Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünüzə heç təşəkkür etdinizmi?(Oxuyun)
Özünüzə heç təşəkkür etdinizmi?(Oxuyun)
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 640
Səs ver:
Hər kəsdən gizlətdiyim ağ yalanlarımı basdırmaq üçün bağçamda böyük bir çuxur açdım. Nə qədər kinim, nifrətim varsa tökdüm içinə. Sanıram bir az rahatladım. Gecə, amansız bir yağış yağırdı. Səhərə qədər dayanmaq bilmədi. Hüznlü olduğumu sanıram səma da bilirdi. Bütün gecə, tək qalmanın hər kəsdən uzaqlaşmanın nə qədər də gözəl olduğunu düşündüm. Yalanlarım necə olsa artıq basdırılmış bir çuxurda yatırdı. Səhər olduğunda,bağçamda açdığım çuxuru gecə yağan yağış doldurmuş və içinə saxladığın bütün ağ yalanları, nifrətləri təkrar gün üzünə çıxarmışdı. İndi içimdə səbəbini bilmədiyim bir çətinlik vardı. Boğduqca boğur məni indi təkliyim. Birdən çiyinimə toxundu əlin. Mənə içimdəki nifrəti, kini, həsrəti, basdırmamın doğru olmadığını söylədin. Və sonra unuda bilməyəcəyəm bu sətirləri dilləndirdin: ‘Dostluq eşqə bənzəməz, qış gəldiyində solub gedən gül deyil o, baharın gəlməsini gözləməz çiçəklərini açmaq üçün. Və dostluq hər nə qədər qırılıb tökülsə də yenidən birləşən su damlacıqları kimidir.'
Bəli, bəzən tək qalmağa çox ehtiyac duyarıq. Keçmişdə işlədiyimiz səhvləri hər kəsdən saxlamağa çalışıram. İnsanların məni qüsursuz bilmələrini, həmişə xoşbəxt görmələrini və sevmələrini gözləyirəm. Əslində sən mənə çox şey öyrətdin dostum. Səhvlərimlə yaşamanın ağır bir qəhvəni udmaq qədər kefli olduğunu göstərdin. Üzr istəmənin, çətinliklərini boşaldan bir səmanın günəşlə gələn parıltısı qədər rahatlaşdırıcı olduğunu səninlə bildim. Əslində gerçək dostun özüm olduğunu öyrəndim. Artıq özümdən üzr istəməsini bilirəm. Özümü sevdikcə, insanların da məni sevdiyini fərq etdim. İndi mənim ən böyük dostum, mənəm. Ən çox özümü sevirəm çünki özümü sevərkən digər insanları da sevirəm. İndi dincliyi tapmaq üçün uzaqları yaxın etmənin səhvini və yaxınımdakıları özümdən uzaqlaşdırmanın böyük bir səhv olduğunun fərqindəyəm. Uzaqları yaxın edim deyərkən yaxınımdakılardan uzaqlaşdım.  Dostum, sənə yəni özümə təşəkkür edirəm. Siz heç özünüzə təşəkkür etdiniz mi? Mən etdim. Sınamaq istəsəniz, birinin sizə kömək etməsinə ehtiyac yoxdur, çünki siz onsuzda özünüzə hər gün dəfələrlə kömək edirsiniz. Özünüzlə dost qalın ki, insanlar da sizinlə dost ola bilmək üçün yarışsın.Sevməyə və mükafatlandırmağa hər zaman özünüzdən başlayın.

Tərcümə Etdi:
NİGAR_CAVAD



Şərhlər:
Baxılıb: 640
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz