Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar kişi olsaydılar
Qadınlar kişi olsaydılar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1053
Səs ver:
Qadına istədiyini etmək imkanının verilməməsi bir qanundur. Sirr deyil ki, bu gün də qadınların qarşısına çox qadağalar qoyulur. Məhz elə bu qadağalara görə də qadınların çox vaxt şikayətləndiklərinin şahidi olur, «bəxtimiz olsaydı oğlan olardıq» deyimlərini eşidirik.

Bəs görəsən qadınlar kişi olsaydılar nə edərdilər?

Sizlərə psixoloqların müəyyənləşdirdiyi siyahını təqdim edirik:

16-20 yaşlı qadınlar
Dərs oxumazdılar, bütün günlərini internet klublarda, gəzintilərdə keçirərdilər.

20-25 yaşlı qadınlar
Kişi olsaydılar, axşamları evə gec gələrdilər. Dostları ilə uzaq yerlərə səyahətə gedərdilər. Bayram axşamlarını evdə valideynlərlə birlikdə keçirmək məcburiyyətində qalmaz, dostları ilə səhərədək əylənərdilər.

25-30 yaşlı qadınlar
İstədikləri işdə çalışardılar. İndiki oğlanlar kimi ailənin istədiyi qızla yox, özlərinin bəyəndikləri biri ilə evlənərdilər. Qızları ələ salmaq, aldatmaq kimi qəbahət etməzdilər. Birini sevib, onunla da evlənərdilər. Qadınları addımbaşı etdiyi hər hansı bir səhv hərəkətinə görə danlamazdılar. Dediyi sözləri bəhanə kimi yox, səbəb kimi qəbul edərdlər.

30-35 yaşlı qadınlar
İşdən evə nə qədər yorğun gəlsələr də, həyat yoldaşlarına əmrlər verməzdilər. Yeməyi və çayı əsəblə, əmrlə yox, xahişlə istəyərdilər. Həyat yoldaşlarına bunu geyinmə, onu geyin deməzdilər. Onların gəzintiyə çıxmalarına, qohum-əqrəbalarına baş çəkmələrinə qadağa qoymazdılar.

35-40 yaşlı qadınlar
Artıq yaşlanırıq. Həyat yoldaşlarına qocaldıqlarını hiss etdirməmək üçün əllərindən gələni edərdilər. Qadınlarını tez-tez parklara, kafelərə aparardılar. Özlərini gənc hiss etmələri üçün hər şey edərdilər. Evdə «artıq qocalırıq» sözünü heç vaxt işlətməzdilər. Qadınlarına hər zaman sevildiklərini hiss etdirərdilər.
 
Sorğu zamanı qızların ən çox şikayətləndikləri hal istədikləri yerə gedə və gecə yarısına qədər gəzə bilməmələridir. Yaxşı ki, bu qızlar oğlan olmayıblar. Olsaydılar, sən demə, onlar heç ev üzü görməzdilər.


Şərhlər:
Baxılıb: 1053
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz