Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Valideyn qayğısı
Valideyn qayğısı
Göndərən: C_E
Şərhlər:
Baxılıb: 3143
Səs ver:
Bu gün valideyn qayğısından məhrum olan minlərlə uşaq var.Amma bu əsərin qəhrəmanı olan Nəzrin adlı balaca qızcığaümumiyyətlə yox,o yalnız ata qayğısından məhrum olmuşdu.O ata sevgisinin nə olduğunu bilmirdi.Çünki o doğulandan atasını görməyib,atasının kim olduğunu bilmirdi.O dünyaya göz açanda artıq valideynləri bir-birindən ayrı yaşayırdı və uşaq gözünü açandan ancaq anasını görüb.Bir sözlə desək uşaq anasının yanında qalırdı,belə də olmalıdır,axı o atasını tanımırdı.Bəlkə də atasını tanısaydı onun yanında qalmaq istəyərdi.Təbiidir ki,uşaq atasının həsrətini çəkdiyini kimi,ata da uşağını görmək üçün hər cür vasitələrə əl atırdı,amma ana onların görüşməyinə heç cür icazə vermirdi.Bəlkə də atanın uşağı qaçırdıb özü ilə aparmağından qorxurdu,bəlkə də gizli qalan acı həqiqətlərin üstünün açılacağından qorxurdu.Hər halda ana buna icazə vermirdi.

Aradan bir müddət keçir və körpə qızcığaz artıq məktəbə getməyə hazırlaşır.Hər gün anası onu gətirib məktəbə yola salır və dərsi qurtaranda da gəlib aparır.Balaca Nəzrin hər gün dərsdən çıxıb evə gedən də maraqlı bir şeyin şahidi olur.Digər uşaqları atası gətirib məktəbə yola salır və dərslər qurtaranda gəlib evə aparır.Bunlara baxıb həsrət çəkən Nəzrin öz-özünə düşünür.Bəs mənim atam kimdir? O hardadır? Niyə məni məhz atam yox,anam məktəbə yola salır? Balaca olmağına baxmayaraq böyük düşüncələrlə yaşayan bu qızcığaz günlərin bir günü anasından:ana mənim atam kimdir?o hardadır?niyə o bizim yanımıza gəlmir?niyə məni öpüb bağrına basmır? niyə mənimlə oynamır?niyə hər gecə mənə nağıl danışmır?niyə hər gün məni məktəbə məhz sən yox,o aparmır? Axı mən də istəyirəm mənim də atam olsun,məni sevsin,öpüb bağrına bassın,hər gecə yatanda mənə nağıl danışsın,hər gün məni məktəbə aparsın.

Balaca Nəzrin hər gün məktəbdə digər uşaqların atasının onlara qarşı necə isti münasibət göstərdiklərini görür və o da istəyirdi ki,atası onu bu cür münasibət göstərsin,o da istəyirdi ki, atası onu sevsin,oxşasın.Bütün bunlar olmasa da belə ən az o da başqaları kimi istəyirdi ki,onun da atası olsun.Suallar qarşısında aciz qalan ana nə edəcəyini bilmir,uşağa nə cavab verəcəyini, onu bu yoldan necə daşındıracağını bilmir.Ana bu anda yalnız bir şey istəyir,zaman dayansın,heç nə görməsin, heç nə eşitməsin.Çünki suallar o qədər çətin idi ki,ana bu suallara nə cavab verəcəyini bilmirdi.

Baxın. Valideynlərin həyatda buraxdıqları ən xırda bir səhfə görə görün uşaq nə qədər əziyyət çəkir? Unutmayın ki,əgər hər hansısa bir ailə dağılırsa burda günahkar uşaqlar deyil, valideynlər özləridir.Uşağın gələcək həyatını,onun xoşbəxtliyini düşünməyib bu cür addım atan valideynlərə görə uşaqları çox əziyyət çəkir.Ona görə də gəlin övladlarımıza layiqli valideyn olaq,ola bilməsək də heç olmasa buna çalışaq.


Şərhlər:
Baxılıb: 3143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz