Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siz xoşbəxt gəlinsiniz?
Siz xoşbəxt gəlinsiniz?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2208
Səs ver:
Sərhədlərinizin fərqində olun.
Toyunuzla əlaqədar sizi məhdudlaşdıran ünsürlərin fərqinə varın. İstəsəniz də dəyişdirə bilməyəcəyiniz bəzi şeylər vardır. Büdcə, mövsüm və ailələrin həyat tərzləri bunların başında gəlir. Sadə toyu pərəstişkarı ola bilərsiniz ancaq toy tarixi olaraq soyuq havaları seçdinizsə bu xəyalınızı reallaşdırmaq mümkün olmayacaq. Bu kimi vəziyyətlər mütləq olacaq. Sərhədləri qəbul edin və dəyişdirə bilməyəcəklərinizlə əlaqədar olaraq boşuna canınızı sıxmayın.
Prioritetləri təyin edin.
Evlənmə qərarının alındığı andan toy gününə qədər müddətdə toyunuzu, yeni evinizi və həyat yoldaşınızla başlayacağınız yeni bir həyatı təşkil edəcəksiniz. Qaynaqların məhdud və variantların sonsuz olduğu bu müddətdə istəklərinizi idarə altına almağı öyrənməlisiniz. Bu işə prioritetlərinizi təyin edərək başlayın.
Ənənələrin altında əzilməyin.
Ənənələrə çox bağlı bir cəmiyyətin üzvü olaraq evlilik müddətində nəyi necə edəcəyiniz mövzusunda çaşa bilərsiniz. Hər bölgənin, hər şəhərin hətta hər ailənin özünə xas, ayrı-ayrı ənənələri vardır. Hətta bəzən bu ənənələr bir-birləriylə ziddiyyət təşkil edə bilər. Bu müddətdə hər gün yeni bir ənənə eşidə bilərsiniz, hansı birinə uyacağınızı bilməyə bilərsiniz. Bu vəziyyətdə ediləcək ən yaxşı şey sizə yaxın gələnləri mənimsəmək, sizi narahat edənləri göz ardı etmək olacaq. Unutmayın, ənənələr mütləq edilməsi lazım olan qaydalar deyildirlər.
Kömək istəyin.
Bütün yükü tək başınıza daşımaq məcburiyyətində deyilsiniz. Kömək istəməkdən çəkinməyin. Ailəniz, nişanlınız və yaxın insanlarınıza kömək lazım olduğunu bildirin.
Hər kəsi xoşbəxt edə bilməzsiniz.
Bu gerçəyi qəbul edin və çırpınmaqdan imtina edin. Evliliyə hazırlıq müddəti bir-biriylə hələ tanış olmuş xeyli çox insanın bir araya gəlib tək bir hədəfə mərkəzləndiyi bir dövrdür. İki tərəfin ailələri, yaxınları, yoldaşları bu dövrdə bir-birləriylə tanış olar və bu kütlənin içərisində bəzi anlaşılmazlıqlar yaşana bilər.Bunların hamısını adi vəziyyətlər olaraq qəbul edin, problemlərə quruluşçu həllər çıxarmağa çalışmaqla birlikdə hər kəsi mütləq olaraq xoşbəxt etmək üçün çırpınmayın.
 Tarazlıq ustası olun.
Planlamanız lazım olan çox şey var, vaxtınız məhduddur və siz hər şeyin mükəmməl olmasını istəyirsiniz. Mükəmməl bir toy və əksiksiz bir ev üçün göstərdiyiniz səy təqdirə dəyər. Ancaq bu yolda özünüzü yormanız  doğru olmaz. Enerjinizin bir qisimini də toy sonrasında başlayacaq yeni həyatınıza ayırmalısınız. Həll edə bilmədiyiniz problemlər qarşısında sakitliyinizi qoruyun və mükəmməlliyin əsəblə deyil duyğularla əlaqədar olduğunu özünüzə xatırladın.
Həqiqətdən qopmayın.
Bir tərəfdən təxəyyülünüzün dalğalı sularında üzərkən digər tərəfdən ayaqlarınız üstə bərk durun. . Yenə də bütün problemləri gözünüzdə böyütməyin.
/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 2208
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz