Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizə yaraşan rəngi tapın
Sizə yaraşan rəngi tapın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5328
Səs ver:
Sizə ən çox yaraşan rəng tonunu tapmağınız üçün bəzi təkliflərimiz var.

Sizə yaraşan rənglərdəki tonları istifadə etdiyinizdə yəni saç, bədən və göz rənginizlə uyğun rəngləri seçdiyinizdə gözlərinin rəngi, işıltısı, parlaqlığı daha çox ortaya çıxar və bədəniniz daha hamar görünər. Eyni şəkildə uyğun olmayan rənglər istifadə etdiyinizdə yaşınızdan daha böyük, yorğun, halsız görünərsiniz. Ayrıca gözlərizin altındakı qaraltılar daha çox müəyyən olar və dərinizin rəngi solğun görünər.

Səhv seçimlərdən uzaq durun

Səhv bir rəng seçimi; məsələn, bluz kimi. Üzünüzü olduğundan daha kilolu və əldən düşmüş göstərər. Təbii gözəlliyinizi gizlədər və kilolu göstərər.

Doğru rəng tonlarına sərmayə qoymaq üçün alverinizi ağıllı edin. Doğru paltarlar və aksessuarlarla möcüzə bir stil yarada bilərsiniz.

Rəng seçkisində ən əhəmiyyətli faktor saçdır. Saçlarınızın rəngini doğru şəkildə nizamlamasanız, üzünüz olduğundan daha halsız və əldən düşmüş görünər. Saç rənginizi dəyişdirməzdən əvvəl göz rənginizdə və bədəninizə diqqət yetirin və buna görə saçlarınızda dəyişiklik edin.

Yaxşı sizə uyğun olan rəngi necə anlayacaqsınız?

Doğru rəngi tapmaq üçün ehtiyacınız olan şey gün işığı və özünüzə baxacağınız bir güzgüdür. Güzgünü qarşınıza alın və paltarınızı seçərkən tonun sizə uyğun olub olmadığını anlamaq üçün bir neçə sınaq edin. Güzgünü çənənizin altına yapışdırın və işıqda üzünüzə baxın. Bədəniniz parlayırsa, gözlərinizin altı ağsa və dəriniz parlaq görünürsə, bu sizin üçün uyğun rəng deməkdir.

Dəriniz sarı tonlarındadırsa, yəni əsmər ya da buğda rəngindədirsə sizə yaraşan rənglər; torpaq tonları, mislər, qızıl sarıları, bürünc rənglər, qəhvə rənginin hər tonu, nar çiçəyi, xardal, krem, mərcan, kirəmit, darçın tonu, fıstıq yaşılı, açıq firuzəyi, şaftalı, narıncı və şəkər çəhrayısı tonlarıdır.

Əgər dəriniz ağ tonlarındadırsa, yəni dümağ açıq bir bədəniniz varsa sizə yaraşan rənglər; vişnə, tünd qırmızı, çəhrayı, parlament mavisi, zümrüd yaşılı, gümüş və mavinin bütün tonlarıdır.

Rənglərin sehri

    Tünd rənglər bölgənin daha kiçik və incə görünməsinə kömək edər.
    Açıq rənglər olduğu bölgəni daha böyük və geniş göstərər. Açıq və canlı rənglər diqqət çəkər.
    Qırmızı, sarı kimi isti rənglər bölgəni daha geniş göstərər.
    Mavi, yaşıl kimi soyuq rənglər isə bölgəni daha dar göstərər.
    Mat səthlər daha kiçik, daha dar, parlaq səthlər isə daha geniş və daha böyük görsənər.
    Göz makiyajınızı, bluzları, fularları, bujiteriyanı göz rənginizə uyğun seçsəniz daha yaxşı olacaq.

Doğru rəngi müəyyən etmək üçün vitrin işıqlarından hər zaman uzaq durun, gün işığına üstünlük verin


Şərhlər:
Baxılıb: 5328
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz