Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Spiral
Spiral
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8272
Səs ver:

alt

 

Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək,spirallar ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.Plastmas tərkibli uşaqlıq daxilinə yerləşə biləcək ölçüyə malik olan spirallar T hərfi formasındadır.Plastmasdan ibarət olan əsas gövdə hissənin ətrafını mis tel əhatə edir.Bu mis hissəni bəzən qızıldan da hazırlayırlar.Bəzən isə dərman maddələri və ya hormonlar da bu hissəni əvəz edir.Spirallar təkcə hamiləlikdən qorunmaq üçün deyil,eyni zamanda müalicəvi vasitələr kimi də istifadə olunur.

Hormon tərkibli spirallar əsasən, misli spiralların aybaşı qanaxmasının miqdarını və ağrılarını artırmaq kimi əlavə təsirlərini aradan qaldırmaq üçün istifadə edilir.Çünkü ən geniş yayılmış spirallar mis tərkibli olanlardır.


Hər bir spiralın gövdə hissəsinin aşağısında sap vardır ki,bu da lazım olduqda həkimin onu xaric etməsi üçündür.

Təsir mexanizmi isə bundan ibarətdir ki,daxil edildiyi andan etibarən spiral yad maddə kimi fəaliyyət göstərir və ətrafında iltihab sahəsi əmələ gətirərək bu zaman bu sahəyə çoxlu sayda immun hüceyrə toplanaraq cinsi əlaqədən sonra uşaqlığa daxil olan spermin mehv edilməsinə səbəb olur və hamiləlik baş vermir.

 

Spiralın təsiri qoyulduğu andan başlayır və çıxarıldığı anda başa çatır.Qoruma müddəti isə hər bir markada fərqlidir,ən az 5 il müddətinə qoruma orta minimumdur.Bu müddət spiralın tərkibindəki misin və  ya hormonun zaman keçdikcə bitməsi ilə əlaqədardır.

Spiralın qoruma faizi çox yüksəkdir,bir ərzində hər 100 qadından 1ində hamiləlik müşahidə olunur.

Spiralın qoyulmasına qərar verən qadından ətraflı anamnestik məlumat alınaraq ginekolji müayinə aparılır və xərçəngönü xəstəliklər və ya xərçəngin özü inkar edildikdən sonra həkim spiralın qoyulacağı günü təyin edir.Bu dərhal da ola bilər.Əgər planlı şəkildə olarsa,aybaşının ilk günlərində uşaqlığın xarici dəliyi azacıq açıq olduğundan aybaşının ilk günlərində və ya istənilən tarixdə xarici dəliyi genəltməklə qoyulur.Spiral süni və ya təbii abortdan yaxud da doğuşdan dərhal sonra da qoyula bilər.Lakin daha yaxşı olar ki,zahılıq müddətini başa vurasız.

Ancaq ümumilikdə qadın hamilə olmadığı bütün hallarda spiral qoydura bilər.

Spiralın qoyulması əsasən ağrısız bir proseduradır,lakin yerli olaraq anestetiklərdən də istifadə edilir.

alt


Spiral taxıldıqdan sonra qadın USM edilir və spiralın vəziyyəti təyin olunur.

 

 

Əks göstərişlər

  • Çoxsaylı partnyorlu həyat yoldaşı  infeksiya mənbəyi ola bilər
  • Hamiləlik
  • QİÇS,hormonal müalicə almış şəxs,narkotik istifadəçilərində orqanizmin immuniteti zəiflədiyi üçün
  • Norma xarici qanaxması olan qadınlarda səbəb aradan qaldırılmadan
  • Uşaqlıqdaxili miomaların uşaqliğın quruluşunu pozduğu hallarda
  • Misə həssaslığı olan və mis metabolizmi pozğunluğu olan qadınlarda
  • Müayinə zamanı uşaqlığın boşluğunun böyük və ya kiçik olduğu hallarda spiralın qoyulması əks göstərişdir.Əvvəllər doğmamış qadınlar ətraflı müayinədın sonra spiral qoydura bilər.

Əlavə təsirlər

  • Mis tərkibli spirallar aybaşı qanaxmasını gün və miqdar olaraq artırır.Buna görə də iltihab əleyhinə vasitələr istifadə olunur.Əks hallarda həkimə müraciət olunur
  • Bəzən ilk həftələrdən ləkə şəklində qanaxmalar ola bilər
  • Spiralın ipinin uzun kəsilməsi cinsi əlaqəyə mane ola bilər
  • Uzun müddətli spiralın bətndə qalması spiralın yerdəyişməsi və boruları bağlaması ola bilər və s.

Xüsusi hallar

  • hamiləlik-spiral istifadə edən  qadında aybaşı gecikirsə,dərhal həkimə müraciət etməlidir


Şərhlər:
Baxılıb: 8272
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz