Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısqanclığı çox şişirdirik?
Qısqanclığı çox şişirdirik?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1988
Səs ver:
Qadın-kişi əlaqələri bəlkə də dünyanın yaradılışından bəri həll edilə bilməmiş sirr mövzulardan biridir.  Cox vaxt kişilər qadınları anlamadığını, qadınlar da kişiləri anlamadığını deyər. Nə onunla nə onsuz təbiri ikili əlaqələr üçün qaçınılmaz bir təyin etmədir. Əlaqələrimizi yoran, köhnəldən, və bitirən problemlərin başında qısqanclıq gəlir. Ətrafınıza bir baxın və qısqanclıq nümunələrini araşdırın. Qısqanclığı təyin etmək olduqca çətin, lakin yenə də az-çox hər kəsin ağılına bir tərif gəlir. 

Olması lazım olan yerdə olması lazım olan şəkildə sevgilini və ya həyat yoldaşı qısqandığımızda hiss etdiklərimiz, söylədiklərimiz və ya etdiklərimiz nə olur?. Yaxşı, nə hiss edirik qısqanarkən? Sevdiyimizin qarşı cinsdən biri ilə girdiyi ünsiyyət, münasibət, mühit və bənzər vəziyyətlərdə, o adam ilə sevdiyimiz arasında keçən hər hansı bir şeyi, əlaqəni şübhəli olaraq görməmizdir bəlkə də. Onu itirmə qorxusu, onunla ola bilmə ehtimalı, bizdəki əksikliklər, əlaqənizin köhnəlməsi, sizin artıq özünüzə baxmayıb pis görünməyə başlamanız və daha bir çox səbəb və faktor vardır qısqanclıqda.
Bu bir hisdir, əvvəldən kəsdirilib sözlərə tökülə bilməz. Mühüm olan əlaqənizə qısqanclıq duyğusuna qapılıb zərər verməmənizdir. Cəmiyyət olaraq qısqanclığı ümumiyyətlə şişirdən bir millətik. Əlaqələrimizi mənfi təsir etməsinə icazə veririk. Yaxşı özünüzü düşünün. Siz əlaqənizdə qısqanclığı şişirdir, sərhədləri aşırsınız? Xeyr demədən əvvəl yaxşıca bir düşünün. Cavabınız bəlidirsə, bunun səbəblərini və əlaqəni necə təsir etdiyini yaxşı düşünün. Ortada heç bir səbəb yoxkən yoldaşlarının həyatını zindan etmək, yoldaşını evə bağlamaq, həyatdan və xarici dünyadan soyutmaq kimi həddindən artıq ölçüləri də var.
Amma biz buna qısqanclıq demirik təbii ki. Təcili olaraq bir psixoloqa gedilməsi şərtdir. Hər telefonun hesabını soruşmaq, qapıya belə baxmasına icazə verməmək, həmcinsləri xaricində kiminimləsə görüşdürməmək, atdığı hər addımı izləmək kimi şeylər həm sizi bitirər həm onu həm də əlaqənizi. Möhkəm bir əlaqədə ən başından bəri var olan şeylərdən biri güvəndir.

Bilərsiniz ki, xüsusilə qadınlar güvən olmazsa bir əlaqəyə başlamarıq və ya əlaqəni davam etdirmərik. Bəzi insanlar qısqanclıq etmək üçün sırf sevgi nümayişi etmək adına belə buna bulaşa bilir. Özünə və qarşısındakına nə qədər zərər verdiyini və ya qırdığını əhəmiyyətsiz hesab edir . Keçmiş əlaqələrdən mövzu açmağa başlayır və sevdiyini bir şəkildə narahat edir bu vəziyyət. Yəni boş və gərəksiz qısqanclıq da xəstəlik qısqanclığı qədər təhlükəli və pisdir.
Sizin əlaqənizdə güvən nə qədər mövcuddur? Güvən olmadan bir əlaqəyə başlarsınız və ya güvənin bitdiyi yerdə o əlaqəni davam etdirərsiniz? Məncə xeyr. Qadınların sevgi və sədaqət qədər güvənə də ehtiyacı var əlaqələrində. Eyni şəkildə kişilər də bunlara ehtiyac duyar. Buna görə bir az daha diqqətli və quruluşçu olmağa diqqət göstərmək gərəkdir. Siz siz olun, qısqanclığı şişirtməyin, əlaqənizi boş yerə yormayın və bitirməyin.

Siz də qısqanclıqdan zərəri çəkənlərdənsinizsə və ya qısqanclıqlarınızı içinizdə boğa bilməyənlərdənsinizsə mənimlə şərhlərinizi paylaşa bilərsiniz. Dostluqla və sevgiylə yaşayın.

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1988
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz