Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaranlıqdasan yoxsa işıqlıqda?
Qaranlıqdasan yoxsa işıqlıqda?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1924
Səs ver:
Əslində həyatda bu şəkildə yol alarıq: Qaranlıqdan işıqlığa keçər, sonra təkrar yeni bir qaranlığı kəşf etmək, işıqlandıra bilmək üçün işıqlıqdan qaranlığa adım atarıq.

İşıqlıqdan qaranlığa girdinizmi heç?
Hansıki günəşli bir yoldan tunelə girdiyində,ya da yuxarıdan işıqlı  bir sahədən pilləkənlərlə yavaş yavaş aşağı enərkən.
Dənizin dərinliklərinə daldığında olduğu kimi yuxarıdan gələn işığın get-gedə azalmasını bilərsən?
Hər şey tanışkən birdən birə bildiklərinin yavaş yavaş qaralmasını və naməlumun bir parçası olmasının şahid oldunmu heç?

Nə olar bilirsən?
Yavaş yavaş gördüklərin silinər gözünün qarşısından. Daha əvvəl qaçar  endiyin pilləkənlərdə bu dəfə yapışacaq bir qol axtararsan.
Addımların yavaşlayar və qaranlıqda, naməlumluqda itdiyini hiss edərsən. Gözlərini uzaq üfüqə tikib sənə yol göstərəcək bir damla , bir  işıq axtararsan. Özünü tək, naşı hiss edərsən. Artıq hər gün endiyin o pilləkən sənin üçün başqa bir məna qazanmışdır. Təkrar kəşf edilməsi lazım olan yeni bir sahədir.
Bax biz əslində həyatda bu şəkildə yol alarıq. Qaranlıqdan işıqlığa, sonra təkrar yeni bir qaranlığı kəşf etmək, işıqlandıra bilmək üçün bu dəfə  də işıqlıqdan qaranlığa addımlayarıq.
Bu addımlarla irəliləyərik həyatda …
Bəzən irəliləmək üçün etibarlı sahələrimiz tərk etməmiz, tanış yol yoldaşlarımızı buraxmamız, qaranlıq dehlizlərə dalmamız lazımdır. Bu bizim yolumuzdur. Kimisə bu yola məcbur ata bilmərik. Buradakı sürətimiz bizim öz sürətimiz, buradakı müddət öz müddətimizdir.
Ən yaxınımız üçün belə doğru olan sürəti biz bilməyik. Bizə yaraşan yola çıxanı sevgiylə yola salmaq, qalmağı seçənlə isə sevgiylə vidalaşmaqdır. Yolumuzun üzərindəki qaranlıq da, işıqlıq da bizə aiddir. Bu bölüşülməz, amma uzaqdan görünə bilər.

İndi mənə de: sən öz yolunda haradasan?
Məni soruşsan; bir müddətdir, öz yolumda yeni fərqindəliklərimi yığaraq irəliləyirəm. Öhdəçilik get-gedə ağırlaşdı. Çox vaxt qaranlıqda qaldım, dayandım gözlədim. ‘Bir işıq yansa da işim asanlaşsa' dedim. Bu qədər fərqindəliklə nə edəcəyəimi bilmədim. O anlar susdum. Hərəkət etmədim. Sanıram uzun bir səssizlik oldu. Təkrar işığa gəldiyimdə içim sevinclə doldu, sözlər ağızımdan çıxıb yazıya töküldü. Təkrar yeni bir qaranlığıma dalmadan əvvəl işıqdakı və qaranlıqlardakı fərqindəliklərimlə sizə görünə bilmək diləyiylə yenidən yazıram.

Müəllif: Səba Dəniz
/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1924
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz