Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paltarınızın rəngi sizin haqqınızda nə deyir?
Paltarınızın rəngi sizin haqqınızda nə deyir?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 2490
Səs ver:
İşgüzarlıq və rənglər dünyası
Məlum olduğu kimi, işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür.Qadinlar.biz bu yazıda işiniz üçün münasib olan qarderobun əsas prinsiplərindən və təməl rənglərdən istifadə haqqında söhbət açacaq.
Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək. Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz.

Klassik stili seçin
Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Ona bir neçə dəbdə olan aksessuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.

Təməl rənglərdən istifadə edin
İşgüzar qarderob əsas «işgüzar rənglərdən» ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər... Daha kiçik detallar məsələn, qalstuk, köynək daha açıq tonlarda ola bilər. Çox parlaq, qışqıran rənglərdən uzaq olun.

Rənglərin hakimləri qara, tünd göy, göy, tünd boz və qəhvəyi rənglərdir. Tünd göy xətli kostyum rəhbər vəzifədə çalışanların qarderobunda mütləq olmalıdır. Çünki göy rəng insanı daha yüksək rütbəli, vacib şəxslər kimi göstərir. Ona görə də məsələn, satıcısınızsa, bu rəngli geyimlərdən uzaq olun ki, alıcıları qorxutmayasınız. Bu rənglə bağlı kiçik bir sirri də sizlərlə bölüşürük. O qədər hündürboylu olmayan şəxslər bu rəngdə geyinilmiş kostyum vasitəsilə real boylarından vizual olaraq hündür görünəcəklər. Kişilərin dominatlıq etdiyi biznes sferasında yerini tapmaq istəyən xanımlar tünd göy, tünd boz rəngdən istifadə etsə uduzmaz.
Əgər hökmran olduğunuzu bəyan etmək istəyirsinizsə, tünd rənglərdən istifadə edin. Daha açıq çalarla tutalım, bej və ya göydən o halda istifadə edin ki, əlçatan və dostcanlı görünmək istəyirsiniz. Unutmayın ki, geyim seçiminə mövsüm və hava əhəmiyyətli təsir edir.
Rənglərin təsirini öyrənməklə işgüzar qarderobunuzu daha mükəmməl tərtib edə bilərsiniz. Deməli, rənglər dünyasına səyahət etməyin lap vaxtıdır.
Qara hakimiyyətpərəstliyin rəngidir. Bundan başqa, kişi kostyumlarının rəngidir. Ona görə də bir çox peşə sahiblərinə qara rəngli kostyumdan deyil, aksessuarlardan istifadə məsləhətdir. Tutalım qara kəmər, pulqabı, portfel və ya botinka. Qadınlar isə qara kostyum, yubka, geyim və həmçinin aksessuarlardan istifadə edə bilərlər.

Göy bu həm kişilər, həm qadınlara uyğun olan çox münasib rəngdir. Bu rəngdə paltar geyinməyin həmişə yeri var. Tünd göy əsl hakimiyyətin, həmçinin səmimiyyətin və pulun rəngidir. Xüsusilə kişilər üçün. Çox tünd olmayan göy sizin açıqlığınızı və ya əlçatanlığınızı nümayiş etdirməyə qadirdir. Göy rəng insana harmoniya bəxş edir.

Boz gücü və stabilliyi sərgiləyir. Bu rəngin istənilən çaları kişi və qadın qarderobunun əsas detalları üçün münasibdir. Tünd boz hər iki cins üçün hökmranlıq rəngidir. Açıq boz az rəsmi və daha çox dostcanlığı bildirir.

Qəhvəyi küknar kimi qeyri-hamar olan tvin yəni yun parçalardan tikilmiş kostyumlarda çox yaxşı görünür, nəinki hamar parçalarda. Bu rəng portfel, kəmər və botinka üçün daha əlverişlidir. Qəhvəyi rəngi daha yaşlı nəslin nümayəndələri seçirlər. Doğrudan da bu rəng gənclər üçün o qədər əlverişli deyil.

Bej qadınlar və kişilər üçün çox universal rəngdir. Yay üçün ideal rəng hesab edilir. Həmsöhbətə təzyiq etməyən, xeyirxah rənglərin siyahısındadır. Kişilər bej rəngli kostyumu açıq-mavi köynəklə geyinə bilərlər.

Tünd-qırmızı hökmranlığın rəmzidir. Amma universal görünür. Kişilər tünd qırmızı kəmər, pulqabı və ya portfelə məhdudlaşa bilərlər. Qadınlar nəinki bu rəngdə aksessuarlar taxa, həm də kostyumlar geyinməyi özlərinə müsahidə edə bilərlər.

Qırmızı hansısa vəziyyətlə uyğunlaşa və ya heç uyğunlaşmaya bilər. Bu sahibinin cinsindən, dəqiq seçilmiş çalardan, geyimin növündən və geyimdə əsas rəngin olub-olmadığından asılıdır. Al-qırmızı rəng uzun müddət kral hökmranlığı ilə assosiasiya edilib. Bu rəng modanın rəngidir. Biznesin əsas bir sıra sahələrində ondan əsas rəngi kimi istifadə etmək lazım deyil. Kişilər isə bu rəngdən tamamilə uzaq dursalar yaxşıdır.
Yaşıl və sarı rənglərdən işgüzar aləmdə istifadə məqsədəuyğun hesab edilmir.


Şərhlər:
Baxılıb: 2490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz