Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyunun Qızlar Soyunun.
Soyunun Qızlar Soyunun.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2582
Səs ver:
Sofiya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!"Baxın a, yana –yana qalın a, bu mənim arvadımdır”
Yadınıza düşdü yəqin. Xumar oxuyurdu: "bəzənin qızlar bəzənin!”. İndi söz yox, oğlanlarımız qızlarımızdan çox bəzənirlər. Şəhərdə yeniyetmə oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür.
Deyirəm, çox pis gündəyik e. Yaşadığımız halımıza baxanda yadıma "Dədə Qorqud” dastanındakı Qazan xanın oğluna dedikləri düşür: "Baxdım sağıma, baxdım soluma...”. Gəlin baxaq sağımıza, baxaq solumuza! Nə görəcəyik bu zaman? Rüsvayçı durumumuzu görüb sarsılacağıq. Baxırsan adamlara bilmirsən nə hay gəlib bunlara ki hamısı soyunmağa, qadınlı-kişili əzələ nümayiş etdirməyə girişib. Qışın günündə yarıçılpaq, bədəninə yapışan paltar geyinən orta yaşını da keçən qadınlara baxanda mat qalırsan. Dəfələrlə demişəm, yenə təkrar edirəm, toylarda yekəqarın kişilərin yanında yarıçılpaq qadınlarını görəndə bu "kişilərin” yekə qarınlarını sığallayıb kişlənmələrini başa düşə bilmirəm. Sanki bu "kişilər” bu tövrləri ilə deyirlər "baxın a, yana –yana qalın a, bu mənim arvadımdır”Oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür.Qarşıdan yay gəlir. Bu yay bir başqa yaydır. Çünki evrovisionlu yaydır. Mən isə hələ də bayaqkı halımdayam. Dedim axı, oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür.Fikirləşirəm ki, bütün bunlara səbəb adamların televziyaya çox bağlanamasıdır. İşdən yorğun gələn adam evə girən kimi probelmlərdən, işdəki və evdəki, üstəlik ictimai nəqliyyatdakı yorğunluğunu, stresini atmaq üçün televizoru taxır. Axşam mən də taxmışdım televizoru. İTV dövlət büdcəsindən maliyyələşsə də xalqın problemi ilə məşğul deyil. İTV xalqı şouya qurban verməklə, xalqı şouxanaya soxub məhv eləməklə məşğuldur. Axşam İTV-də Evrovision-2012-hazırlıq gedirdi. Nigar camalın, Səfurə Əlizadənin, Aysel Teymurzadənin qısa tumanından ilhamlanan qızlarımız az qala lüt-üryan çıxırlar yarışmaya. Sanki bu soyunma yarışıdır, mahnı yarışı deyil. Əslində də belədir, bütün dünyada Evrovision mahnı yarışması mavilərin hit-paradı kimi dəyərləndirlir. İndi gözünüz aydın deyək də. Axı yayda Bakımız da mavilərin hit-paradında boğulacaq. Qışda çirkli sulardan, zir-zibildən boğulan bakımız, yayda da toz-torpaqdan zibillərin qoxusundan boğulur adətən. Amma bu dəfə bu zir-zibillərə daha dəhşətlisi əlavə olunacaq; mavilərin basqısı. Bu mənəvi boğulmadan sağ çıxmağı arzulayıram paytaxtmıza və insanlarımıza.
Axşam mən də televizoru taxmışdım. Kanallardan birində tələbələr və tələbə olmaq istəyənlər də yarışırdı. Mavi cins geyən oğlanlarımız bu dar şalvarda bellərini, dallarını elə oynadırdılar ki. Yazıqlar neyləsin Tarkana oxşamağa çalışırlar. Deyirlər bəlkə Tarkana oxşasalar bir az pul qazanıb adam olarlar. Bu ölkədə pulsuz adam olmaq olmur mənim balam.
Bir gecədə iki kişi... onu da mən eyləmişəm
Adətən tənbəl qadınlar haqqında deyirlər: "Altı aya bir kəndirbağı onu da mən eyləmişəm”. İndi bunu şouxanımlar üçün oxuyurlar, özü də başqa cür. Məsələn bu günlərdə adını ciddi sayt qoyan bir xəbər saytı yazır ki, azərbaycanlı model bir gecədə iki kişi ilə zad edib. Deyirəm, üz ətdəndir e, ha çevirirəm, bu fikir necə ifadə edəcəyimi bilmirəm. Amma sayt elə belə də yazıb: "Gənc model və müğənni Sevinc Məmmədova iş fəaliyyətinin ilk addımlarında hər jesti ilə diqqət çəkib. Sevinc gecə klublarının birində maraqlı və təəccüblü görüntüləri ilə diqqət çəkib. Belə ki, gecə saatlarında kluba gələn gənc model və müğənni əvvəl sakit görünsə də, daha sonra sükutu pozub. S.Məmmədova salonda olarkən klipmeyker Zöhrab Ağayevin masasında əyləşir. Sevinc və Zöhrab cütlüyü birgə sulu qəlyan çəkir, rəqs edir və ən təəccüblüsü isə Zöhrabın ayaqları üstə oturaraq, sulu qəlyanını çəkməyə davam edir. Sevincin bu hərəkətinə biganə qalmayan Zöhrab da onu qucaqlayır, onlar şəkil çəkdirməkdən çəkinmirlər. Özlərini tam azad hiss edən cütlük, onlara baxan insanlara laqeyd qalaraq, sərbəst hərəkətlərindən geri qalmırdılar.
Klubda olan tanınmış teleaparıcı Samir Bayramovun model-müğənni S.Məmmədova ilə səmimi görüntüləri də nəzərdən yayınmayıb. Həmçinin, Samir ilə Sevinc başlarını bir-birinə yaxınlaşdıraraq, söhbət edir, şənlənirdilər. Münasibətlərindən hiss olunurdu ki, cütlük səmimi, azad və kompleksiz tanışdırlar.Onu da qeyd edək ki, S.Məmmədova qeyri-adi hərəkətləri ilə şəkil çəkdirməkdə maraqlı idi. O, müxtəlif rakurslarda şəkil çəkdirirdi”.Baxın ha, hələ bu yazıya, yazının quruluşuna diqqət edin. Əslində bu yazı yazmaq deyil, ana dilimizin anasını ağlatmaqdır. İkincisi isə belələrinə demək laızmdır ki, Sevinc niyə görə kameralardan qaçıb gizlənməli idi? Sevinc kimi arı yeyib namusu da dalına atıb satışa çıxaranlara abır həya gərək deyil və bu ümumiyyətlə yoxdur. Sevinc kimilərə pul gərəkdir. Pulu bu gün Zorikin qucağından çıxarır sabah üçün yeni klyent lazımdır. Ona görə də onun kimilərə belə şəkillər və belə vecsiz saytlardakı reklamlar gərəkdir. Bax belə- belə Seva yaxşıca pul qazanacaq sonra özünü reklamı bir az da artıracaq. Sonra yenə pullar töküləcək başından ayağına. Millətin ali məktəbə hazırlaşan balaları doyunca yavan çörək də tapıb yeyə bilmir. Sevinc kimilər isə restoranlarda min cür təamla bəslənirlər. Kimin üçün? Maraqlı sualdır. Sabah Sevinc də Röya kimi ailə quracaq, həılə bir oğul da doğacaq və telekanallara çıxıb əlini dombalmış qarnına qoyub qarnındakının babasının ölkədə "beş-üç kişidən biri” olduğunu deyəcək. Budur bizi gələcəyə aparan yollar. Türklər demiş lanat olsun bu gələcəyə və bu rəzalətə!
Soyunub ayda min manat qazanıb urrrraaa!
Dedim axı camaata telekanallar nə gün ağlayıbsa, bu qazsız, işıqsız, soyuq otaqlarda qızışıb soyunanların sayı günbəgün artır. O günlərdə daha bir modelcik and içib-aman edib ki, soyunmaqla geyinməyin heç bir fərqi yoxdur. Doğrusu, bu fikir ağlıma batdı və düşündüm ki, bu əslində çpox böyük fəlsəfədir. Hazırda bu fəlsəfə üzərində araşdırma apardığımdan başım çox qarışıqdır. Ayda min manat qazandığını deyən azərbaycanlı model, yəni azəri balası Diana Eyyubova elə bu şəkildə də etiraf edib: "Bu, konkret məbləğ deyil ki. Ay ərzində aldığım sifarişlərdən asılıdır. Elə olur ki, bir gün hansısa nümayişə qatılmaqdan 200 manat qazanıram. Amma bu, nadir hallarda olur. Kliplərə çəkilmək üçün saysız-hesabsız təklif almışam. Amma hamısını rədd edirəm. Biabır olmaq istəmirəm. Azərbaycan şou-biznesini sevmirəm. Sadəcə, burada yaşadığım üçün burada işləmək məcburiyyətindəyəm”. Bax belə. Adam şouxanadan pul qırır, sonra da deyir bəyənmirəm. Dəhşətə bax e.Diana çılpaq fotosessiyalara çəkilmək təkliflər aldığını da etiraf edib: "Azərbaycanın ən məşhur fotoqraflarından biri mənə çılpaq fotosessiyaya çəkilməyi təklif etmişdi. O, əvvəllər də çılpaq və alt paltarında qızların şəkillərini çəkib. Amma bu, Ukraynada baş verib. Mən əlbəttə ki, təklifi rədd etdim. Nə fərqi var, alt paltarında çəkildin, yoxsa çılpaq? Bu, eyni şeydir. Müxtəlif ölkələrdə müsabiqələrə qatılmışam və orada səhnəyə çimərlik paltarında çıxmaq normal haldır. Azərbaycanda isə bu, yolverilməzdir”. Amma öz aramızdır Diana zaman-məkan fərqini əla anlayıb ha. Elə buna görə də bu qız çörək tapacaq, arasında da halal kolbasa. O kolbasa ki onun hallaığına və gigenik sağlamlığına Hacı Tuqay şəxsən zəmanət verib.

Müəllif:Sofiya Sadıqlı.



Şərhlər:
Baxılıb: 2582
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz