Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızını qaçırıblar, indi də anasını...
Qızını qaçırıblar, indi də anasını...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6147
Səs ver:
İmişli rayonu, Muradxanlı kənd sakini, 21 yaşlı Samirəni (qızın adı şərti verilib) öz doğma bibisi oğlu Namiq Həsənov ötən il oktyabrın 19-da, axşam saatlarında zorla qaçırıb. Bu əməldə ona bacısı Afət və Xeyrulla adlı bir şəxs köməklik göstərib. 

Bu barədə redaksiyamıza müraciət edən şikayətçi, qızın anası Sevinc  Həsənova bildirib. Onun sözlərinə görə, qızı qaçırılan zaman evdə 12 yaşlı digər qızından başqa heç kim olmayıb. Qadın bildirib ki, Afət Həsənova əvvəlcə qızdan anasını soruşub: "Qızım evdə olmadığımı bildirəndən sonra Afət qızıma deyib ki, gəl, səninlə işim var. Qohum olduğumuz üçün qızım heç bir pis şey fikirləşməyərək onlara yaxınlaşıb, görüşüblər. Bu vaxt onlar zorla qızımı maşına basaraq qaçırıblar. Hadisə vaxtı evdə olan 12 yaşlı qızım baş verənləri söyləmək üçün xalasıgilə gedib. Mənə xəbər çatanda, elə həmin gün kəndə qayıtdım, polisə xəbər verdik. Bir gün sonra qızım zəng vurub ağlaya-ağlaya "məni bunların əlindən alın”, - deyə fəryad qopardı. 

Bundan sonra onlar telefonu qızdan aldılar. Sonra polisin əli ilə qızımı saxladıqları Beyləqan rayonunda tapdıq və geri aldıq”.

Şikayətçi  bildirib ki, həyat yoldaşı bir neçə il əvvəl 3 qız övladı və bir oğlu  ilə onu ataraq Rusiyaya gedib və geri qayıtmayıb: "Bundan sonra övladlarımı özüm böyütmüşəm. Həyat yoldaşımın qohumları ilə əlaqələrimiz soyuyub. Ərim Rusiyada başqa bir qadınla ailə qurub. Namiq baldızımın oğludur. O, iki dəfə oğurluq, bir dəfə isə qeyri-qanuni yaşadığı qadının 5 yaşlı övladını qətlə yetirdiyinə görə ümumilikdə 18 il həbsdə olub”.

Qadının sözlərinə görə, polisin axtarışından sonra məlum olub ki, qızı Ağcabədiyə aparıblar və burada müqavimət göstərdiyi üçün döyüb, hədə-qorxu gəliblər: "Oradan qızım Beyləqan rayonuna aparılıb. Qayıtmaq istədiyi üçün burada da ona işgəncə veriblər. Beyləqanda nəhayət, polis izə düşərək qızı onların əlindən alıb. Qızımın başına gətirilən min bir əzab-əziyyətdən sonra ciddi psixoloji sarsıntı keçirib. İndi ancaq onu bu vəziyyətə salanların cəzalandırılmasını istəyirik”.

S. Həsənova bildirib ki,  Namiq tutulub və barəsində cinayət işi başlayıb. Şikayətçinin dediyinə görə, onları narazı salan məqam cinayətkarların cəzalandırılması istiqamətində heç bir işin görülməməsidir: "Bu hadisəni Namiq Həsənov tək törətməyib. Qızımın qaçırılmasında onun bacısı Afət və Xeyrulla adlı sürücü də iştirak edib. Bu insan oğurluğu hadisəsidir. Hələ bu azmış kimi, baldızımın əri, uzun müddət həbsdə yatan Arzuman Həsənov evimə gələrək məni hədələyir və bildirir ki, övladları haqda şikayət etsəm 12 yaşlı qızımı da qaçıracaq. Mən də, övladlarım da qorxu içərisində yaşayırıq və məcburiyyət qarşısında evimizdən çıxaraq kəndimizi, rayonumuzu tərk etmişik. Ailəliklə Bakı şəhərində qohumlarımızın evinə sığınmışıq. Ancaq hələ ki bu işə baxan rayon prokurorluğu cinayətin iştirakçısı olan Afət Həsənovanı və sürücünü məsuliyyətə cəlb etməyib. Namiq Həsənova da iş kəsilməyib. Halbuki  bu əməl cinayətkar qrup şəklində həyata keçirilib”.

S. Həsənova deyib ki, cinayəti törədənlərin cəzalandırılması üçün müvafiq qurumlara etdiyi şikayətlərinə hələ ki cavab verilməyib. 

Cinayət işi əvvəlcə İmişli rayon Prokurorluğunda araşdırılıb. İbtidai istintaqı rayon prokurorluğunun müstəntiqi İlqar Əhədov aparıb. Sonra cinayət işi İmişli rayon Prokurorluğundan alınaraq Beyləqan rayon Prokurorluğuna 
verilib. 

Qeyd edək ki, barəsində həbs-qətimkan tədbiri seçilən Namiq Həsənovla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə istintaq tədbirləri həyata keçirilir. 
Yazıda adları çəkilən tərəflərin fikirlərini çap etməyə hazırıq.


Şərhlər:
Baxılıb: 6147
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz