Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siqaret çəkən məktəbli qızlar - PROBLEM
Siqaret çəkən məktəbli qızlar - PROBLEM
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4333
Səs ver:
Bu günlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır.

Nazirlik rəsmisi  bu nəticələrin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olduğunu bildirib. C.Məmmədovun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.

Qeyd edək ki, orta məktəblərdə nəinki oğlan, qız şagirdlər arasında da siqaret çəkənlərin sayı artıb.Problemlə bağlı Bakıdakı orta məktəblərdən birinin direktoru ilə söhbət etdik. Onun bildirdiyinə görə, məktəblərdə siqaret çəkilməməsi ilə əlaqədar hər hansı inzibati cəza metodu yoxdur: 

"Hamı məktəbi günahlandırır. Amma məktəbin əlində hər hansı bir inzibati rıçaq yoxdur. Belə halda şagirdi məktəbdən çıxarmaq məsələnin həlli yolu deyil. Şagirdi vurmaq, döymək, söymək olmaz! Belə hal müşahidə etdikdə valideyni çağırıb söhbət edirik, uşaqla söhbət edib siqaretin zərərindən danışırıq. Mən vaxtilə siqaret çəkən adam kimi bilirəm ki, siqaret elə bir vərdişdir ki, onu zorla tərgitmək mümkün deyil. Şüurlu şəkildə uşağa aşılanmalıdır ki, o bu zərəri dərk etsin. Deməli, bu məsələdə məktəblə valideyn əlbir olmalıdır”.

Məktəb rəhbəri deyib ki, hazırda məktəblərdə siqaret çəkmək qadağandır: "Ümumiyyətlə, məktəbdə siqaret çəkmək qadağandır. Ələlxüsus şagirdlərin yanında siqaret çəkmək pedaqoji etikaya sığmır. Uşaqlara siqaret çəkmə deyib, şagirdin gözü qarşısında siqaret çəkmək hansı məntiqə sığar? Bizim məktəbdə siqaret çəkmək üçün yer yoxdur. Digər tərəfdən, bu gün məktəbdə təhsilin bir nömrəli problemi odur ki, kişi müəllimi azdır. Bizim məktəbin 80  müəllimindən 3-ü kişidir. Uşaq evdə anadan, məktəbdə qadın müəllimdən tərbiyə alsa, kişi zəhmi görməsə, siqaret də çəkər, başqa zərərli vərdişə də aludə olar. Ona görə də oğlanlar ya qızbibi kimi böyüyür, ya da ipə-sapa yatmır”.

Direktor bildirib ki, siqaretlə bağlı hər il ciddi təbliğat xarakterli maarifləndirmə tədbirləri aparılır. Hazırda Bakıdakı orta məktəblərdə ardıcıl olaraq "Zərərli vərdişlərə yox deyək!” kampaniyası keçirilir: "Siqaret, narkomaniya, spirtli içkilər əleyhinə şagirdlər arasında maarifləndirmə işləri aparılır. Amma konkret olaraq hər hansı məktəbin nizamnaməsində, yaxud əsasnaməsində siqaret əleyhinə hər hansı bir qayda nəzərdə tutulmayıb. Təbii ki, valideyn-məktəb əlaqələri güclü olmalıdır. Uşaqlara çox ciddi nəzarət edilməlidir. 

Doğrudur, şagirdlər arasında maarifləndirmə təbliğatı aparılır, dərslərdə deyilir, fakültativ məşğələlərdə bu kimi mövzular tədris olunur. Mən bir dəfə bizim məktəbdə oğlanların ayaqyolunda siqaret kötüyü görmüşdüm, çox sərt reaksiya verdim, dərhal qarşısını aldıq. Məktəbdən kənar tində-filan siqaret çəkirlərsə, bunu deyə bilmərəm.  Amma qızlar arasında belə bir hal baş versə, bu bir məktəb rəhbəri olaraq mənim üçün böyük faciə kimi qarşılanar və dərhal çox ciddi ölçü götürərəm. Təcrübəli pedaqoqlar bu cür zərərli vərdişlərə görə qabaqlayıcı tədbirlər görə bilir. Məsələn, şagirdlərin  məntiqlə qəbul etdiyi inandırıcı söhbətlər aparıla bilər və sairə”. 

Uşaq psixoloqu Narınc Rüstəmovanın "Gündəlik Teleqraf”a bildirdiyinə görə, uşaqların siqaret və digər zərərli vərdişlərə meyli yeniyetməlik dövrünə təsadüf edir. Çünki yeniyetmələr şəxsiyyətin inkişafı dövrünü keçirdiklərinə görə bu dövrdə də ətrafdakı neqativ vərdişlərə meylli olurlar: "Siqaret çəkən uşaqların əksəriyyəti öz ailələrində model olaraq gördüklərini əxz edirlər. Həmçinin narkotik, yaxud müəyyən cinayətkar qruplara qoşulmaq da bu istəkdən irəli gəlir. Bu məsələdə adətən qınaq yeri analar olur və çox hallarda bu qınaqda haqq da var. Çünki çox analar uşaqlarını o qədər əzizləyirlər ki, uşaqlar məsuliyyət yükündən azad olurlar.  Əksər analar uşaqları bütün hallarda idarə etdiklərinə görə böyüdükcə də bu vərdiş halını alır. Lakin uşaq yeniyetməlik yaşa çatdıqca ananın idarəçiliyindən çıxmaq istəyir və idarəedən müəyyən qruplara meyl göstərir. Belə dövrdə adətən uşaqların dərslərdən qiymətləri də aşağı düşür. Valideynlər uşaqların bu keçid dövrünə çox həssas yanaşmalıdırlar. Bəzən də valideyn uşağı pis vərdişlərdən uzaq tutmaq istəyir və əksinə uşağı özündən asılı edir. Ona görə çox evlərdə bu problemlər artıb. Bu cür uşaqlara fiziki şiddət də tətbiq olunur, ailələrdə, məktəblərdə böyük qalmaqallar yaranır. Ən böhranlı həddə çatanda psixoloqa müraciət olunur”. 

N.Rüstəmovanın fikrincə, yaxşı olardı ki, valideyn belə halda problemi öz bildiyi kimi həll etməyə çalışmasın və məktəb psixoloqları bu məsələlərdə aktivlik göstərsinlər: "Məktəb psixoloqları bu hallarda uşaqlarla aktiv treninqlər keçirməlidir. Uşaq siqaretə meyllənirsə, cinsiyyətlə, narkotiklə bağlı problemlərə də meyllənə bilər”. 

Mütəxəssis deyib ki, şagirdlərdə siqaret çəkməyə meyl ən çox yay, qış istirahəti dövrlərində təsadüf olunur. Çünki uşaqların asudə vaxtı düzgün təşkil edilmir: "Valideyn bəzən uşağın boş vaxtını kompüter oyunları, televiziya qarşısında filmlərə baxmaq, əyləncə ilə doldurur. Bu, çox yanlışdır. Belə halda uşaqların neqativ vərdişlərə meyli artır.  Ona görə də uşaqların yay, qış istirahət düşərgələrinin salınması da vacibdir. "Nu, poqadi”, "Tom-Cerri” cizgi filmlərində də siqaretçəkmə səhnələri var ki, bu uşaqlara neqativ informasiya ötürür. Yaxşı olardı ki, efirlərdən ciddi şəkildə siqaretlərin bu şəkildə görüntüsünün  qarşısı alınsın”. 

Mütəxəssis hesab edir ki, məktəb psixoloqlarının bu sahədə maarifləndirilməsi və uşaqları maairfləndirməsinə də ehtiyac var. Onun fikrincə, məktəbdə 2 min uşaq, bir psixoloq varsa, bu da bir problemdir: "Məktəblərdə uşaqlar üçün ayrı, yeniyetmə və daha yuxarı siniflər üçün ayrı psixoloq ştatının ayrılması  daha məqsədəuyğundur. Necə ki, qadın məsləhətxanaları fəaliyyət göstərir, eləcə də məktəblərdə psixoloq ştatı fəaliyyət göstərməlidi. Bu məsələdə valideynlərin də məsuliyyəti olardı ki, uşaqların psixoloji durumunu 5-6 aydan bir psixoloq tərəfindən yoxladardı. Bu, hesab edirəm ki, uşaqların düzgün formalaşmasına kömək edər”. 

Məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, problemə Səhiyyə Nazirliyi səviyyəsində mövqe bildirilibsə, yaxşı olardı ki, nazirlik səviyyəsində mövqe öyrənilsin. Lakin gün ərzində nazirlikdən telefon zənglərimizə cavab ala bilmədik.

S.Hilalqızı


Şərhlər:
Baxılıb: 4333
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz