Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların bilməsi lazım olan 25 nüans
Qadınların bilməsi lazım olan 25 nüans
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2376
Səs ver:
Unutma! Sən qiymətlisən.
1.Çalışsan da, çalışmasan da... Məşhur olsan da, olmasan da... O kişi səni istəsə də, istəməsə də... Sən, sən olduğun üçün bir dənəsən.
2. Qadın olmanın dadını çıxartmalısan.
Bir az şəfqət, bir az dişilik, bir az seksuallıq, bolca zəka və altıncı hiss... Sən şahanəsən!
Xoşbəxtlik sənin içində.
3. Göbəyin çıxdı deyə, 36 bədəndən çox uzaqsan deyə, saçların o reklamlardakı qız kimi dalğalanmırsa deyə əksik deyilsən.
4. Özünə güvənin ən böyük silahındı və o ən dərinlərindən gələn işıl-işıl gülümsəmən təbii ki.
5. Bilirəm adətdəndir, amma nəticəyə çata bilmədiyin, yalnız başından çıxarmadığın o mövzunu 50 dəfə danışmana, dartışmana ehtiyac yoxdur.
Olmursa, üstünü xətt çəkib davam etməlisən.
6. Etdiklərindən günahkarlıq duyaraq vaxt itirməməlisən.
Edə bilmədiklərini qeyd edib, istəklərini nəzərdən keçirmək surətiylə addımlar atarsan daha xoşbəxt ola bilərsən.
7. Heç bir evlilik, heç bir olması gərəkən "şou", sənə öyrədilmiş heç bir məcburiyyət alın yazın deyil.
Ərin tək çıxışın, həyat zəfərin deyildir.
8. Uzaqlarda axtarma heç çünki, ən böyük xoşbəxtlik səndədir...
9. Sevgindən ölsən də sərhədlərini bilməlisən. Sərhəd haradır? Sənə hörmətsizlik etdiyi yerdir. Buna əsla icazə vermə.
10. Sən özünə nə dəyər verərsən, sən özünə necə davranarsan, hər kəs sənə elə davranar. Əsla, amma əsla özünü kiçik hesab etmə!
Hər kəsə "sevgilim" demə.
11. Evdə oturub dərdinə yanma.
Taleyini birinə, bir təşkilata, bir mövqeyə bağlama.
Taleyin sənin əllərində, bunu əsla unutma!
12. Köhnə sevgili, adı üstündə "köhnə"dir...
Sənin yeni dünyanı bulandırmasına icazə vermə.
13. Yenidən sevəcəksən, çox da seviləcəksən. Kimsə son deyil, bunu biləcəksən.
14. Dünyanın qanunu bu; düşündüyünü çəkərsən. Allah rizası üçün qurub durma, ssenarilər yazma!
15. Sevgilini çox sevmək lazımdır. Elə hər kəsə 'sevimli' deməməlisən.
Fəqət çox sevmək demək, özünü ayaqlar altına atman demək deyil. Bir qadın lazım olsa, sevərkən də gedə bilər, elə deyilmi?
Hər şeyin gözəl olsun!
16. Hər şeyin gözəl olsun. Ruhun, bədənin, paltarın, sevişin, tərk edişin, dostluğun, sevgililiyin... Qadınlıq gözəllik deməkdir.
17. Başqa qadınları başına yerləşdirməkdən imtina et! Onlar sən ola bilməz, sən də onlar ... Hər qadın dibinə qədər xüsusidir.
18. Qız yoldaşların əhəmiyyətlidir, ən qiymətlilərindir, amma onları seçməyi biləcəksən. Qadın qadının qurdudur, bir kənara qeyd edəcəksən.
Yalnız pis günündə deyil, xoşbəxtliyində də yanında olan, ürəyini ortaya qoyan yoldaşlarından əsla vaz keçməyəcəksən.
19. Kişilər uşaqdır. Nöqtə !
Uşağını həm sevəcək, həm hirslənəcək, zərurət olsa küsəcək, lazım gəlsə cəzasını verəcəksən.
SƏN xüsusisən! Bunu unutma!
20. Səni qoyub gedə bilənin arxasından gözyaşı tökməyəcəksən.
Axtarmırsa axtarmasın!
21. Sevginin, eşqin nə demək olduğunu anlamayan bir adamın "biletini" kəsəcəksən.
22. Sən rənglisən, sən bacarıqlısan, sən kişinin xoşbəxt olma səbəbisən, sən başlanğıcsan, sən sonsan...
Məcbursan, bunu fərq edəcəksən !
23. Hər şey bir qərar verməyinə baxar. Səbr bəzən lazımlı, bəzən gərəksizdir. Ayrı-seçkiliyi edə bilməlisən.
24. Edə bilməyəcəyin şey yoxdur.
Gedə bilməyəcəyin yer yoxdur. Sənə bağlı ola biləcək qapı yox! Bu an silkələnib özünə gələcəksən!
25. Təkrar deyirəm, çünki beyninə yazmağını istəyirəm; SƏN xüsusi, sən bir dənəsən, əvvəl öz dəyərini biləcəksən!!!


Şərhlər:
Baxılıb: 2376
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz