Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevən qadınlar, bu qaydalara mütləq riayət edin!
Sevən qadınlar, bu qaydalara mütləq riayət edin!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3758
Səs ver:

Əlbəttə ki, hər münasibət özlüyündə fərqlidir. Amma hər kəs üçün keçərli olan və "sevgi kitabı"nda yazılmayan bəzi qaydalar var. Kişini nə qədər sevirsinizsə sevin, amma riayət etməniz gərəkən bəzi qaydaları unutmayın. Qadınlar.Biz qadınlar üçün həmin qaydaları təqdim edir.                                                                             

1. Sosial media aludəsi olmayın   

 

Hazırda daha çox isifadə edilən twitter və facebookdan başqa digər sosial şəbəkələrin aludəçisi olmayın. Sevgilinizin sosial şəbəkələrdə paylaşdığı hansısa bir şəklini bəyənib, şəkillərinə  hər zaman rəylər yazmaqla onu bezdirməyin. Əgər onu izləyirsinizsə, bunu gizli edin. 

 

2. İlk gündən sosial şəbəkədə "sevgili münasibətində" olduğunuzu qeyd etməyin

 

Sevdiyinizlə ilk görüşdən sonra facebookda dərhal onunla münasibətinizin olduğunu qeyd etməyin. Bu, ümidsiz olduğunuzu göstərir. Bir müddət səbr edin. İlk addımı onun atmasını gözləyin. Gördünüz səs yoxdur, özünüz münasibət durumunuzda "sevgili" yaza bilərsiniz.

 

3. O olmayanda dostlarıyla görüşməyin

 

Sevgilinizin dostlarıyla aranızın yaxşı olması, onların da sizi öz aralarına qəbul etməsi yaxşıdır. Ancaq unutmayın ki, onlar sizin sevgilinizin dostlarıdır. O olmadan onun dostlarıyla görüşməniz bəyənilməz. Düşünün, əgər o, siz yox ikən rəfiqələrinizlə görüşsə, nə hiss edərdiniz?    

 

4. Onu sizi təriflədiyindən çox tərifləməyin        

 

Çox yaraşıqlı, bacarıqlı, geniş ürəkli biriylə münasibətdə ola bilərsiniz. Onun yaxşı biri olması haqqında ona iltifat edə bilərsiniz, amma arada-sırada! Çox iltifat etsəniz, özündən razılığı artar və qətiyyən iltifatın qarşılığını ala bilməzsiniz.  

 

5. Onun önündə duyğu dəyişiklikləri yaşamayın

 

Kişinin yanında əvvəl gülüb bir iki dəqiqə sonra da ağlamayın. Kişilər belə qadın istəməz.

 

6. Onu təkrarlamayın

 

Sevgilinizə ayaq uydurmağa çalışmanız gözəl şeydi. Ancaq bu işdə həddini aşmayın. Eyni mahnıdan, filmdən xoşlanmaq məcburiyyətində deyilsiniz. O, rep xoşlayırsa, repçi olmanıza gərək yoxdur. Əgər yanınızdadırsa, deməli, sizi olduğunuz kimi sevir.

 

7. Onun dostlarıyla rəfiqələrinizin arasını düzəltməyə çalışmayın

 

Sevgilisinin subay dostuna öz subay rəfiqəsini düzəltməyə çalışan çox qadın var. Ancaq məsələ sevgilinizin dostudundan gedirsə, bu cür təhlükəli oyuna girməniz lazım deyil. Onların davalarında arada qala bilərsiniz, bu da sizin münasibətinizə mənfi təsir göstərə bilər.                                                                                     

 

8. Çağırılmadığınız yerə getməyin                               

 

Sevgiliniz sizi bir yerə aparmırsa, məcburi, ya da xəbərsiz ora getməyin. Pis halla qarşılaşa bilərsiniz. Aparmırsa, deməli, hansısa səbəbi var.                      

 

9. Platonik sevgilərinizdən danışmayın                                          

 

Hansısa tanınmış aktyora aşiq ola bilərsiniz. Və əgər onunla hansısa münasibət qurmaq mümkünsüzdürsə, bu haqda sevgilinizə danışmasanız yaxşıdır. Sevdiyiniz məşhurun şəkillərini facebookda paylaşmısınızsa, sevgiliniz görmədən onları dərhal silin.  

 

10. Ona adlar qoymayın

 

Uzun müddətdir birlikdə olan cütlüklərin bir-birinə şirin ləqəblər qoyması çox gözəldir. Ancaq siz yeni tanış olduğunuz üçün buna tələsməyin. Ona hansısa ləqəb taxmaq hələ tezdir.  


Şərhlər:
Baxılıb: 3758
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz