Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətə uğrayan qadınların ən böyük səhvi...
Xəyanətə uğrayan qadınların ən böyük səhvi...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5690
Səs ver:
Qətiyyən həyata küsməyin və sadəcə nə edəcəyinizə qərar verin. Gec saatlara qədər iclaslar, cib telefonuna gələn gizli zənglər, birdən dəyişən vərdişlər… Bütün bunlar xəyanətə işarədirmi və 3-cü bir şəxs varmı? Heç kəs qəbul etmək istəməsə də,  hər birimiz xəyanətlə qarşılaşırıq. Xəyanətə uğramış hər insan bunu həyatın həqiqətləri kimi qəbul etməyi öyrənməldir. Bunu qəbul edə bilməyən insan isə uzun müddət acı çəkməyə məhkumdur. 

Dərin nifrət hissi…
Xəyanətlə qarşılaşan qadınlar adətən eyni rekasiyanı verir. Əvvəlcə böyük hirs, ardından isə ümidlərin puç olması və sonda dərin nifrət hissi duyurlar. Onların sevgisini məhv edən və daxil olan 3-cü qadının tanış biri olması, münasibətlərinin hamı tərəfindən xəbərdar olması və uzun müddət davam etməsi vəziyyəti ağırlaşdıran faktorlar sırasına daxildir. Yaşananlar nə qədər ağır olsa da, gələcəklə bağlı qərarlar verməlisiniz. Ya bağışlayıb davam edəcəksiniz, ya da münasibətləriniz bitəcək. Seçimin nə olmasından asılı olmayaraq, sakit davranmalısınız və soyuq başla düşünməlisiniz. 

Qətiyyən təzyiq göstərməyin
Ayrılmaq istəmirsinizsə, partniyorunuzun və öz səhvinizi nəzərdən keçirin. Münasibətlərinizin  düzəlməsi üçün nəyi daha yaxşı edə biləcəyinizi düşünün. Onunla bu məsələni müzakirə edərkən mümkün qədər sakit olmağa çalışın. Sevdiyiniz insanla daha yaxın olmağa cəhd edin. Onu hələdə sevdiyinizi bilməsinə şərait yaradın. Dostu olduğunuz və keçmişdə yaşanan gözəl günlərə qayıda biləcəyinizi  hiss etdirin. 
 
Qadınlar niyə ayrılmaq istəmir? 
Bir çox qadın həyat yoldaşının xəyanətinə rəğmən münasibətlərini davam etdirməyə üstünlük verir. Xüsusən də maddi problemlər dəfələrlə xəyanətə uğramış qadınların boşanmasına mane olur və ərlərinin günahını bağışlayır.  
Uşaqların gələcəyi ilə bağlı qayğılar 
Həyat yoldaşından ayrıla bilməmək və həyatın çətinliklərinə qarşı duyulan qorxu 
Ailə və ya cəmiyyətin təzyiqi 
Sosial status itirmə qorxusu 
Bütün kişilər eynidir düşüncəsi 

Təhdid etmək çox yanlışdır 
Barışmaq niyyətində olan bir çox qadın, hirsinə qalib gələ bilmir və əsəbini müxtəlif üsullarla təhdid edir. Bunların başında uşaqlar gəlir. "Uşaqları bir daha görməyəcəksən” kimi təhdidlər sizə dönmək istəyən kişini daha da uzaqlaşdıra bilər. Uşaqlarınızı ya da ətrafdakıları ona qarşı qaldırmayın. Bu hal həm sizin, həm də onun vəziyyətini daha da ağırlaşdırır və münasibətlərinizin düzəlməsini əngəlləyir. Bir az kənara çəkilin. Dürüst hərəkət edin lakin gizli oyun oynayın. Kişilər qadını kəşf etməyi sevir. Xəyanəti bağışlamaq fikriniz yoxdursa və boşanmağa qərar vermisinizsə, uşaqlardan istifadə etməyin. 

Bəhanələr var, açıqlama yox 
Psixoloqların fikrinə görə, xəyanətin əsas səbəbi münasibətlərin  yaxşı olmamasıdır. Həyatda uğursuz olan insanlar, həyat yoldaşına xəyanət edərək özünü bu şəkildə ovutmağa cəhd edir. Yaşın artması ilə birlikdə andropoz dönəmində də kişilər xəyanətə meylli olur. 



Şərhlər:
Baxılıb: 5690
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz