Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın nə istəyir?
Qadın nə istəyir?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 800
Səs ver:
Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü.

Bəs nəyə görə kişilər qadınların çətin xaraketli və nə istədiklərini bilmədiklərini düşünürlər?! Ziqmund Freydin belə bir deyimi var: " 30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır. Kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək bu qədər mi çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki hər bir frekansda onunla bərabər ola bilsin. Bu bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da nifrətlə yanaşırlar. Bir qadının diqqətini kişiyə qarşı nə çəkə bilər sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və kontrol etmək bacarığı qadının diqqətini çəkir. Əksəriyyət kişilər qadınlar haqqında nə istədiklərini bilmirlər sözlərini tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən bir qadına sual verilsə ki, qadın nə istəyir? Cavabında –"burda çətin nə var ki” cavabını almaq olar.

Kişi sərbəst və özümə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanından özlərini sevilən qadın kimi görmək istəyirlər.
Kişi maraqlı həmsöhbət, dinləməyi bacarmalı qadına nə etməyi öyrətməyi yox, öz fikrini bildirməlidir.
Qadınların kişilərdə görmək istədiyi ən əsas xüsusiyyətlərdən ən əsas xüsusiyyətlərindən biri isə onlarda yumor hissinin olmasıdır.
Onu da qeyd edək ki, qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək daxili gözəl olmalıdır deyirlər. Amma həqiqətəndə həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər, amma görünüş gözlərə ilk siqnal verir.
Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələrdə xarici görünüşlü üstün tuturlar. Bu isə ən əsas vizual tip xanımlara aiddir. Qadınlar üçün ideal şərtləri yaraşıqlı, sadiq, sabit xarakterli ağıllı yaxşı statusa mailk olan kişilərdir. Təbii ki, bütün bunların hamısı bir insanda cəm ola bilməz. İdeal insanın zehnində həyat nədir, ölüm nədir, varlıq nədir, varlığa münaibətin mahiyyəti nədir, qulluq nədir, ibadət nədir, günah nədir, savab nədir, münasibətlər nədir və bunlar niyə insanın başına gəlir? Bunun kimi bir çox suallar qanunları meydana gətirir. Bunun müqabilində o vicdanında şimşək kimi çaxan hikmət parıltılarından, ruhunda əks olunan ilham yellərindən hörüb ortaya qoyduğu nur halqaları zirvəsinə yüksəlir. Oradan hər şeyin pərdə arxası olan heyrət , heyranlıqla doğan sevgi və məhəbbətə qovuşur.

İdeal insanlar ideal cəmiyyətin ideal insanıdır.

Qadınların əsas istədiyi 10 xüsusiyyət:

Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.
Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı-sözün əsl mənasında möhkəm ailə.
Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var. Can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu elə boşuna deməyiblər.
Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadın öz həyatında görmək istədiyi məhz budur.
Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görsənmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görsənməyə can atırlar.
Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq.
Qadın müstəqil olmaq istəyir. Yəqinki son illər qadınlar idarəetmə, siyasət biznes sahibində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir.
Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməzki sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığının qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.
Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.
10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.

Əlbəttə ki, qadınların milyonlarla istəyi var. Sonda isə onu qeyd etmək lazımdır ki, kişi iddialı və fikrində qətiyyətlidirsə mütləq qadının istəyi hər bir şeyə nail olacaqdır.


Şərhlər:
Baxılıb: 800
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz