələyir.

Həddən artıq əzələli bədən - Həddən artıq əzələli bədənli kişilər, ə qadınlar bu tip kişilərdən heç xoşlanmırlar. Amma idman salonunda 500 kilo ağırlıqla “bench” press edən kişilər əsla intimual deyil.

“Xaşal qarın” - Həddindən artıq əzələli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Əgər qaçırsınızsa və qarnınız sizdən qabaqda getməyə başlamışsa dərhal onun idarəsini ələ alın və yeməyinizə diqqət edin.

Tər qoxusu - Qadınlar təmiz kişiləri sevir. Ətir olmasa da bədəni təmiz iy verən kişini qadınlar cazibədar sayırlar. Hər gün duş almanız və dezodorant istifadə etməyiniz məsləhətdir. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz, amma görünüş ilə də məşğul olmalısınız. İslanınca rəngi dəyişməyən, yəni tərlədiyiniz zaman sizi ələ verməyəcək geyimlər seçin.

Sarı dişlər - Bazarda hər növ diş pastası varkən hələ də sarı dişlərdən şikayətçi olmaq çox pisdir... Unutmayın ki, siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünüzə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə, dərhal siqareti atın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş məcunuyla fırçalayın.

Ağız qoxusu - Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da müalicəsi vacib olan çürük bir dişdən yarana bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getməzdən əvvəl soğan, sarımsaq kimi iy verən yeməklərdən uzaq durun. Ağız spreyi ya da nanəli saqqız istifadə edin.

Şalvarın altından görünən alt paltarı - Müəyyən şalvarlar dəbdədir, ancaq bunların altından geydiyiniz paltarlar da əhəmiyyətlidir. Heç bir qadın şalvarın altından görünən ağ tumanı görmək istəməz. Şalvarı aşağı sürüşdürdükdə çəksəniz alt paltarınız görünməz.

Qızıl bijüteriya - Çox zəngin, imkanlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri belədir: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır”. Barmaq qalınlığında qızıl bir boyunbağı və ya barmağını örtən qızıl üzüklərdən, xüsusilə də qaşlı, cəngavər üzüyü kimi üzük taxan kişilər, qadınlar tərəfindən heç yaxşı qarşılanmır.


Şərhlər:
Baxılıb: 1295
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz