Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişini qadına bağlamağın yolları
Kişini qadına bağlamağın yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3909
Səs ver:
1. Qadının kişiyə qarşı ən təsirli halı şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. Kişini qadına bağlayan ən güclü sirr, qadının şəfqətli halıdır. Bu gücdən yaxşı istifadə edin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin.«Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin.

3. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

4. Kitab oxumağı vərdiş halına gətirin. Bir neçə hekayə oxuyun, yaddaşınızda saxlayın, evə gələrkən çay içərkən danışmağa başlayın. Hətta hekayənin əvvəlindən bir az danışın gerisini kitabdan oxumağa başlayın. Amma bunu edərkən həyat yoldaşınıza dərs vermək vəziyyətinə gətirməyin. Hələ dini mövzularda bir müəllim kimi danışmaqdan istifadə etməyin. Əks halda həmin dəqiqə həyat yoldaşınızdan «başıma müəllim kəsildin» sözünü eşidə bilərsiniz.

5. Bəzi radio və tv proqramlarının siyahısını gözdən keçirin. Seçdiyiniz proqramları birlikdə dinləməyə, izləməyə çalışın. Arada suallar soruşaraq onun bu barədə fikrini bildirməsinə şərait yaradın.

6. Ara-sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin

7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin.

8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin.

9. Bəzi axşamlar gəzməyə, alış-verişə, çöldə gəzməyə, yeməyə çıxın.xoşbəxt kişi və qadın şəkli

10. Özünüzdən, öz problemlərinizdən bəhs etməyin. Bir müddət həyat yoldaşınızın xoşbəxtliyinə vaxt ayırın. O xoşbəxt olarsa, sizin hüzurunuz da yaxşı olacaq.

11. Şikayətlərdən uzaq durun. Əksık olan şeyləri, dəyişdirilməsi lazım olan əşyaları hələlik gündəmə gətirməyin. Kişilər xüsusilə də əlavə xərcin çıxmasından narahat olurlar.

12. Uşaqlarınız varsa, onların təhsili, problemləri, həyata hazırlanmaları kimi atanın üzərinə düşən vəzifələri xatırladın.


Şərhlər:
Baxılıb: 3909
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz