Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mükəmməl Ailə…
Mükəmməl Ailə…
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1537
Səs ver:
Varmı belə şey?
Əslində əvvəl mükəmməl əri axtararıq. sonra mükəmməl bir evlilik, mükəmməl bir hamiləlik, mükəmməl bir ata hətta mükəmməl ana… eh uşaq da mükəmməl olar qətiliklə.Yaxşı tutalım bütün gözləntilərimiz mükəmməl oldu, yaxşı ya ailə?
Həm mükəmməllik nədir ki?
Edilən araşdırmalara görə işləyən bir ata, evdə oturan saçını süpürgə edən bir ana və  bir kişi iki uşaqdan ibarət olan ailə ən mükəmməliymiş. necə bir araşdırmadırsa daha sözüm yox bu araşdırmaya… xoşbəxtdirlərmi, maddi vəziyyətləri nədir, ana əsəb xəstəsidirmi, uşaqlar it-pişik kimi bir-birlərinə dəyirlərmi? Bu sualların əhəmiyyəti yoxdur. . Çünki çoxlarının ailə idealı budur.
Düşünün indi. Yaraşıqlı bir adam, gözəl arvadı, daha da gözəl uşaqları olan bir ailə. Böyük bir evdə rahat həyatları var. Mükəmməldilər? İlk baxışda problemsiz görünür hər şey. Halbuki öyrənirsiniz ki maraqsız bir ata, ərinin maddi varlığından gözləri korlaşmış bir ana, bu maraqsızlıq və zənginlik içində böyüyən son dərəcə ərköyün və əslinə baxsanız təhsilsiz(!) uşaqlar. Budurmu ideal ailə? Fiziki xüsusiyyətlərə və kredit kartlarının limitinəmi bağlıdır ailənin həqiqəti?
Bu vaxt mükəmməlliyə gedən yolda ən əhəmiyyətli olan nöqtə isə iki uşağın fərqli cinsiyyətlərdə olmasıymış. Demək ki tək uşaqlıların heç şansı yoxdur, iki qızı və ya iki oğulu olanlar da kifayət qədər ‘‘ deyillər. Açıqcası mən də ikinci bir uşağım olsa sağlam bir qızım olmasını istəyərəm amma bunu özüm üçün istəyirəm.
Biz insanlar mükəmməl ailə olmaqdan getdikcə də uzaqlaşırıq. Bir yerdə hətta çox vaxt başqa şəhərdə işləyən bir ata ,qadın isə evdə öz özünə iş qurmaqla məşğul olan subay ana mövqeyində bir ideal ailə yaradır..bu nə dərəcədə ideal ailə sayılarsa artıq
Mükəmməllik, ailə fərdlərinin xoşbəxtliyinə bağlıdır. İş şərtlərinə, bankdakı hesab pulqabılarına və ya uşaqların cinsiyyətinə deyil …Bəs sizcə mükəmməl ailə necə olmalıdır?Nədir mükəmməl ailə?ümumiyyətlə indi mükəmməl ailə varmı??
Tərcümə Etdi: NİGAR_CAVAD




Şərhlər:
Baxılıb: 1537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz