Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın olmaq qadın kimi yaşamaq deyil
Qadın olmaq qadın kimi yaşamaq deyil
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1340
Səs ver:
Qadın olmaq qadın kimi yaşamaq deyil
Qadın olmaq; yalnız gözəl olmaq demək deyil,  o gözəlliyin içində kişinin öz ruhunu tapa bilməsini təmin edə bilməkdir…
Qadın olmaq; ipək saçlar, incə topuqlar, incə bel deyil, bütün bunların içərisində bir xanım ola bilməyi bacara bilməkdir..
Qadın olmaq; gözəllik anlayışı içərisində olmaq deyil, o gözəlliyə ağıl da qata bilməkdir…
Qadın olmaq; insanları əlinin tərsiylə itələyib özündən uzaqlaşdırmaq deyil, ovuclarını sıxaraq  insana əmin əllərdə olduğu duyğusunu verə bilməkdir.
Qadın olmaq; çox danışaraq beynini yormaq deyil, sıravi və qəbul edilə bilər həyatın nə olduğunu anlaya bilməkdir…
Qadın olmaq; qızıl düşkünü olmaq deyil, isti bir öpüşün  tək daş üzükdən daha qiymətli olduğunu anlaya bilməkdir…
Qadın olmaq; ad günləri, evlənmə il dönümləri və ardı arxası kəsilməyən xüsusi gün sindromlarında bahalı hədiyyələr istəmək deyil, sadəliyin içərisində fərq edilə bilən olmaqdır…
Qadın olmaq; duruşu, oturuşu və yerişi şişirdilmiş olmaq demək deyil, özünü bəzəkli gəlincik kimi ortaya atıb başqalarıyla zarafatlaşmamaqdır…
Qadın olmaq; "serialda kimlər oynayır, kim kiminlə sevişir" bunlarla maraqlanmaq deyil, iqtisadiyyatdan, siyasətdən, idmandan və mədəni hadisələrdən xəbəri olmaqdır…
Qadın olmaq; sırf xanım görünüşüylə  cahilliyini gizlətmək deyil, lazım gəldiyində xanımlıq savadını ortaya qoya bilməkdir
Qadın olmaq; gəzib əylənmək deyil, pulunu yalnız kosmetikaya xərcləməmsi lazım olduğunu, pomidorun, çörəyin, soğanın, ətin qiymətinin nə qədər olduğunu bilməkdir…
Qadın olmaq; telefonda saatlarla çənə vurmaq deyil, sonradan gələn telefon borcunun niyə belə cox gəldiyini görüb çaşmamadır…
Qadın olmaq; içini  xoşagəlməz dedi-qodu yumağına cevirmək deyil,başqalarının min sirrini tutmağı bacarmaqdır…
Qadın olmaq; pul düşkünü, moda düşkünü olmaq deyil, sökük düymə, cırıq şalvar tikə bilməkdir…
Qadın olmaq; bacarıqlarını yalnız kişiləri əldə edərkən göstərmək deyil, bütün əlindən gələn bacarıqları içindən gələrək, saxta olmadan edə bilməkdir…
Qadın olmaq; dırdır danışıb adamın əsəbini pozmaq deyil, dilini lazım olduğunda tuta bilməkdir…
Qadın olmaq; yalnız alış-veriş mərkəzlərinə gedib nə tapdısa almaq deyil, başqasına köynək və ayaqqabı almağı bacarmaqdır…
Qadın olmaq; yalnız öz geyiminə məsuliyyət daşıyıb  özünü geydirmək deyil, zövqü başqalarını geydirəcək qədər yerində olmaqdır…
Qadın olmaq; orada burada dedi-qodu edərək, söz daşımaq deyil, başqasını ən çətin vəziyyətdən dili ilə qurtarmaqdır.
Qadın olmaq; gözəl görünə bilmək üçün orasını burasını hər yeri görünənə qədər açmaq deyil,bədəninin hər yerini nizamlaya bilməkdir…
Qadın olmaq; təcavüzkarlaşıb dişi şirə bənzəmək deyil, yumşaq xasiyyətli olub kişininin qolları arasında yatan şirin bir pişik ola bilməkdir…
Qadın olmaq; çağırdım, gəlmədin, gecikdin, axtarmadın, soruşmadın, kiminlə idin, cavab ver demək deyil, sənə ürəyiylə güvənmək və inanclarıyla bağlanmaqdır…
Qadın olmaq; sağda solda danışılanları gerçəkmiş kimi saymaq deyil, heç kimin arxasından danışmamaqdır…
Qadın olmaq;həyatı geyim  üzərinə qurmaq demək deyil, geydiyin köynəyə hansı şalvarın yaraşdığını, uyğunlaşıb və uyğunlaşmamağın nə olduğunu bilməkdir…
Qadın olmaq; dağa çıxarkən boyalı ayaqqabı geymək deyil, idman ayaqqabısı ilə dikdaban ayaqqabının geymə yerini belə bilməkdir…
Qadın olmaq; of yoruldum, məni axtar,  məni tap, bunu istəyirəm demək deyil, mən gələrəm, yanındayam,mən səninlə maraqlanaram deyə bilməkdir…
Qadın olmaq; qorxaq və utancaq olmaq demək deyil, səni sevirəm deyərkən qorxmamaq, başqa şeylərin arxasına gizlənməmək və arxandan söz dedirtməməkdir…
Qadın olmaq; ağılını yalnız intimlə pozmuş olmaq deyil, yanına uzandığında sinəsində atan ürəyinin yerinə özünü, ruhunu, hər şeyini qoya bilməkdir…
Qadın olmaq; yatağa  uzanmaq deyil, sənə yatağda eşqsiz yatmadığını hiss etdirməkdir…
Qadın olmaq; qadın kimi yaşamaq deyil gerçək bir qadın ola bilməkdir.
Tərcümə Etdi:
NİGAR_CAVAD


Şərhlər:
Baxılıb: 1340
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz