Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları əxlaqsızlığa aparan yol budur! [oxuyun]
Qadınları əxlaqsızlığa aparan yol budur! [oxuyun]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4012
Səs ver:
"Ərim içki düşkünüdür, elə gün olmur ki, içməsin. İki uşağım var, onlara görə dözürəm. Onun içkiyə olan düşkünlüyü ailəmizdə həmişə söz-söhbət yaradır. O, içəndə uşaqlarım həmişə əsəbi, həyəcanlı olur. Neçə dəfə boşanmaq istəmişəm, amma uşaqların sonrakı problemlərini düşünüb boşanmamışam. Əvvəllər özəl yerlərdə, müxtəlif çörək, şirniyyat sexlərində işləmişəm, amma ailə qurandan sonra işləməmişəm. İndi boşansam harda qalacam, onları neçə saxlayacam?. İşləsəm də 200-300 manata kirayə, uşaqların yemək, geyim xərcini ödəyə bilmərəm. Həm də boşanan qadına bizdə pis baxırlar, bir qonşumuz boşanandan sonra adına min söz qoşdular. Qadın məcbur qalıb, evini satıb getdi”.
Müsahibimiz boşanmaqdan qorxduğu kimi, adının açıqlanmasından da çəkinir. Onun qorxuları həm maddi təminat, həm də cəmiyyətin münasibəti ilə bağlıdır. Bu qorxular deyilmi yüzlərlə qadını ailədaxili zorakılıqlara dözməyə vadar edən?
 
Əslində ətrafımızdakı boşanmış qadınları göz önünə gətirib onların taleyini, yaşadıqlarını düşünsək müsahibimiz və onun kimi düşünən qadınlar heç də haqsız görünmür.
 
Düzdür, boşandıqdan sonra hər iki tərəfin həyatı dəyişir, hər iki tərəf də oxşar problemləri yaşayır. Lakin ailə qurduqdan sonra işləmək imkanları məhdudlaşan qadının boşandıqdan sonra qarşılaşdığı əsas problem maddiyyatla bağlı olur.
 
Ailə zorakılığından, yaxud başqa səbəbdən boşanan qadın iş tapmaq, uşaqları saxlamaq, kirayə pulu vermək, kommunal xərcləri ödəmək kimi problemlərlə üzləşir. Üstəlik, boşandığına görə ətrafda ona olan münasibət də dəyişilir. Əlbəttə, ailədəki təzyiqlərə, maddi və mənəvi problemlərə dözmək heç də asan deyil. Bir çoxları da məhz bu səbəbdən əxlaqsızlıqla məşğul olur. Kimsəyə haqq qazandırmaq istəmirik, amma bəzən cəmiyyət o qadınları buna məcbur edir.
 
İşdə, küçədə ona başqa nəzərlərlə baxaraq, uşaqlarının azyaşlı olmasını alıb, iş imkanı yaratmayaraq, bağça yaşlı uşağını növbəsiz bağçaya qəbul etməyərək, bağçaların sayını artırmayaraq, müavinət almağına maneələr yaradaraq və s. səbəblər çoxdur. Bəzən uşağının qarnını doydurmaq üçün başqa çıxış yolu tapmayan qadın səhv addım atmağa məcbur olur.
 
Maddi problemlər bədbəxt insanlar yaradır. Uşağına yedizdirməyə çörək tapmayan qadın, onu necə oxutduracaq? Dağılan ailədə təkcə tərəflər yox, uşaqlar da bədbəxt olur.
 
Amma bu o demək deyil ki, bunları düşünərək, ailədəki bütün əzablara dözməliyik. Heç dözmürlər də. Statistika göstərir ki, boşananların sayı ildən-ilə artır.
 
2012-ci ildə 79,3 min nəfər nikah bağlayıb ki, bu da 2011-ci illə müqayisədə 8800 nəfər azdır. 2012-ci ildə 11 min nəfər boşanıb.
 
Boşananların sayı artıq bir neçə ildir ki, artır. Belə ki, 2011-ci ildə 10,7 min nəfər (2012-ci ilə nisbətən 300 nəfər az), 2010-cu ildə 8,9 min, 2009-cu ildə 778 nəfər boşanıb. Ən çox boşanma halları 30-34 yaşlarda olan cütlüklər arasında müşahidə edilib. 2011-ci ilin göstəricilərinə görə, bu yaş həddində olan tərəflər arasında boşanmalar 2472 dəfə qeydə alınıb. 24-29 yaşında olan şəxslər arasında boşanma halı isə 2092 olub.
 
Bu rəqəmlər il ərzində minlərlə qadının əvvəldə sadaladığımız problemləri yaşaması, dolayısı ilə əyri yollara meyllənməsini göstərir. Əlbəttə, hər boşanma bu cür sonluqla bitmir. Amma əksəriyyətin belə olması da,reallıqdır.
 
Maddi təminatın olmaması əsas problemdir
 
"Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, boşanmış qadın daha çox maddi problemlər yaşayır:
 
"Bu gün ölkədə bağçaların sayı çox azdır. Boşanmış qadının uşağına dayə tutması ən azı 200-300 manat pul deməkdir. Bu rəqəm uşaqların sayına vurulur. Qadına ərə getdiyi evdən əmlak payı düşmədiyinə görə, o faktiki olaraq küçədə qalır. Bu halda o kirayə ev tutmalı olur ki, bu da 200-300 manat arası dəyişir. Uşaqların geyimi, qidalanması, digər xərcləri təxminən 800-1000 manata arası pul deməkdir.
 
Uşaq məktəbə gedirsə, bu xərclər bir az da artır. Azərbaycanda qadınların demək olar ki, heç biri bu qədər maaş ala bilməz. Bu qədər maaş yalnız özəl şirkətlərdə ola bilir ki, bu iş də hər qadına nəsib olmur”.
 
Onun sözlərinə görə, bəzən qadınlar uşaqlarını saxlamaq üçün cinayətkarlığa əl atır, neqativ qrupların arasına düşür.
 
M.Zeynalova onu da vurğuladı ki, ilk addım evlilikdən əvvəl atılmalıdır.
 
"İnsanlar boşanacağam düşüncəsi ilə evlənməməli, mənəvi dəyərləri üstün tutmalıdırlar. Amma evlilikdən əvvəl də bir-birilərini yaxşı tanımalıdırlar. Nikahın qeydə alındığı orqanların üzərinə böyük məsuliyyət düşür. Həmin qurumun psixoloq və hüquqşünaslarının məsləhət saatları olmalıdır. Bu kurslarda iştirak etməyənlərin isə nikah müddəti bir ay da uzadılmalıdır”.
 
Bağçaların sayının artması fahişəliyə təsir edəcək
 
Onun sözlərinə görə, qadınların maddi problemlər yaşamasında kişilər qədər özləri də məsuliyyət daşıyırlar.
 
"Qadınlar kişilərə müdafiəçi, iqtisadi obyekt kimi baxır. Onlar öz iqtisadi imkanlarını yaradaraq ailə qurmalıdırlar. Bundan başqa, məcburi ərə getmələr , erkən nikahlar, sevərək ağlı başından çıxan, bütün problemləri heç sayanlar, sadəcə ərə gedim məqsədilə nikah bağlayanlar bu problemlərlə rastlaşırlar”.
 
Birlik sədrinin sözlərinə görə, problemin həlli üçün ölkədə azyaşlı uşaqlar üçün bağçalarda yerlərin sayı artırılmalıdır:
 
"3 yaşa qədər uşaqlar üçün bağçaların sayı yetərli deyil. Uşağı 6 aydan 3 yaşa qədər olan analar uşaqlarını qoymağa yer tapmır. Biz bağçaların fahişəliyin qarşısının alınmasındakı rolunu mahiyyətinə varmırıq. Amma bəzən 3 yaşa qədər uşağı olan boşanmış qadının fahişəlikdən başqa çıxış yolu olmur.
 
İşə düzəldiyi yerlərdən seksual təkliflər alır. Bu məsələ ilə bağlı ciddi addımlar atılmalıdır. Bu cür həssas vəziyyətdə olan qadınların müdafiəsi bərpa edilməli, ciddi proqramlar işlənməlidir. Biz hamımız fahişəlik, insan alverindən narahat olduğumuzu deyirik. Amma bunun üçün heç bir addım atılmır. Həmin qadınlar üçün iş imkanları yaradılmalıdır. Bütün uşaqlar üçün pulsuz bağçalar açılmalıdır”.
 
Müavinət yetərli olmur
 
Sosioloq Rafiq Təmrazovun sözlərinə görə isə, boşanmış qadının əsas problemi işlə bağlıdır. Onun sözlərinə görə, insanların dövlət tərəfindən tam təminatının olmadığına görə, iş imkanına çıxışı, ixtisası, peşəsi olmayanların yaşamağı onsuz da çətindir. Bu çətinliklər boşanmış qadınlar üçün daha çox problem yaradır:
 
"Milli mentalitet də boşanmış qadının yenidən ictimai həyata qoşulmasını çətinləşdirir. Uşaqları varsa, həyat onlar üçün daha da çətin olur. Dövlət tərəfindən imkansız ailələrin təminatı var. Lakin hər kəs bu ödənişi əldə edə bilmir, bu sahədəki süründürməçilik dövlətin müəyyən etdiyi müavinəti almağımıza maneə olur”.
 
Narkoman uşaqların sayı artır
 
Qarşı tərəfin ödədiyi müavinət uşağın hansı ehtiyaclarını qarşılaya bilər?
 
Sosioloqun sözlərinə görə, 70-75 manatlıq müavinət, uşağın yaşından asılı olaraq atanın maaşının ¼ və yaxud yarısının verilməsi yetərli deyil:
 
"Nəzərə alsaq ki, əmək haqları da çox aşağıdır. Üstəlik, həmin müavinətlərin alınmasında belə problemlər var. Çox zaman kişi boşanmadan yaranan aqressiyanı alimenti verməməklə çıxarır.
 
Maddi problemlər təkcə qadının yox, uşaqların da bədbəxt olmasına səbəb olur. Onlar mənəvi baxımdan formalaşmır. Cinayətkar, narkoman uşaqların sayının artması ehtimalını yaradır. Avropa ölkələrindəki kimi, müəyyən dövlət təminatı olmalı, sığorta sistemi işləməlidir. Sosial müdafiəyə ehtiyacı olanlara kömək edilməlidir”.
 
R.Təmrazov onu da bildirdi ki, həm dövlət tərəfindən həmin qadınlara yönələn xüsusi siyasəti olmalıdır, həm də ictimai şüurda dəyişikliklər edilməlidir. Həmin qadınlara başqa gözlə yox, normal əmək qabiliyyətli insan kimi baxmalıyıq.
 
Kişi, qadın fərqi qoyulmamalıdır
 
Millət vəkili Musa Quliyevin sözlərinə görə, boşanmadan sonrakı duruma qadın və kişi fərqi qoyulmadan baxılmalıdır.
 
"Qadın və kişilərin hüquq və imkan bərabərliyi təmin edilib. Ona görə də, problemi hər iki tərəf yaşayır. Boşanmadan sonra azyaşlı uşaqlar kimin öhdəliyində olursa, ailəyə qazanc gətirən insanın qazancı yaşayış minimumundan aşağıdırsa, ona sosial yardımlar veriləcək. Tək ana və tək atanın uşağının birinci növbədə uşaq bağçasına yerləşdirilməsi, məktəbdə oxuyursa günü uzadılmış qruplara salınması, liseylərdə axşama kimi saxlanması, yeməklə təmin edilməsi, yaxud bu imkanlar mümkün olmadıqda, sosial xidmət orqanlarının uşağı himayəyə götürməsi gündəmə gələ bilər. Valideyn işdən gələnə qədər uşaqlar üçün qruplar hazırlana, sosial xidmətin işçiləri də onlarla məşğul ola bilər”.
 
İşləməyən qadın və ya kişiyə iş imkanının yaradılmasına gəldikdə millət vəkilinin münasibəti sərt oldu: "Ana uşağı saxlaya bilməyəcəksə, uşaqdan imtina edə bilər. Uşağı qəbul edirsə, onun ağırlıqlarını da düşünməlidir. Əlbəttə, azyaşlı uşağı olan işləyən tək ata və ananın problemlərinin həlli barədə də düşünmək olar”.
 
Real imkanlar boşanmış, övladını tək böyütməli olan qadın və ya kişinin ciddi problemlər gözlədiyini göstərir. Amma xüsusən, azyaşlı uşaqların ananın himayəsində qalması, ataların uşaqlara qarşı biganəliyi bu problemlə daha çox qadınların qarşılaşmasına səbəb olur. Bu zaman əyri yola düşməmək üçün, işinizi əvvəldən həll edin.

© İstifadə edilərkən Qadinlar.Biz saytına istinad olunmalıdır.


Şərhlər:
Baxılıb: 4012
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz