Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar kişilərdən nə istər ?
Qadınlar kişilərdən nə istər ?
Göndərən: Princesa ♚
Şərhlər:
Baxılıb: 541
Səs ver:

 

Siz də "Bu qadınları heç cür anlaya bilmədim" deyən kişilərdən birisinizmi? O zaman sizə yaxşı bir xəbərimiz var: eÇift qrupu sizin üçün, qadınların uzun nəfəsli bir əlaqədə birlikdə olduqları kişidən nələr gözlədiklərini, oxuması yalnız 2 dəqiqənizi alacaq bir siyahıda yekunlaşdırdı.

1. Ağıl verməyin, anlayış göstərin
Edə biləcəyiniz tək bir şey varsa, o da bu olsun: yoldaşınız və ya sevgiliniz sizə dərdini izah edirsə xahiş edirəm onu ​​yalnız dinləyin və fikrinizi soruşmadığı müddətcə ağıl verməyin. Bir dərdi olduğunuda marağınıza ehtiyacı olacaq və onu yalnız dinləməniz özünü çox daha yaxşı hiss etməsi üçün kafi olacaq.

2. Ona daha tez qucaqlayın
Yaxınlıq göstərdiyiniz tək anlar cinsəlliyin işin içinə girdiyin anlar isə qətiliklə səhv edirsiniz. Qadınlar alovlanmaq, sarılmaq və öpüşmək istər çünki əks təqdirdə özlərini laqeyd edilmiş hiss edərlər. Buna görə sevdiyinizi daha tez qucaqlayın.

3. Romantik olun
Yoldaşınıza və ya sevgilinizə kişi yoldaşlarınızdan biri kimi davrandığınızda bu onu qətiliklə xoşbəxt etməyəcək. Qadınların kiçik lakin nizamlı eşq nümayişlərinə ehtiyacı vardır.
                                                                                          4. Romantik mənada açıq olun
Bir kişinin, duyğularını heç və ya çox nadir hallarda paylaşması yoldaşını və ya sevgilisini bədbəxt edəcək. Duyğularınız haqqında açıq olmağınız həm əlaqəniz üçün daha sağlam olacaq həm də sevgilinizin özünü sizə daha yaxın hiss etməsini təmin edəcək.

5. Söhbet edin
Yoldaşınız və ya sevgilinizlə pul, uşaqlar və iş xaricindəki mövzularda da söhbət edə bilməlidirlər. Film, kitab, uşaqlıq xatirələriniz və xəyallarınız bunun üçün yaxşı mövzular ola bilər.

6. Ehtiraslı olun
Bir kişinin həyatında yoldaşının və ya sevgilisinin xaricində də ehtiraslı olduğu şeylər olması lazımdır, əks halda sevdiyiniz qadının gözündə darıxdırıcı bir adam kimi görünə bilərsiniz. Bu karyeranız və ya könüllü olaraq etdiyiniz bir fəaliyyət ola bilər. Çünki birlikdə keçirilən bir həyat, iki tərəf də bütün potensialını və imkanlarını istifadə edərək xoşbəxt olduğu bir şeylər etdiyində çox daha əyləncəlidir.

7. Əlaqənizdə bərabər olun
Eve yalnız pul gətirmək kifayət deyil. Bir qadının, yoldaşının romantik dəstəyinə və uşaqların baxımında da köməyinə ehtiyacı vardır. "Qadının işi" haqqındakı köhnə düşüncələrinizə əlvida etməniz və həyatın müştərək olduğunu anlamanız lazımdır.

8. Tərtibli olun
Qadınlar yoldaşlarının və ya sevgililərinin əşyalarını arxalarından yığmaqdan nifrət edərlər . Geyilmiş əşyalarınızı yerdə buraxmaq yerinə çirkli səbətinə qoymaq, qab-qacaq yumaq və ya arada bir ortalığı bir az yığmaq birlikdə davam etdirilən bir həyat içərisində ümumi bir nəzakət qaydasıdır.

Qadın həyat yoldaşından və ya sevgilisindən ehtiyacı olduğu şeyləri aldığında uzun vədədə hər zaman kişi də qazanar, çünki xoşbəxt bir yoldaş xoşbəxt bir yuva deməkdir.                                                                                                                                                                          http://www.ecift.com/editorial/magazin/iliski-tavsiyeleri/iliskinizle-ilgili-tavsiyeler/kadinlar-erkeklerden-ne-ister.html


Şərhlər:
Baxılıb: 541
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz