Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susmağı bacaran qadın müvəffəqiyyət qazanır
Susmağı bacaran qadın müvəffəqiyyət qazanır
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1815
Səs ver:
Bəzən susub gözlərin danışması kimi anlar vardır həyatımızda. Kişi üçün qadının bəzi vəziyyətərdə  susub dinləməsi onlar üçün çox dəyərlidir.
Biz qadınların çox danışmasının bir başqa səbəbi də, uzun və dərin səssizliklərdən son dərəcə narahat olmamızdır. Bu cür səssizliklər ümumiyyətlə əlaqənin ilk başlarında iki tərəf bir-birini kifayət qədər yaxşı tanımadığı üçün və uzun zamandır davam edən əlaqələrdə iki tərəf bir -birini çox yaxşı tanıdığı üçün ortaya çıxar. Bizsə boşluqları bəzi boşboğazlıqlarla ya da mızıldanıb inadkarlıq  edərək doldurmaq üçün insanlıq xarici bir enerji sərf edərik. Təki bu səssizlik pozulsun, təki danışmış olaq.
Halbuki kişilər,bölüşmək üçün hər zaman sözlərə gərək olmadığını çox yaxşı bilərlər. Onsuzda onlar gündəlik həyatlarında da o sözləri çox  istifadə etdikləri üçün, səssizlikdən narahat olmaz, hətta zövq alarlar. Həqiqətən də iki adamın çimərlikdə oturub heç danışmadan dalğaların musiqisini dinləməsi ya da bir kafedə qarşılıqlı kitab oxuması böyük bir zövqdür. Bu cür səssizliklər, o iki adamın öz dünyalarına dalıb bir-birlərindən qopduqları mənasına gəlməz, çünki əslində bir-birlərinin yanında olduqlarını bilərlər, bunu bilər və bundan xoşbəxtlik hiss edərlər.
Səssizliyi bölüşmək, gözəl bir söhbət qədər zövqlüdür və əgər biz də bu zövqü kəşf etsək, birlikdə olduğumuz kişi ilə əlaqəmizə fərqli bir ölçü əlavə edə bilərik. Bu vaxt, həyatımızdakı o xüsusi insanla ünsiyyət qurarkən diqqətə almamız lazım olan bir başqa məqamı da  ifadə etmədən keçməyək: dinləməyi bilmək. Qarşı tərəfin sözünü kəsmədən, onun düşüncələrini ifadə etməsini səbrlə gözləyərək, ağızından çıxanlara diqqət yetirərək dinləmək, həqiqətən dinləməkdir. Kişilərin gözündə heç bir qadın, onları dinləməyi bilən bir qadın qədər cazibədar ola bilməz. Buna vərdiş etmədikləri üçün, o qadını nadir tapılan qiymətli bir daş kimi görərlər.

Müəllif: Əsən Tezel

/Mənbə:Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1815
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz