Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Enerjili qadınların sirri nədir?
Enerjili qadınların sirri nədir?
Göndərən: ayka
Şərhlər:
Baxılıb: 1696
Səs ver:
Eyni anda hər şeyi edə bilən və ən əsası da, bunların hamısını yaxşı edə bilən bəzi qadınlar vardır. Bu qadınları marketdə görərsiniz: Bir tərəfdən cib telefonu ilə danışarkən, bir tərəfdən də alış-veriş arabasını doldurarlar və yanlarında da xoşbəxt, söz dinləyən bir uşaq vardır. Alver siyahısını hazırlamanın belə nə qədər enerjinizi aldığınızı düşündüyünüzdə bu sizə haqsızlıq kimi görünər. Bu qadınlar bunu necə bacararlar? Bu enerjilərinin qaynağı nədir?

Belə məşğul və enerjili qadınların bir neçə sirri vardır. Sizin də faydalana biləcəyiniz məqamlar ola bilər:

1. Siyahı tutun
Xanımlara soruşulduğunda istisnasız hamısı eyni cavabı verəcək: Edəcəyiniz şeyləri yazın. Hər günün sonunda sabahısı gün bacarmanız lazım olan şeylərin siyahısını edin. Beləcə həm özünüzü məsul hiss edəcəksiniz, həm də gündəlik təlaşın etməniz lazım olanları unutdurmasına mane olacaqsınız. Siyahılar məsuliyyətlərinizin altından qalxılmaz bir dağ kimi görünməsinə də mane olar. Ayrıca tamamladığınız maddələrin üzərindən xətt çəkərkən özünüzü çox yaxşı hiss edəcəksiniz!

2. Məşq edin
Onsuz da sıx olan gününüzə bir də məşqi qatmaq fikri çılğınlıq kimi görünə bilər. Məşq yalnız daha çox yorulmanıza faydaymış kimi görünsə də, əslində bunun tam tərsi bir təsir yaradar. Günə yüngül bir məşqlə başlamaq gün boyu özünüzü daha enerjili hiss etmənizi təmin edər. Ayrıca məşq əsnasında ifraz olunan endorfin ("xoşbəxtlik hormonu") da stressi azaldar. Unutmayın enerji nə qədər çoxdursa, stress o qədər az olacaq.

3. Özünüzə zaman ayırın
Həftədə, iki həftədə ya da ayda bir gün, bir neçə saatı yalnız özünüzə ayırın və bu müddətdə işlə əlaqədar heç bir şeyin sizi narahat etməsinə icazə verməyin. 

4. Qovuşmaq üçün gözlədiyiniz bir şey olsun
Tətil planlarınızı ilin başında edin. Sıx iş tempinə nə vaxt ara verərək, istirahət edəcəyinizi və əylənəcəyinizi bilmək sizi motivasiya edəcək.

5. Yaxşı qidalanın
Günə gözəl bir səhər yeməyi ilə başlayın və pay atlamayın. Hər payda balanslı və sağlam yeməklər yeyin. Duzlu krakerler, şokolad, şəkərli içkilər və sairə. Keçici bir enerji artımı təmin etsə də, dərhal ardından özünüzü əldən düşmüş və cansız hiss etmənizə səbəb olar. Tərəvəz, meyvə, süd məhsulları kimi sağlam qidalardan tez-tez yemək gün boyunca ehtiyacınız olan enerjini təmin edəcək. Hər gün yeməklərinizi planlamağa ayıracağınız bir neçə dəqiqə enerji səviyyənizi yüksəldə bilərsiniz.


Şərhlər:
Baxılıb: 1696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz