Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşınızı qardaş sıralamasına görə seçin
Həyat yoldaşınızı qardaş sıralamasına görə seçin
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1422
Səs ver:
Evin böyüyü, kiçiyi ya da tək uşağı olmaq xarakterinizə necə təsir edir ?
Onluna evlilik saytı eDarling üzvlərinin geniş iştirakıyla edilən anketdə, ailə içindəki qardaş sayının və sıralamasının, fərdlərin xarakterindən, iş və hətta eşq həyatına qədər, bir çox sahədə əhəmiyyətli bir rol oynadığı gözlər önünə çıxarıldı. Nəticələr, özlərini ən mərhəmətsiz tənqid edənlərin ən kiçik qardaşlar olduqlarını, ən böyük qardaşların yaxşı bir həyat yoldaş ola biləcəklərini göstərir.
20 Avropa ölkəsinin yanında, Meksika və Şilidə fəaliyyət göstərən həyat yoldaşını şəxsiyyətinə görə seçmək istəyənlərin görüşmə saytı eDarling 2.318 üzvünün iştirakıyla bir anket təşkil etdi. Xasiyyətinizin, karieranızın, eşq həyatınızın gedişatını təsir edən vərdişlərinizin ən böyük məsulunun qardaşlarınız olduğunu bilirdiniz? Nəticələrə görə evin böyük uşaqlarının 63% -i  özlərini başqaları ilə uzlaşan, 67%-i uyğunlaşma axtaran olaraq təyin etdilər. eDarling anketinə görə evin ən böyük qardaşları, "ideal həyat yoldaşı" olmağa ən uyğun kateqoriyadadırlar.

Tək uşaq: İstədiyini mütləq əldə edər!
Anket nəticələri, bilinən bir gerçəyi bir dəfə daha isbat etdi. Tək uşaqlar, nə istədiklərini necə əldə edə biləcəklərini çox yaxşı bildiklərini düşünürlər. Ailə içindəki istəklərini heç bir „rəqib" olmadan reallaşdırmış olmalarından olsa gərək, bu vərdişləri ev xaricində də uyğunlaşmış görünür. Bununla yanaşı  tək uşaqların 59%-i özlərini müvəffəqiyyətli olaraq tərifləyərkən, 62%-i də çalışqan olaraq təyin edilir. Ailə içindəki müqayisə etmələrdən azad bir fərd olaraq tək uşaqların müvəffəqiyyətli və çalışqan olmalarına çox çaşmamaq lazımdır !
Dr. Tonu Falbo araşdırmalarında tək uşaqların, "Özünə inam" və "Akademik kariera" mövzularında üstünlük əldə etdiyini  ifadə etdi. Sosioloq Klaus Hurrelmann bu müvəffəqiyyətin səbəbinin, valideynlərin bütün maraq əlaqəsini və təşviqini arxalarında hiss etmələrindən qaynaqlandığını ifadə edir.

Sadəcə özünə mərhəmətsiz olan, kiçik qardaş!
Evin ən kiçik qardaşı özünü çox mərhəmətsizcə tənqid edir! Ona görə, özü müvəffəqiyyətli və çalışqan deyil, digər insanların gözündə cazibədar deyil, həmdə istədiyini necə əldə edə biləcəyini də bilmir! Anketimizə qatılan ən kiçik qardaşlardan sadəcə  34%-i cazibədar olduğu düşünür, 46%- i  müvəffəqiyyətli olduğuna inanır və  37%- i kimi bir azlıq istədiyini necə əldə edəcəyini bilir! Anket iştirakçıları arasında yaxşı xüsusiyyətləri özlərinə ən az layiq görənlər, çox təəssüf ki, evin ən gəncləridir.

Böyük uşaq = İdeal həyat yoldaşı?
eDarlingin təşkil etdiyi anket, özlərinə ən çox güvənənlərin, ailələrin ən böyük uşaqları olduğunu göstərdi. Anket nəticələrinə görə böyük qardaşların 38%- i ətrafındakı insanların özünü cazibədar hiss etdiyini düşünür. Qardaşların yaşca ən yetkini; ortancıl uşaqlardan dərhal sonra 635- lik bir nisbətlə insanlarla uzlaşan, 67%- lik bir nisbətlə uyğunlaşma axtardıqlarını ifadə etdilər. Evin "böyük qardaş" və "bacı"ları iş həyatlarında da idarəçilik mövqeyini davam etdirirlər. eDarling anketinə qatılan böyük qardaşlardan 68%- i iş həyatlarında idarəçi olaraq işləyən və ya hələ də işləməkdə olanlarıdr.
Özünə güvənən, cazibədar, uyğunlaşma axtaran və iş həyatında müvəffəqiyyətli! Sizcə də uyğun bir həyat yoldaş namizədi deyilmi, nə deyirsiniz?

/Mənbə:Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1422
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz