Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə..........?Bu dəfə niyələrimizi müzakirə edəcəyik
Niyə..........?Bu dəfə niyələrimizi müzakirə edəcəyik
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1194
Səs ver:
1)Tənbəllik
Niyə tənbəlik?

Gün içində heç bitməyən stres və yaşadığımız gərginliklər... Bunlar bir müddət sonra bizim davamlı olaraq hər şeydən şikayət etməmizə səbəb olur. Gün içində davamlı olaraq oradan-oraya qaçan bədənimiz, axşam olduğunda da eyni tempdə davam edə bilmir. Bir müddətdən sonra passivləşir. Məsələn,hansımız çox templi bir iş günündən sonra axşam 1 saat məşq edirik ? Axşamımızı faydalı məşqlərlə keçirmək yerinə nə edirik? Televizor qarşısında əyləşərək saatlarla "o serial sənin, bu film mənim" deyib tənbəl tənbəl oturub axşamımızı keçirirk.
Tənbəlliyimizlə mübarizə yolları...
Öz işlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz, canınız paltar ütüləmək istəməyə bilər. Ancaq ananıza "şalvarımı ütüləyərsən" deməyin. Öz işlərinizi özünüz edin ki, sevmədiyiniz işləri başqalarına etdirmə vərdişiniz olmasın. Unutmayın, ananızın da və ya işi yüklədiyiniz adamın da bir səbri var. Bir gün o da "bəsdir artıq" deyə bilər. Etməniz lazım olan işləri heç bir zaman təxirə salmayın. Təxirə saldıqca o işi etmə istəyiniz daha çox azalacaq.
2)Maraq
Niyə maraqlıyıq?
Sevgilimizə,rəfiqəmizə soruşduğumuz sualların heç bir zaman ardı-arası kəsilməz. Hər vaxt onlarla əlaqədar daha çox şey öyrənmək və bizimlə əlaqədar nə düşündüklərini bilmək istəyərik. Hansımız ən yaxın rəfiqəmizin və ya sevgilimizin gündəliyini qarışdırmadıq ki? Və ya onun email-poçt qutusuna girib maillərini oxumadıq ki? Əgər bunları etməsəydik bizə hazırlanan sürpriz ad günü qonaqlıqlarını və ya dostlarımızın bizim haqqımızdakı gerçək düşüncələrini necə belə bilərdik ki?
Marağımızla mübarizə yolları...
Onunla danışarkən ona marağınızı hiss etdirməyin. Təbii və hiyləgər davranın. Dostunuzun ya da sevgilinizin sizə daha çox məlumat verəcəyi şəkildə cəsarətləndirici və çaşmış suallar soruşun. Marağınızı gizlətməyi öyrəndiyinizdə qarşınızdakı sizə onsuzda öyrənmək istədiklərinizi özbaşına bildirəcək. Yetər ki, siz onun izah etdiklərini maraqla dinləyin. Ona əhəmiyyət verdiyinizi hiss etdirin.

3- Acgözlük
Niyə acgözük?
Həmişə daha çox və daha ləziz yeməklər istəyərik. Söz mövzusu olan əgər şirniyyatdırsa, əsla xeyr deyə bilmərik. Bir dilim şokoladlı tort bütün cazibəsiylə qarşımızda dayanarkən və bizə "məni yesən daha enerji dolu və cazibədar olacaqsan" deyə qışqırarkən bizim onu rədd etməmiz mümkündür? İstədiyimiz qədər tox olaq… Virgina Woolfun nə dediyini xatırlayaq: 'İnsan yemək yeməyibsə, yaxşı düşünə də bilməz, sevişə bilməz, yata bilməz'
Acgözlüyümüzlə mübarizə yolları...
Gecə yarısında yediyiniz bir parça şokoladın sizi topuş birinə çevirəcəyini düşünərək özünüzə əzab verməyin. Sizə kilo aldığını düşündüyünüz yeməkləri, şirniyyatları özünüzə mükafat olaraq verin. Məsələn "kitabımı oxumağı qurtardığımda və ya proyekti təslim etdiyimdə özümü mükafatlandıracağam. Bir dilim frambuazlı tort yeyim" deyin. Həm özünüzə motivasiya faktoru yaratmış olarsınız, həm də frambuazlı tortu yerərkən peşman olmazsınız. Çünki onu layiq oldunuz!
4- Qürur
Niyə qürurluyuq?
Təbii ki, hamımız qiymətliyik. Başqa sözlə də qürurluyuq! Bir az qürur eqomuzu təmin etmək üçün həmişə idealdır, həddindən artığa qaçmamaq şərti ilə təbii ki! Unutmayın, özünüzü nə qədər çox sevsəniz, xarici dünyaya da eyni ölçüdə özünüzü təqdim edərsiniz. Başqalarını sevmədən əvvəl özünüzü sevməlisiniz ki, başqaları da sizi sevsin…
Qürurumuzla mübarizə yolları...
Bir az qürur hər kəs üçün idealdır. Ancaq qüruru öyünməyə çevirdiyiniz anda çətinliklər baş qaldırmağa başlayır. Ətrafınızdakıları qaçıracaq və ya sizdən soyumalarına səbəb olacaq şəkildə şişirdilmiş davranışlardan uzaq durun. Özünüzü dünyanın mərkəzi sanmayın. Öz özünüzə dayandığınız yerdə çiçək göndərərkən (başqasından gəlmiş kimi) bunun səbəbini özünüzə problem yaradar. Öz qürurunuzu oxşayacaq axmaq davranışlar etmək əvəzinə, yaxınlarınızın qürurunu oxşayın. Məsələn ,qarşınızdakına yeni paltarı içində nə qədər xoş göründüyünü bildirin. Bir gün də o  sizin qürurunuzu oxşayacaq…
5- Dedi-qodu
Niyə dedi-qodu edərik?
Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olar. Həmişə danışacaq bir şeylər tapmamızı təmin edər. Başqalarını çəkişdirmək bizi xoşbəxt edər. "Mən dedi-qodu etməyi sevmirəm" deyən insanların belə əslində dedi-qodu etdiyini və böyük bir həzz aldığını da görərik.
Dedi-qodu edərkən nəyə diqqət yetirməliyik?
Dedi-qodunu kiminlə etdiyinizə diqqət yetirməlisiniz. Unutmayın yerin dəqulağı var! Sizə tövsiyəmiz , əsla səmimi olan iki adamdan biriylə digərinin dedi-qodusunu etməyin. Bir gün sonra hər ikisi də sizə düşmən ola bilər.
6- Gərəksiz alış-veriş
Niyə gərəksiz alış-veriş edərik?
Ürəyiniz sıxılanda, kefiniz olmayanda nə edirsiniz? Ümumiyyətlə alış-veriş deyil?Təzə paltar  almanın bizi daha xoşbəxt etdiyi müzakirəsiz bir həqiqətdir! Hətta müalicəyə getmənizə belə ehtiyac yoxdur. Dərdlərinizdən xilas olmanız üçün alış-verişə çıxmanız kifayətdir!
Gərəksiz alış-veriş etməmək üçün...
Alış-verişə çıxdığınızda ancaq endirimdirdə deyə nəyisə almayın.Sizə"faydalıdır ya yox "deyə düşünün. Sonra qərarınızı verin! Yüzdə 50 endirim edilir deyə  heç geyinməyəcəyiniz bir köynəyi almağa gərək varmı? Yox!
7- Qısqanclıq
Niyə qısqancıq?
Qısqanclıq hər insanın təbiətində var. Az və ya çox… Məsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual, həm də əyləncəlidirsə onu qısqanmamamız mümkün olar? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclıq təbiidir. Ancaq onun sizdən nifrət etməsinə səbəb olacaq davranışlara da yol verməyin!
Qısqanclığımızla mübarizə yolları...
Əvvəlcə qısqanc olduğunuzu qəbul edin. O duyğularla yaşayarkən, qısqanclığınızı rədd etməniz sizə heç bir şey qazandırmayacaq. Məsələn,sevgilinizə belə bir cümlə qura bilərsiniz . "Sevgilim,mənim qısqanc olduğumu sən də bilirsən. Bəzilərinin sənin ətrafında gəzərək sənə pərəstişkarlıq etməsindən narahat oluram." Bütün gecəni mədə ağrılarıyla keçirmisinizsə sevgilinizə açıq-açıq danışmanın faydalı olacağını düşünürük.

/Mənbə:Qadınlar.biz/





Şərhlər:
Baxılıb: 1194
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz