Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların seksdən imtina etməsinin səbəbləri
Qadınların seksdən imtina etməsinin səbəbləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7161
Səs ver:
İngiltərədə aparılan bir araşdırmada məlum olub ki, insanlar hər ötən il seksə daha az vaxt ayırırlar.
Bu araşdırmada 15 min adam iştirak edib. Araşdırmanın nəticələri əvvəlki illərdə eyni mövzuda aparılan araşdırmanın nəticələri ilə müqayisə edilib. Məlum olub ki, 10 əvvəl 16-44 yaş arasında insanlar sekslə ayda təqribən 15 dəfə məşğul olublar. İndiki araşdırmanın nəticələrinə görə, insanlar sekslə bir ayda 6-7 dəfə məşğul olurlar.

Modern həyat libidonu azaldır
Araşdırmanı aparanlar bildirib ki, modern həyat libidonu azaldır. London Kollecinin professoru Cath Merker bildirib ki, insanlar işlərindən dolayı, seksə daha az vaxt ayırırlar. "Bunun səbəbi müasir texnologiyadır. İnsanlar mobil telefonları, İPad-ları və başqa cihazları yataq otaqlarına soxur. Gecəni əllərində telefonla sosial şəbəkələrdə dostlarına cavab verməklə keçirirlər.

Cath Merker araşdırmanın nəticələrində onu da vurğulayıb ki, "Ola bilsin ki, 16-44 yaş arasındakı insanlar seks yerinə pornoqrafiya izləməyə üstünlük verirlər”.

Britaniyalı alimlər müasir qadınların 50 il əvvəlkilərlə müqayisədə sekslə dəfələrlə az məşğul olduğunu da bildiriblər. Tədqiqat nəticəsində məlum olub ki, 50 il əvvəllə müqayisədə indi tənha, üstünlüyü işə və karyeraya verən xanımların sayı daha çoxdur. Onlar ev işləri ilə də daha az məşğul olur. Seks bu qadınlar üçün əhəmiyyətinə görə sonuncu yerlərdən birini tutur.

Tədqiqatçılar hesab edirlər ki, 50 il əvvəl qadınların sekslə daha çox məşğul olmalarının səbəbi o zaman əksər xanımların evdar qadın olması ilə bağlı idi: "50 il əvvəl qadınlar orta hesabla 24 yaşında ərə gedir, 25 yaşında ana olurdu. İndi isə bu yaş həddi müvafiq olaraq 28-29-dur. 40-50 il əvvəl qadınlar daha çox ərlərinin istəklərini yerinə yetirməyə çalışırdısa, indi ərin işdən gəldiyi vaxtda dodaqlarına boya çəkən xanımların sayı belə, rekord həddə azalıb”.

Araşdırmanın digər nəticələri isə belədir:
İngiltərədə hər 6 qadından biri istəmədən hamilə qalır.
Cinsəl istəksizlik ən çox rast gəlinən problemlərdən biridir. Bu problemdən təkcə qadınlar deyil, kişilər də əziyyət çəkirlər.
Əvvəllər mavi və lezbiyanlara qarşı münasibət çox sərt idi. 2000-ci ildən bu tərəfə isə cəmiyyətin onlara qarşı münasibəti dəyişib. Yəni, artıq normal hal hesab edilir.
Anketdə daha xoşagəlməz nəticə əldə edilib. Belə ki, müasir dövrdə cütlüklər bir-birinə daha çox xəyanət edirlər.


Şərhlər:
Baxılıb: 7161
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz