Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanları İnam Hissini Öldürən YALAN !!!
İnsanları İnam Hissini Öldürən YALAN !!!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2111
Səs ver:

alt

Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa bilər. Nəticədə insanlar bir-birilərinin söz və əməlləri barədə özlərini rahat və əmin hiss etmək yerinə bir-birindən şübhələnməyə başlaya bilərlər.
Allah Təala buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar. [ən-Nəhl, 105].
Yalan danışmağın xoşagəlməz nəticələri hələ İslam dini bunu məzəmmət etməzdən öncə sağlam düşüncəli insanlara yaxşı məlum idi. Belə ki, İslamın gəlişindən öncəki cəhalət dövründə insanlar özlərinin yalançı kimi vəsf olunmasına nifrət edərdilər.Bir çox valideyn uşaqlarının yalan danışmasına görə özlərini narahat hiss edirlər. Lakin adətən onlar yalanın bütün növlərini bir başlıq altında təsnif etməklə səhvə yol verir və buna əsaslanaraq da problemi həll etməyə cəhd edirlər Böyüklərin danışdığı yalan ilə cəzadan qorunmaq və yaxud öz təsəvvür, xəyallarının təsiri altında qaldığından dolayı uşaqların istifadə etdikləri “yalanlar” arasında böyük bir fərq vardır. Deməli, himayədar və yaxud tərbiyəçi uşağın belə bir metoda əl atmasına və yaxud belə bir xüsusiyyətin onda yaranmasında motiv və yaxud şərtlərin nə olduğu araşdırmalıdır. Valideyn nə qədər ki, övladının davranışını tədqiq edir, ona doğru yolu öyrətmək və yönəltməklə yanaşı ona qarşı sevgi və şəfqət hisslərini ifadə edirsə uşaq, eləcə də onun ailəsi hər zaman bu cür şeylərdən sağ-salamat qalacaqdır.
Uşağa yalan danışmağı öyrətməkdə
ailənin rolu
Ata öz övladına həddiyyə alacağını və yaxud həftə sonunda onu gəzintiyə aparacağını vəd edir. Lakin müəyyən bir səbəbdən vədini yerinə yetirə bilmir;əgər bu cür davranış təkrarlanırsa övladlarında belə bir fikir formalaşacaq ki, deməli bir kəs əslində bunu nəzərdə tutmadığı halda başqa bir söz söyləyə bilər...yəni yalan danışmaq olar. Beləliklə də, uşaqlar yalan danışmağı özləri üçün örnək kimi gördükləri atalarından bilavasitə öryənmiş olurlar.
Və yaxud uşağın anası qonşudan bir şey borca götürür və qonşusuna yalandan üzrxahlıq edir ki, götürdüyü əşyanı qızının yanında qaytarmaq istəmir, halbuki qızı yaxşı bilir ki, onun bu üzrü yalandır və beləliklə də ana öz qızına yalan danışmağı öyrədir, baxmayaraq ki, ananın özü yalan danışdığını dərk etmir.
Valideyn öz övladına telefona cavab verməyi və zəng edənə onun evdə olmadığını söyləməsini əmr edir, əslində isə uşağa yalan danışmağı öyrədir. Beləliklə də uşaq bu cür pis vərdişlərə yiyələnərək boya başa çatır.
Valideynin davranışı ilə bağlı təhlükə budur ki, uşaqlar valideynlərinin müəyyən bir səbəbdən və yaxud İslama görə üzrlü hesab edilən müəyyən şərtlər altında qalaraq yalan danışdığını başa düşmürlər və ona görə də uşaqlar həyatlarında bütün şərtlər altında yalan danışmağı ümumiləşdirirlər. Üstəlik, evdə hökm sürən son dərəcə sərt abu-hava və sevgi mühitinin olmaması, bir şey etdikdə bağışlamamaq və atanın anlayışlı olmaması uşaqları yalan danışmağa həvəsləndirir. Uşağa yalan danışmağı öyrətməkdə cəmiyyətin rolu
Sevgi, ahəng və islam qardaşlığı ilə bir-birinə pərçimlənən, istənilən bir fərdi əziyyət çəkdikdə digər üzvlərinin ona qayğı və mərhəmət göstərmək üçün yardımına qaçdığı Müsəlman cəmiyyəti ilə video kassetlər və yaxud televiziya filmləri vasitəsilə bizim uşaqlarımızın da məruz qala biləcəyi müasir cəmiyyətlər arasında böyük bir fərq vardır. Bu cəmiyyətlər saxta münasibətlər əsasına söykənir. Məsələn, bir işçi onu işə götürəni onda olmayan xüsusiyyətlərinə görə tərif edir ki, müdürü razı salsın və özündə layiq olmadığı məziyyətlər, məsələn vəzifədə yüksəlmə,məvacibin artırılması və s. qazansın

Yalanın növləri
Bir uşağın danışdığı yalanların müxtəlif növləri ola bilər və bu cür davranışlarına rəvac verən səbəbə əsaslanmaqla bunların arasında ən geniş yayılmış formaları aşağıda əks olunur:
Təxəyyülünün təsirində qalaraq yalan danışmaq
Yalanın bu növü adətən uşaqlarda özünü şiddətli yaradıcı təsəvvür şəklində biruzə verir. Belə ki, uşaqlar öz təsəvvürlərində bir şey barədə düşünürlər və öz ağıllarına görə bunun həqiqət olduğunu düşünürlər. Tutaq ki, uşağın yadına düşür ki, atası evə buynuzlu keçi gətirmişdi. Bunu yadına salır və ağlayır, yalvarır ki, atası ona əvvəlki heyvanda olduğu kimi buynuzlu lakin bu dəfə it gətirsin. Bu sözün əsl mənasında yalan deyil və bu vaxt valideyinin üzərinə düşən vəzifə uşağa onun başa düşdüyü, anladığı səviyyəyə müvafiq olaraq istiqamət verməkdir ki, uşaq xəyali şeylər ilə real şeylər arasındakı fərqi müəyyən edə bilsin. Bundan əlavə, bu cür uşaqları yalan danışmaqda ittiham etmək və yaxud cəzalandırmaq olduqca səhv bir davranışdır.
Yalnış anlayışdan dolayı yalan danışmaq
Bəzi uşaqlar real həyatda təsəvvür etdiklərini dolaşıq salır və əqli qabiliyyətindəki zəiflik səbəbindən bunların ikisi arasındakı fərqi müəyyən edə bilmirlər. Ola bilsin ki, bir nağıl eşitsinlər və nağılın bəzi obrazlarında cüzi dəyişiklik etməklə bunu həqiqi bir hekayət kimi danışsınlar. Başqaları isə ola bilsin ki, yuxu görsün və yuxunu əslində baş vermiş kimi danışsınlar.
Yalan iddialar irəli sürməklə yalan danışmaq
Uşaqların bu cür yalana əl atmalarının səbəbi digər uşaqlarda olan şeylərdən özlərini məhrum hiss etməsindən irəli gəlir. Bir uşaq başqa uşaqlara özündə müəyyən bahalı və əla oyuncaqların və yaxud atasının böyük var-dövlətinin və qəşəng bir evinin olduğunu söyləyə bilər. Bu yalanı həyata keçirməyin digər bir üsulu məktəbə getməmək üçün uşağın özünü xəstə kimi göstərməsidir. Uşağı bu cür yalana sövq edən iki amil vardır:
Birincisi: Zəngin valideynləri, gözəl evləri və yaxud bahalı oyuncaqları barədə danışan dostları qarşısında lovğalanmaq və onlar ilə eyni səviyyədə olduğunu göstərməyə çalışmaq.
İkincisi: Valideynlərin rəğbətini qazanmağı qarşısına məqsəd qoymaq; Yalanın bu növü o zaman baş verir ki, uşaq hiss edir ki, onun qardaşları və yaxud bacılarına daha çox diqqət yetirilir, onlara üstünlük verilir.Deməli, valideynlər mütləq bunun arxasında duran səbəbləri başa düşməli, müalicə etməli və uşağın özünü məhrum hiss etdiyi ehtiyaclarını yeirnə yetirməyə çalışmalıdılar.
Məqsədə nail olmaq üçün yalan danışmaq
Uşaq yalanın bu növünə o halda müraciət edir ki, valideynlərinin ona məqsədinə çatmasına mane olduğunu hiss edir; məsələn oyuncaq istəyir, lakin bilir ki, atası bunu heç vaxt alan deyil və beləliklə də, yalana əl atır. Məsələn, iddia edir ki, məktəbdən bu qədər pul istəyirlər. Halbuki bu pul ilə o öz istəyinə nail olmaq istəyir.

 

 

HAZIRLADI: ADMIN 



Şərhlər:
Baxılıb: 2111
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz