Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ər Evində Gəlinə Hansı Halda Yaşayış Hüququ Tanınır?
Ər Evində Gəlinə Hansı Halda Yaşayış Hüququ Tanınır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2380
Səs ver:

Son vaxtlar ölkədə boşanma hallarının artması paralel olaraq mülki mübahisələrin çoxalması ilə nəticələnib. Belə mübahisələrdən biri də ərlə arvad arasında mənzilin bölüşdürülməsi, yaxud yaşayış hüququnun tanınması ilə bağlıdır ki, vətəndaşlar məhkəmələr tərəfindən bu barədə çıxarılan qərarlardan heç də birmənalı şəkildə razı qalmırlar. Xüsusən, yaşayış hüququnun tanınması barədə qərar bir çox halllarda tərəflərin mübahisə predmeti olaraq qalır. Bəzi hallarda isə yaşayış hüququnun tanınması ilə bağlı çıxarılan məhkəmə qərarlarının icrası əlavə problemlərin yaranması ilə müşahidə olunur. Oxucu redaksiyamıza müraciət edərək soruşur ki, "oğlum 2003-cü ildə ailə həyatı quraraq mənim mülkiyyətimdə olan evə gəlin gətirib. Sonradan oğlumla gəlinim arasında münasibətlər pisləşib və onların nikahı 2007-ci ildə məhkəmə qaydasında pozulub. Boşanmadan sonra gəlinim mənə məxsus evə yaşayış hüququ əldə etdiyini iddia edir və bu barədə iddia ilə məhkəməyə müraciət edəcəyini bildirir. Bilmək istərdim, onun belə bir hüququ varmı?”
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov  bildirib ki,  yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir: "Göründüyü kimi, gəlininizin yaşayış hüququ ilə bağlı münasibətlər 2003-cü il tarixdə, yəni 2001-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. Hüquqşünas əlavə edib ki,  "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında göstərilir: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması: "Göründüyü kimi, gəlininizin Sizin mülkiyyətinizdə olan evə dair istifadə hüququnun yaranması üçün yuxarıda göstərilən şərtlərin olması tələb edilir. Əgər həmin şərtlər və ya onlardan hər hansı biri mövcud deyilsə, onda belə bir hüququn yaranmasından danışmaq olmaz”.

 

 Müəllif: Alim

 




Şərhlər:
Baxılıb: 2380
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz