Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aradan çıxmağın 5 sürprizi…
Aradan çıxmağın 5 sürprizi…
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2482
Səs ver:

alt

 

Aradan çıxmağın 5 sürprizi…

Her kişi ayrı bir alemdir.

 Kişilerin hamısı birdir deyenlerle heç vaxt razı olmamışam. Herenin beyninde öz cini, herenin öz mentiqi, öz doğruları. Qadınlarla eslinde böyük bir beyin savaşındadırlar, boz mayelerini qadınlara serf etdikleri qeder heç neye serf etmirler. Amma tesevvür edin heyatlarında qadın olmasaydı neler ederdiler. Evlenmeyen ve oğul-uşaq sahibi olmayan böyük alimleri, çox zengin fikir sahiblerini anlayıram. Qadınla meşğul olmaq üçün kişilere ikinci baş lazımdır, içinde ayrıca qeşeng boz madde ile…

 Seherleri yataqlarında tenbel-tenbel yerdemi alan, "men niye evlendim e…?” - deye üreyinde özünü qınayan, turşumuş sifetle işe geden ve heyatdan küskün şekilde eve qayıdan kişilerden danışmaq isteyirem. Axşamları evde özü söz-söhbet salıb (bizde bu növ mübahiselere tatar cenceli deyirler), guya ki, esebinden küçeye çıxan, qayıdanda ise "hardan gelirsen?” sualını eşitmemek üçün yeniden üzünü turşudan kişilerden danışmaq isteyirem.

 Adama deyerler gedirsen get, mübahise salıb niye aradan çıxırsan? Qorxudandır, ya qorxutmaq isteyinden. Yadıma bir atalar sözü düşdü, amma yazmayacağam, arifler başa düşdü. Mence qorxutmaq isteyindendir. Bildirmek isteyirler ki, bir defe de bele gedib bir de qayıtmaram. Ya da bir başqa sebeb de ola biler. Meselen, bele sifetimle gününü qara eleye bilerem. Qadınlar bele halda ne etmelidirler.

 Variant 1 – Heç ne demeden, bu hadisenin üstünü vurmadan yatmaq. Gecenin bir aleminde qapı döyülende açıb heç ne olmayıbmış kimi yeniden yuxuya davam etmek. Bu esebleri daşdan olan xanımlar üçün keçerlidir.

 Variant 2 – Lazım gelerse, sehere qeder onu gözlemek. Eve gelen kimi temteraqlı bir dava salıb bunun bir de tekrarlanmayacağını teleb etmek. Tekrarlanarsa atacağınız addımlardan xeberdar etmek.

 Variant 3 – Sabahısı evden çıxıb telefonu söndürmek ve harada olduğun barede axşama qeder melumat vermemek. (Bu zaman refiqenle ve ya yaxud yaxın qohumlarıngilde vaxt keçirmek)

 Variant 4 – Uzun zaman küsülü qalmaq. O vaxta qeder ki, özü gelib üzr istesin ve sehvini boynuna alsın.

 Variant 5 – İçeri giren kimi mehribancasına hal-ehvalını soruşmaq, "acsan, susuzsan?” - deye xeber almaq. Nazı ile oynamaq.

 Birinci varianta el atan qadınlar klassik azerbaycan mentalitetinde terbiye alan xanımlardır. Evde anaları onlara kişinin mütleq hökmranlığını qundaqdan terbiye edib anladıblar. Onlar üçün kişinin evdeki hakimiyyeti heç bir vechle şübhe altına alına bilmez. Kişi şahdır, ikinci söhbet ola bilmez. Maddi cehetden kişiden asılı olurlar. İndi bele qadınlar çox azdır, şexsen men tanımıram.

 İkinci varianta el atan qadınlar daha çox maddi cehetden kişiden asılı olmayan xanımlardırlar. Öz işleri, normal maaşları ve cemiyyetde yerleri var. Bilirler ki, boşansalar bele ac qalmayacaqlar. Aile büdcesine kömekleri deyir. Buna göre de evde söz sahibidirler. Özlerine hörmet teleb edirler ve bunda haqlıdırlar.

 Üçüncü varianta el atan xanımlar artıq bir neçe defe erlerini dişlerine vurublar. Bilirler ki, bu varianta el atsalar, kişi onları esl azerbaycanlı kişisi olaraq cezalandırmayacaq, eksine deli kimi bütün ölüxanalara ve xestexanalara zeng vuraraq arvadlarını axtaracaqlar. Tapdıqlarında ise "bağışla, bir de bele bir şey tekrarlanmayacaq” deyerek ağlayacaqlar. Ağlamasalar bele meyus olacaqlar. (Çox vaxt bu kimi üzr dilemeler rus dilinde olur)

 Dördüncü varianta el atan qadınlar özlerine inamlıdırlar, sebirlidirler ve kinlidirler. Erlerinin evdeki mütleq hakimiyyetini qebul edirler, lakin özlerine qarşı hörmetsizliye dözmek fikirleri yoxdur. Bele hallar çox tekrarlanarsa, heç bir söz-söhbet salmadan evden çıxıb gede ve boşana bilerler.

 Beşinci varianta el atan xanımlar çoxbilmişdirler. Erlerinin kenarda olan sevgililerinden xeber tutsalar bele "teki menim xoruzum başqa hasarlarda banlasın” fikri ile tam razıdırlar. Erin bir sözünü iki etmemek ise setiraltı "men eslinde çox şeyi bilirem, amma susuram ve sene hörmet edirem. Sen de mene hörmet et ve heç olmasa axşamlar evine gel” demekdir. Kişi de bunu anlayır ve eslinde bu cür münasibet ona serf edir, deye evde çox söz-söhbet salmır. Axı kişiler mübahiseden qaçırlar.

 Bütün hallarda kişiler axşam eve qayıdanda onları hansısa sürprizin gözlediyini bilirler. Buna baxmayaraq evden mehz bu yolla çıxmaqdan da imtina ede bilmirler. Tebii ki, bu menim beş variantım idi. Her qadının kişinin "aradan çıxma” ritualına ayrı beş ve yaxud on cavab variantı ola biler. İndi tesevvür edin bu hereketi edenden sonra her kişiden ne qeder enerji teleb olunur – qadınların başlarına açacaqları oyuna qarşı qalxanlarını hazırlamaq ve işe salmaq üçün… Heyat onlar üçün çetindir. Eslinde bunları yazarken gülümseyirem. Heyatın çetin olmasına baxmayaraq kişiler ömürlerinin axırına qeder sadomazoxist olmağa davam edirler.


Şərhlər:
Baxılıb: 2482
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz