Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Atanın gəlin olacaq qızına yazdıqları...
Atanın gəlin olacaq qızına yazdıqları...
Göndərən: ayshen
Şərhlər:
Baxılıb: 14917
Səs ver:

 

Atanın gəlin olacaq qızına yazdıqları...

Qızım gələcək, bir azdan.. Çox az vaxtımız qaldı  və mən hələ də qorxuram.. Qorxuram...həyəcandan ayaqlarımın üzərində dayana bilməməkdən.. Qorxuram..özümü itiribdə, qızımın qabağında ağlamaqdan...

Atanın gəlin olacaq qızına yazdıqları...

Yox..yox.. Bunu edə bilmərəm.. Bu olmamalıdır.. Bir an öncə yığışdırmalıyam özümü. Hər zamankı kimi dik durmalıyam qarşısında.. Həm mən qızımı " Kişilər ağlamaz, hələ atalar heç ağlamaz” deyə inandırmışdım. Davam etdirməliyəm o, böyük yalanı...

 

Qızım gələcək bir azdan yanıma. Canım, ürəyim Qızım. Daha indidən hiss edirəm onun yoxluğunu.. Artıq, buna alışmalıyam..

Atanın gəlin olacaq qızına yazdıqları...

Onu gəlinlik libasının içində gördüyüm an " Şahzadələr kimi olmusan, gözəl qızım” deməliyəm.. Ya da, yox..."Canım qızım, o qədər gözəl olmusan ki, səni verməkdən vazkeçə bilərəm” deməliyəm.. Ya da, ən yaxşısı "Birisi cənnətin qapılarını açıq qoymuş ki, bu mələklər gözəli bura  qaçmış” desəm... Amma mən bunları söyləsəm, qızım ağlayacaq..  Onsuzda o, mənim hər zaman şahzadəm idi, həmişə mələyim idi. Ən yaxşısı heç bir şey demədən, "Xeyirli, uğurlu olsun Qızım" deyim.. 

Bilirəm.. bu da çox qatı oldu.. Olsun.. Onsuzda qızım məni hər zaman  daş qəlbli bilirdi..
Bir yerə getsə,  "Harda idin?” deyə, getdiyi yerdən geç gəlsə ,” Tək başına bu saatda harda gezirsən?” deyə hirslənərdim. O, da məndən küsər, danışmazdı.. Amma mənim ona həmişə hirsləndiyimi, onu sevmədiyimi düşünsədə heç hirslənməzdim mən, mələyimə...
Başına bir şey gələr, qorxar və mən yanında olmaram deyə titrərdim.. Onun dırnağına daş dəysə mənim ürəyimə qan axardı.. Onun saçının teli qopsa, mənim ürəyim dayanardı.. Atayam mən..sevdiyimi deyildə həmişə əksini bəlli edərdim.. Amma hər zaman sevdim onu, bəlli etmədən..
Gecələr gizli-gizli izlərdim qızımı, yuxusunu bölmədən.. Azmı dua etdim "Allahım alma canımı qızımın xoşbəxtliyini görmədən”

Atanın gəlin olacaq qızına yazdıqları...

Qızım gələcək bir azdan.. Daha doğrusu, əlimi öpüb halallıq istəyəcək, uçacaq yuvadan.. Qəhər məni boğur, artıq..danışa bilməyəcəm.. Amma kaşki aça bilsəm  ürəyimi..öpsə qızım qanayan bu yaramdan.. Öpsə də, keçsə acısı hər yandan..
Qızım gələcək və gedəcək bir azdan.. Qızım, gedirsən.  Yoxluğuna necə dayanacaq bu ruhsuz sandığın atan? 
Ağlasam əgər sanma ki, sadəcə xoşbəxtlikdən..həm də, ayrılıqdan..

Çox sevdi səni atan, çox ağladı içindən, amma gözündən yaş axmadan.
Xəstə olduğunda, yıxıldığında, üşüdüyündə, üzüldüyündə daş qəlbli, qatı deyildim mən, qızım. Sadəcə sənə qarşı həssas və zəif olduğumu bilmə deyə idi, bütün bunlar..Yəni,  qorxudan..
Səni çox sevirəm , qızım.. Gedişinə ağlasamda, yenə yalan söyləyəcəyəm sənə. Xoşbəxtlikdən ağlayıram deyəcəm.. Halbuki, ayrılıqdan. 

 

Gülə- gülə get deyəcək qızına , bu yorğun atası,
Xoşbəxtliklə dolsun deyəcək evi, yuvası.
İncinməsin ürəyin, axmasın deyəcək gözünün yaşı,
Qurban olar, ona atası.
Desəmmi ona görəsən,
"Gəl , atası.. öp də keçsin bu ayrılıq acısı”…..

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 14917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz