Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri döyməyi öyrədən qadın təşkilatı yaradıldı
Kişiləri döyməyi öyrədən qadın təşkilatı yaradıldı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2094
Səs ver:
qadınlar, Hindistanda, şiddət, namus, Qadınlar, təcavüz, qadına, etmiş, qarşı, mübarizə, Çəhrayı, haqqlarını, polislər, etmir, Çubuq, Gulabi, sarilər, Sampat, qorumaq, döydük
Hindistanda hər il təxminən 10 min qadın namus cinayətinə qurban gedir on minlərcə qadın da şiddət görür və təcavüzə uğrayır. ‘Çəhrayı Təşkilat' adı altında toplanan qadınlar haqqlarını tələb etməyin çarəsini polis də daxil olmaqla bütün kişiləri çubuqla döyməkdə tapdılar.Hindistanda qadınlar ölkənin ən əhəmiyyətli problemi cinsiyyət ayrı-seçkilikçiliyi,qadına şiddət təcavüz və namus cinayətləriylə mübarizə üçün "Çəhrayı Təşkilat" mənasını verən "Gulabi Gang" adı altında toplanıb Çəhrayı sarilər geyən qadınlar mübarizə üçün də maraqlı bir vasitə seçib: Çubuq! Çəhrayı Qadınlar Hindistanda haqqlarını çubuqla axtarır. Gulabi Gangın lideri Sampat Pal "Bizi xor görənlərə və mərhəmətsiz kişilərə qarşı sözlər kifayət etmir. Bu səbəblə Hindistan çubuqlarıyla qadınlara özlərini necə qoruyacaqlarını öyrədirik və bizə hücum etməyə cəhd edənləri döyürük" dedi.
ÇUBUQLU QADINLAR..!

Sampat Pal mübarizələrini belə izah edir: 'Ailəm məktəbə getməyimə icazə vermədi. Mən də öz özümə oxumağı və yazmağı öyrəndim. 12 yaşındaykən ailəmin təhrikiylə evləndim. Hindistanda bu normal haldır çox kiçik yaşda ailələr uşaqları evləndirirlər. Kiçik qızlar namus cinayətinə və şiddətə məruz qalır. Mən də ailəmlə çox problem yaşamışam...və buna görə də bu işi etməmi qəbul etmədilər. Lakin indi niyə qadınları qorumaq istədiyimi daha yaxşı anlayırlar. 25 yaşından bəri özüm və qadınlar üçün mübarizə aparıram.
ÇƏHRAYILARI GEYİR DÖYÜŞÜRÜK...
Hindistanda qadınların vəziyyəti çox çətindir. Hökumət və NGOlər isə heç bir iş görmür. Bir şeylər etmək istədim və sonunda bu təşkilatı qurdum. İki il içində 2 min üzvə çatdıq. Sayımız hər gün artır. Qadınların haqqlarını qorumaq üçün hökumətə qarşı döyüşürük. Hamımız çəhrayı sarilər geyirik və çubuqlarımız əlimizdə etirazlar reallaşdırırıq.

ÇUBUQ SÖZDƏN TƏSİRLİDİR...
Polis qadına şiddət tətbiq etmiş bir adamı həbs etməyib sərbəst buraxınca biz də təhlükəsizlik müdirliyinə basqın etdik və polisi döydük.Çubuq təsirli oldu çünki sözlərlə izah etmək kifayət etmir. Amma məqsədimiz yalnız gedib kişiləri döymək deyil haqqımızı tələb etməkdir. Qadınlar bizə problemlərini izah edir və bütün üzvlər oturub müzakirə edib həll yolu axtarırıq.

POLİSİ DÖYDÜK VƏ ARTIQ BİZDƏN QORXURLAR...
Hökumət ədalətsizlik və sui-istifadə edirsə o zaman çubuqlarımızla döyürük. Ayrıca etiraz reallaşdırarkən artıq polislər yanımıza yaxınlaşa bilmir. Əvvəllən polislər də bizi döyməyə çalışırdılar. Ən böyük ədalətsizliyi polislər edirdi. Günahkar bir adamı sərbəst buraxır qadına şiddət tətbiq etmiş və ya təcavüz etmiş olsa da fərq etmir.. Polislərə qarşı buna görə döyüş başlatdıq və onları döydük. İndi vəziyyət daha yaxşıdır. Bizimlə razılaşdılar və qanunlara zidd davranmayacaqlarına dair söz verdilər.

DEMOKRATİYA ÜÇÜN DÖYÜŞMƏYƏ DAVAM EDƏCƏYİK...
Biz demokratiya istəyirik və buna görə döyüşmək məcburiyyətindəyik. Başqa çarə yoxdur. Çünki qadınlar illərdir bu işgəncəni çəkir. Bərabərsizlik,ədalətsizlik,yoxsulluq,şiddət,təcavüz,adət cinayəti...Qadınlar bunları layiq deyil. Ancaq konstitusiyada dəyişikliklər təmin etsək bu problemlər həll edilə bilər. Mübarizəmizə davam edəcəyik...



Şərhlər:
Baxılıb: 2094
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz