Bakıda hava
USD 0.7843 AZN
EUR 1.0609 AZN
RUB 0.0223 AZN
TRY 0.3665 AZN
Söhbət otağı
Bakı Barları – Əyləncə, Yoxsa Əxlaqsızlıq Məkanı?
Bakı Barları – Əyləncə, Yoxsa Əxlaqsızlıq Məkanı?
Müəllif: Balacam_Esmer
Şərhlər: 23
Baxılıb: 4777
Səs ver:
(səs: 3)
Bakı Barları – Əyləncə, Yoxsa Əxlaqsızlıq Məkanı?
Saunaları, taksiləri, qızları və barları birləşdirən «dəyərlər»
Bakıda çoxlu sayda bar fəaliyyət göstərir. Şəhərin mərkəzi hissəsində daha çoxdur, hər addımda müxtəlif əcaib adlarla reklam olunan bu «istirahət məkanlarına» rast gəlmək olur. («Maksimum», «Eniqma», «Coral» və s.) Bu ifadəni dırnaqda yazmağımızın səbəbi isə barların Azərbaycanda istirahət məkanı kimi yox, başqa xidmətlər təklif edən mərkəzlər kimi tanınması ilə bağlıdır.
İndiyəcən Hollivud və Avropa filmlərində gördüyümüz bar mühiti Bakı barlarına yaddır. Sadəcə, bu obyektlər «bar» adı altında fəaliyyət göstərir. Profilləri isə tamamilə başqadır. Onları bir-bir gəzib mühiti, xidmətləri, müştəriləri, işçiləri ilə tanış olduqdan sonra dəqiq qiymət vermək olur – Bakı barları əsl fahişəxanadır.
Tiflisdə insanlar barda çox rahat şəkildə istirahət edirlər.
Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində, Amerikada barlar insanların istirahət etdiyi məkandır. Bar restoranın və kafenin daha əyləncəli variantıdır. Daha dəqiq, bar rəsmi, işgüzar olmayan görüşlərin gerçəkləşdiyi məkandır. Burada insanlar rəqs edir, içki içir, əylənir və tanış olur. Bu tanışlıqlar heç də pis məqsəd üçün həyata keçirilmir. Barların Avropa və Amerika cəmiyyətində insanların həyatında mühüm rolu var. Xarici barlarda bunları görənlər də az deyil. Misalçün, «həftə səkkiz, mən doqquz» Gürcüstana səyahət edən yazar-jurnalist Seymur Baycan Tiflis barlarının tez-tez qonağı olur. Seymur Baycanın dediyinə görə, Gürcüstanda bar insanların istirahət etdiyi əyləncəli məkanlardan biridir: «İnsanlar bura gəlib çox rahat şəkildə istirahət edirlər. Tiflisdə barlara tək və partnyorları ilə gələnlər də var. Onlar barda pivə, çaxır içir, söhbət edir, tanış olur və rəqs edirlər. Hətta çox intellektual söhbətlərin getdiyini də eşitmək olar. Bu, sakit tərzədə baş verir. Yoxsa bizdəki kimi, onların barları fahişəxana deyil. Bakıda barların funksiyası tamamilə bar anlayışından uzaqdır. «Bar» adı altında sığortalanaraq pritonluqla məşğul olurlar».
«Maksimum»da minimum qiymət 70 manatdır
Reportaj zamanı Seymur Baycanın Bakı barları barəsində söylədiklərinin şahidi olduq. «Azadlıq» prospektində yerləşən «Maksimum» barından «qız çıxarmaq istəyən» müştərinin cibində ən azı 70 manat pul olmalıdır. Çünki burada fahişəliklə məşğul olan qızların ən ucuzunun qiyməti 30 manatdır. Bir maraqlı cəhət də var. Əgər oğlan yanına qız dəvət edirsə, mütləq həmin qızın sifariş etdiyi viskini və siqareti almalıdır. Bu zaman isə minimum 16 manatından keçəcək. İş bununla bitmir. Əylənmək üçün yalnız qızın təklif etdiyi saunaya, özü də onun çağırdığı taksiylə gedə bilərsən. Saunanın qiyməti bir nəfər üçün minimum 10 manatdır. Taksi müvəqqəti cütlükləri saunaya aparır, gözləyir və geri qaytarır. Bu xərc isə saunanın bardan hansı məsafədə yerləşməsindən asılıdır. Misalçün, «Maksimum» barından «Ş. İ. Xətai» metrostansiyasında yerləşən saunaya taksi xidmətinin 1,5 saatı 10 manatdır. Butün bu xərcləri üst-üstə toplayanda yuxarıda vurğuladığımız ümumi qiymət alınır. «Maksimum» barının bir özəlliyi də ondan ibarətdir ki, burada nəsə sifariş vermədən masada əyləşə bilməzsən. Belə halda dərhal el arasında «şkaf bədənli» adlanan «vışı-bala» başının üstünü kəsir və adam dilində müştəriyə bildirir: «Qaqaş, burada boş oturmaq olmaz, nəsə sifariş verməlisən». «Maksimum» və «Eniqma» barlarından fərqli olaraq «Coral» barına giriş pulludur.
Bar, sauna və taksilərin işbirliyinə səbəb nədir?
Bakının düz mərkəzindəki «Nizami» kinoteatrının yanında, zirzəmidə yerləşən «Coral» barının adı gecə həyatına aludə olanların əksəriyyətinə tanışdır. Başqa barlarda olduğu kimi, bura da yüngül həyat tərzi keçirən qızların xidmətlərindən istifadə üçün axışırlar. Zirzəmidə yerləşən bara düşən pilləkənin önündə polis keşik çəkir. O, barın qonaqlarına yol göstərir. Barın girişində oturan xanım girişhaqqı toplayır. Girişhaqqı adama 2 manatdır. Bu pulu ödəyib siqaret tüstüsü bürümüş salona daxil olursan. Musiqidən ağız deyəni qulaq eşitmir. Rəqs etmək üçün xüsusi meydanda qızlar və oğlanlar oynayırlar. "Coral”da qızlar özləri gəlib müştərilərlə tanış olurlar. Ardınca dərhal içki və siqaret sifariş verirlər. Bu, ən aşağısı 40 manata başa gəlir. Özü də bir nəfər üçün. Buradakı qızlardan birinin dediyinə görə, 80 manat olsa, bir saat ərzində müştəriyə xidmət edə bilər.  
"Maksimum”dakı kimi, "Coral”ın da qızlarının bir sıra şərtləri var. Bu qızlarla yalnız «Neftçilər» xəstəxanası ilə üzbəüz olan saunaya getməlisən. Taksini də özləri sifariş edir. Taksinin qiyməti 20, saunanın qiyməti isə iki nəfər üçün 30 manatdır. Göründüyü kimi, bu, qızların yox, «Coral»ın şərtləridir. Qeyd edək ki, «Coral»da olduğumuz müddətdə bura gələn müştərilərin arasında xarici vətəndaşlar da var idi.
"Coral” barının iş sistemi də bir daha onu göstərdi ki, barlar saunalar və taksilər birgə işləyir. Bu obyektlər bir mərkəzdən idarə olunur və şərtlər göstərir ki, sözügedən bazara bir çevrədə olan insanlar rəhbərlik edir.
Bakı barlarında təhlükəsizlik xidməti müxtəlifdir.
Barlarımızda təhlükəsizliyə nəzarət edən qruplar müxtəlifdir. Misalçün, «Maksimum»nda iu işə adi geyimdə olan idmançı oğlanlar, «Coral»da polis əməkdaşları, bəzilərində isə xüsusi təhlükəsizlik xidmətlərinin işçiləri nəzarət edir. Onlar müştərilərlə elə də sərt davranmır. Amma barlarda dava-dalaş salanlara qarşı qəddar olurlar. «Maksimum»da bir qrup rayondan gəlmiş uşaqlar «Yanıq Kərəm»ə çox oynadığına görə təhlükəsizliyi qoruyanlar işə qarışmalı oldular. Biz rast gəlməsək də, qızlardan öyrəndik ki, barlarda tez-tez dava düşür.
Bar qızlarının qucağında böyüyən nəsil…
«Eniqma»da tanıdığım məktəbli uşaqlara rast gəldim. Onlarla söhbətimdə məlum oldu ki, barda məhəllə dostları işləyir və buradakı qızların əksəriyyətini tanıyırlar. Siqaret çəkib qızlarla rəqs edirlər. Bu yeniyetmələr «Eniqma»da tanıdığı qızların telefon nömrəsini və saunaya getmə qiymətini də bilirlər. Yeniyetmələr ayda ən azı bir dəfə buna pul xərcləyirlər.
Beləcə, yeniyetmədən tutmuş, orta yaşlılara qədər Bakıya gələn qonaqlar da buranın barlarının «dadına» baxmamış getmirlər. Bakı barlarının pritonlara çevrilməsi səbəbsiz deyil. Paytaxtın düz mərkəzi küçələrində yerləşən barlar yuxarılardan himayə edilməsə, açıq fəaliyyət göstərə bilməzlər. Azərbaycanda həm fahişəliyi, həm də insan alverini stimullaşdıran bir sıra səbəblər var. Bu səbəblərdən biri ona himayədarlıqdırsa, başqa bir səbəb isə işsizlikdir. Cəmiyyətimizdə digər sahələrdə olduğu kimi, insanların intim həyatında azadlığının olmaması da səbəb kimi göstərilə bilər. O da məlumdur ki, bütün bu qanunsuzluqlar aidiyyatı olan təşkilatların gözü qarşısında baş verir.Bəs niyə bütün bunlara göz yumulur? Bu sualın cavabı aydın olsa da, mübhəmlər də yox deyil.
(səs: 3)
Şərhlər: 23
Baxılıb: 4777
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
NERGIZ LOVE
oxumadim sonacan
28 fevral 2014 14:13
# 23
SENI EBEDI QELBIME YAZDIM///
Offline
gulka azeri
dehset!!!kas muselman olkeyik qadaga qoyalar....nifret edirem belellerine....
8 mart 2013 01:46
# 22
Offline
PRETTY_GIRL
ALLAH ELE INSANLARI LENETLEYIBE UJE. NAMUSUNDAN, KECEN BEDENINI SATAN INSAN EXLAQSIZLIQ EDEN INSAN, ZINA EDEN INSAN ARTIQ SEYTANLA DOSTDUR. LENET OLSUN! ALLAH ADAMIN AGLINI ALMAQDANSA CANININ ALSIN. QAYIDIB TOVBE ETSINLE AGILSIZLAR.5 GUNLUK DUNYAYA UYURLAR ELE BILIRLERKI OMRU BOYU ELE BELE DAVAM EDECEK. HEC O DUNYANI DUSUNURLER AGILSIZLAR. NFRET EDIREM BELE SEYLERE. ORANI ACANLARDA ORA GEDENLERDE HAMSI CEHENNEMLIKDILER.
8 mart 2013 00:37
# 21
DUYMAQ ISTEMEYEN QEDER PIS KAR YOXDUR!...




F. E. 45
________________________________________

S. A. S 446
Offline
amazing
Allah ora gedenlere aqil,abir-heya versin.iyrenclikdir.
7 mart 2013 23:34
# 20
Offline
MISS_ADMIN
ALLAH OZU HEC KIMIN AQLINI ALMASIN..
7 mart 2013 22:47
# 19
Unutma yawadiqin bu gunun tekrari olmayacaq.
Offline
vusales
ora geden her bir insana ister qiz ister oglan sadece nifrettttttttttttttt
7 mart 2013 22:12
# 18
Offline
tapdiqova
ALLAH HIDAYET ELESIN.TEMIZ INSAN ELE YERLERE GETMEZ,ISTER OGLAN ISTER QIZ.
7 mart 2013 21:59
# 17
Offline
GULUM_2829
AXIRA KIMI OXUMADIM HEC BIR FIKRIM YOXDUR
7 mart 2013 21:04
# 16
Offline
No Name
ehh neler var indi gunde bir sey esidirik
7 mart 2013 19:27
# 15
Offline
Seven_Gozler_Aglar
Iyrenccccccccc
7 mart 2013 19:23
# 14
Offline
HAYAT
iyranc allah o dunyalarini versin
7 mart 2013 19:16
# 13
Nə başıma tac edərəm.
Nə gözümə yaş edərəm.
Sevgimin dəyərini bilməyənisevgimə möhtac edərəm.
Offline
feride 23
bar nedi hmm 125
7 mart 2013 18:44
# 12
QUBALI QIZ.....seni hec vaxt bagiwlamayacam meni bawqasi ile xowbext olmaq mecburiyyetinde qoydugun ucun....
Offline
s-mira
yaxsi demisler ickiden,qumardan uzaq durun,zinadan ise qacin....
7 mart 2013 18:37
# 11
Offline
avia.dispetcher
AY ALLAH DEHWET VE IYRENCLER!!
7 mart 2013 18:29
# 10
Ugurlarimi deyerlendirirem, bu ugurlari qazanmaq uchun, heyatimin bu pillesine chatmaq uchun chekdiyim eziyyetlere,qurban verdiklerime gore peshman deyilem..chunki deyer, chunki choxlarinin sadece xeyal etdikleri menim ugurlarimdir...
Offline
MEHEBBET ADASI
SHUUR KI SEVGILIM BELE GECE HEYATINA DAXIL OLAN OGLANLARDAN DEYIL,ONU ELE TEMIZ OLDUGUNA GORE HEMISHE QIYMETLENDIRIREM 128
7 mart 2013 18:26
# 9
UZAQLIQ DEYIB DERD ETDIYIN NEDIR KI CANIM????BIZ YARADANI GORMEDEN SEVMEDIKMI????????
Offline
Jeyla Aliyeva
bar deyilen yer hec zaman eylence ola bilmez,iyrenclikkkkk!!!!!!!
7 mart 2013 17:41
# 8
Offline
Shahzada
Oxudum... Tekce onu deye bilerem ki ora geden insanlarin orda isleyenlerden hec bir ferqi yoxdur Exlaqli insanin bu tip yerlerle isi olmaz
7 mart 2013 17:32
# 7
AYNA MƏNİM ƏN YAXŞI DOSTUMDUR ÇÜNKİ MƏN AĞLAYANDA O ƏSLA GÜLMƏZ
Offline
gunes s
tedyy bear demisken agilli insanin orda ne isi var
7 mart 2013 17:29
# 6
meni tek basima qoydun getdin buralarda.bilirsenmi ureyim yandi o gozlerinin ugruna.

her yerde senden bir iz var, bir elamet var unutmaki burda seni seven biri var............. canim nisanlim seni canimdan cox sevirem bizi allahdan basqa hec kim ayira bilmez
Offline
VALIYEVA_LENA
oxudum sona kimi.orda olan qizlara tekce qargiw edirem cunki o qizlar olmasa ailelerde soz sohbet olmaz.kiwinin ne vecine o kiwisie.esas qizlar utansinlare.onlara qiz demeye dilimde gelmir.adam qalir belelerine ne sozler desin.adam qalir belelerini ne etsin.men wexsen isteyerme bogum oldurum onlarin bawlarini kesim.niye ailde dagidirsiniz siz.ele sonda bu sualda adama maraqli qalir bunlari bile bile goz yumuruq elbbteki cunki onlarda barlardan dovlet,abyektin yiyesi,orda olan avara qizlar,taksiler pul qazanirlar.xeyir gelmese orani saxliyar?elbeeteki yox.men wexsen buna yol vermezdim.eseb kecirdim bunu oxuyana kimi.nervinni oldum.bunlarin nesili kesilsin ele Amin!

azerbaycandire bura duzelen deyil!her weyi pis bir weye cevirmeseler yawiya bilmezler ki.adam utanirki desein azerbaycan ilsam olkesinde qaliram.tupurum size nifret edirem ay avara qizlar size.Bawqa yolla pulunzu qazaninee.yaxwi wey olsa kiwiler pul xerclemezler ele siz ozunuz duwunun
7 mart 2013 17:02
# 5
Offline
Teddy Bear
Allah qorusun. normal insanin orda ne isi var?
7 mart 2013 16:32
# 4
Offline
Luna
Cox pis baxiraam. Coooox pis
7 mart 2013 16:14
# 3
Offline
vipbetul
elhemdurillah ele yerlerle isim olmaz,Bakida ele yerler exlaqsizliq elemekcun olduqu halda xarigde ele demezdim,bu barede cox danismaq olar kistatik ne ise
7 mart 2013 16:13
# 2
dost ishiqda kolgesi dushen deyil.qaranliqda ishiq salandir
Offline
Miss_Oxatan
terbiyeli qizin barda iwi yoxdu.elece de qeyretli atanin ve qardawin qizinin bacisinin barda iwi olmaz.men bele duwunurem.bar menim alemimde haram mekanlardan biridir hetta en birincisi.Umumiyyetle Islam olkelerinde barlar blomlanmalidir.Bawqa yolu yoxdur.Ancaq medeni barlarda var deyilene gore guya,ora ailelerile niwanlilariyla ve s gedib medeni wekilde istirahet edirlermiw.eger bu heqiqete soykenirse bax buna bir soz demerem eks halda bar anlayiwina dirnaq arasi baxiram.
7 mart 2013 16:06
# 1
Yanlış tərəfə getdiyini, çatdığın zaman, anlayacaqsaN... bilge
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz