Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++++++++++Qadınların qorxuları
+++++++++++++++++++Qadınların qorxuları
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1014
Səs ver:
Hamımız insanıq və hamımızın da qorxduğu müəyyən  şeylər vardır. Ancaq, sizin qorxduğunuz bir şeydən başqa birinin də qorxmasını gözləyə bilməzsiniz.

Bəs ancaq qadınlar ən çox nələrdən qorxur?

Stomatoloq:Bilindiyi kimi,hər hansı bir diş problemimiz olmasada, ildə iki dəfə ağız və diş sağlamlığı yoxlatdırmamız lazımdır.

Bunu nizamlı bir şəkildə etdirən insanlar hər yeni altı aylıq müddət yaxınlaşdığında, hər hansı bir problem üçün deyil, ancaq müayinə üçün gedəcək olmalarına baxmayaraq stomatoloqdan qorxurlar. Stomatoloqdan qorxmanın ən əhəmiyyətli səbəblərinin başında iynə qorxusu gəlməkdədir. Bundan əlavə daha əvvəldən yaşanmış pis bir təcrübə ya da adamın özünü stomatoloqa möhtac hiss etməsi də stomatoloq qorxusu üçün kafi səbəblər arasında sayıla bilməkdədir.

İt:Bəzi insanlar evlərində it saxlayarkən və onları özlərinə dost edərkən,bəzi insanların da itlərə qarşı inanılmaz bir qorxuları vardır. Kynophobia adı verilən it qorxusu insanlarda bəzən daha əvvəl yaşanılan it dişləmələri səbəbiylə meydana gələrkən,bəzilərində də it tərəfindən dişlənilən bir adamı çox yaxından görmək səbəbiylə ortaya çıxa bilər. Ancaq,  heç bir itlə problem yaşamamış olmasına baxmayaraqda itdən qorxan insanların sayı  olduqca çoxdur.

Təyyarə:Təyyarədən qorxan insanların sayı o qədər çoxdur ki, hələ ancaq Amerikada təyyarədən qorxan 25 milyon insan vardır. Təyyarə qorxusunun  iki səbəbi vardır: Bəziləri təyyarənin qəza etməsindən qorxarkən, bəziləri təyyarə içərisində bağlı qalmaq səbəbiylə qorxu problemi yaşamaqdadır.

Şimşək:Bu qorxudan əziyyət çəkən çox sayda insan var.Bildiklərimizin yanında bilmədiklərimizin sayı daha çoxdur. Şimşəkdən qorxan insanların qorxuları bəzən elə coxolar ki, insanlar birləşərək toplu halda havası daha sakin olan yerlərə köç edə bilərlər. Əslində bu səbəblə, uşaqlarımızı da şimşəklə qorxudub, ağıllı olmaları yönündə tərbiyə etməməmiz lazımdır.

Qaranlıq:Uşaqların qorxudulmaması lazım olan şeylərdən biridə qaranlıqdır.Uşaqlar qaranlıqdan ümumiyyətlə qorxurlar. Uşaqların içlərində qaranlıq qorxusu elə bir hal ala bilər ki,qaranlıqda  yatağın altından ya da bir şkafın içindən kiminsə  çıxa biləcəyi, evə oğruların girəcəyi, özünün qaçırılacağı, əşyalarının və xüsusilə də oyuncaqlarının oğurlana biləcəyi qorxusu, beyinlərinə yol tapar.

Hündürlük: Cəmiyyətin 3–5%-də çox təsadüf edilən bu qorxu, fobiya halını aldığında akrofobi adı ilə xatırlanmaqdadır. Akrofobiyası olan bir adam, hündür bir yerdən aşağı baxdığında ya da yerdən yüksək bir binaya baxdığında, nəfəs alış verişləri sürətlənib, ürək atışları da qüvvətlənən adamdır. Bu insanlar hündür bir yerdən aşağı baxarkən olduqları yerin əslində olduğundan dörd qat daha hündür  olduğunu hiss edərlər və qorxuları bir qat daha artar.

Digər insanlar: Çox insan  içərisində danışmaqdan çəkinirsinizsə, üzünüz qızarırsa və özünüzü xəstə kimi hiss edirsinizsə deməli bu qorxu sizdə də var. Ancaq bu qorxuda da tək olmadığınızı bilməniz lazımdır. Amerikada insan çoxluğundan qorxan insan sayı 15 milyondan çoxdur. Ancaq çoxluq qorxusu olan insanların qorxularının daha irəliləmiş halı başqa insanların yanında yemək yeməkdən ya da bir şey içməkdən qorxmağa qədər  gəlib çata bilər. Bu qorxu ümumiyyətlə 13 yaşlarından etibarən başlayır və hiss edildiyi anda müalicə edilməsi lazımdır.

Qorxuducu sahələr: Bu sahələr ümumiyyətlə hər hansı bir problem olduğu vaxtlarda  qaçıb qurtarmaq çətin olan sahələrdir. Məsələn: liftlər, körpülər. Bu kimi sahələrdə qorxan insanlarda agorafobiyanın varlığından söz edə bilmək mümkündür.

Hörümçək: Hörümçək kimi həşaratlardan qadınların, kişilərə nisbətən dörd qat daha çox qorxduqları sübut edilmiş vəziyyətdir. Həm də bu statistika hər yaşdan insan üçün etibarlıdır.

İlan:İlan fobiyası isə ən məşhur fobiya olaraq gündəmdəki yerini araşdırmaçılar tərəfindən qoruyur.


/Mənbə:Qadınlar.biz/

 

 



Şərhlər:
Baxılıb: 1014
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz