Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara Edilən Zorakılığa SON Deyirik!
Uşaqlara Edilən Zorakılığa SON Deyirik!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2567
Səs ver:

Nabil Seyidov: "Əgər  uşağa qarşı ailədə cinsi zorakılıq varsa, bu zaman uşaq birmənalı olaraq ailədən uzaqlaşdırılır
Gülşən Cumayeva: ". Son zamanlar müraciət edən uşaqlar arasında sui-qəsd şikayətləri ilə bağlı müraciətlər artıb”
Dünyada hər beş uşaqdan biri zorakılığa məruz qalır. Daxili İşlər Nazirliyinin məlumatına görə isə, ölkəmizdə  uşaqlara qarşı törədilən cinayətlərin 40%-ni məişət zorakılığı təşkil edir. Lakin MDB ölkələri ilə müqayisədə bizdə uşaqlara qarşı cinayətlər və onun cinsi istismar növləri 2-4 dəfə aşağıdır. Ümumilikdə isə, ölkəmizdə zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılığı, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq, internet vasitəsilə zorakılıq, KİV-də zorakılıq qurbanı olan uşaqların məxfiliyinin qorunmaması və s. aid etmək olar. Zorakılıq hallarının artması, ümumilikdə zorakılığa meylin səbəbləri nələrdir? Nə üçün valideynlər uaşqalara qarşı zor tətbir etməyə meyllidirlər?
Döymək tərbiyə üsuludurmu?
Açıqlamalara əsasən, ölkəmizdə məişət zorakılığı üstünlük təşkil edir. Bunun səbəbi isə, daha çox valideynləri övladlarını öz əmlakı hesab etməsi ilə əlaqələndirilir. "Ümidli Gələcək”  gənclər təşkilatının sədri Nabil Seyidov məişət zorakılığı anlayışını çox geniş olduğunu, bura cinsi, fiziki, həmçinin psixoloji zorakılığın da aid edilməli olduğunu deyir. Çünki bunların adı müxtəlif olsa da, məişət zəminində baş verir. "Uşaqların əksəriyyəti ailədə yaşayıb, gününün böyük bir hissəsini ailədə keçirdiyi üçün məişət zorakılığı çoxluq təşkil edir. Amma uşaqlar eyni zamanda küçədə, məktəbdə, qapalı müəssisələrdə zorakılığa məruz qalır.  Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə,  buna  ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılığın üstünlük təşkil etməsinin əsas səbəbi isə, ailədə uşaq döymək, danlamaq, üstünə qışqırmaq tərbiyə üsulu hesab edilir. "Uşaq hüquqları konvensiyası” na qoşulmağımıza, "Uşaq hüquqları haqqında” qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər”. N. Seyidov  valideynlərin hələ gənc yaşlarından bu işə hazırlanmalı olduğunu bildirdi. "Bu istiqamətdə geniş maaarifləndirmə tədbirləri görülməlidir. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar.  Bunun üçün isə valideynlər hələ gənc yaşlarından uşaq tərbiyə metodları ilə tanış olmalıdır. Amma təəssüf ki, bu olmadan valideynləri bir-bir cəzalandırmaq birtərəfli olar və mənfi nəticələr verər. Ona görə bu iş paralel aparılmalıdır”.
Cinayətkar qohumlar.
Qeyd edək ki, bu gün cəmiyyətdə sadəcə məişət, psixoloji zorakılı q yox, həm də cinsi zorakılıq halları da mövcuddur. Düzdür, bu hallarla bağlı dəqiq statistik məlumatlar olmasa da, ayrı-ayrılıqda belə xəbərlər tez-tez eşidirik. araşdırmalar göstərir ki, bu tip zorakılıqlar əsasən, uşaqların yaxınları tərəfindən törədilir və məhz buna görə də, çox zaman gizli saxlanılır. N.Seyidov da, uşaqlara qarşı cinsi zorakılıq faktlarının çox olduğunu, lakin gizli saxlanıldığını bildirdi. "Çünki bu hal daha qorxulu, təhlükəli olduğu üçün ailədən kənara çıxarmaq istəmirlər, uşaqlar da  bu haqda danışmağa qorxurlar. Bundan başqa bəzən uşaqlar dərin sarsıntı keçirdiklərindən, bir qisim isə bu zorakılığın mahiyyətini anlamadığı üçün gizli saxlanılır. Amma demək olmaz ki, bu halların sayı azdır. Araşdırmalar göstəri ki, uşaqlara qarşı bütün zorakılıqlar, o cümlədən cinsi zorakılıq  məhz onlara tanıdıqları insanlar tərəfindən edilir. Bura valideynlər, qohumlar, dayələr, həmin evə tez-tez gələn insanlar, həmyaşıdlar olur. Əlbəttə, kənar şəxslər də olur, amma onlar çoxluq təşkil etmir”.
Gizli saxlanılır.
Qeyd etdiyimiz kimi, növündən asılı olmayaraq adətən zorakılıq halları cəmiyyətdən gizlənilir. Bu da çox zaman daha faciəvi nəticələrə səbəb olur. N.Seyidov isə, qeyd etdi ki, əgər zorakılıq yaxın qohum tərəfindən törədilirsə bu gizli saxlanılır.  "Dünyanın bir çox ölkələrində, həmçinin bizdə də belə bir düşüncə formalaşıb ki, ailə məsələsini çölə çıxarmaq olmaz. Lakin valideynlər başa düşməlidirlər ki, uşağa qarşı hansısa zorakılıq baş veribsə, uşaq bunu daxilində saxlamaqla onun psixoloji durumu daha da dərinləşir. Zorakılığın qarşısı alınmazsa, bu hal təkrarlanır, zorakılıq törətmiş şəxs cəzalanmasa, o əməlinə bəraət qazandırır və eyni hal yenidən baş verir”.
Məsuliyyət bölünür.
Qeyd edək ki, uşaqlara qarşı zorakılığa qarşı cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşır. Məsələn, qonşuda bir ana və ya ata övladını döyürsə, heç kim ona müdaxilə etmir, bununla bağlı hər hansı quruma müraciət etmir. Müsahibim də, uşaqlara qarşı zorakılığın qarşısının alınmasında  valideynlər qədər bir çox dövlət qurumu, hətta müəllimlərin də məsuliyyət daşıdığını vurğuladı. "Bütün məsuliyyəti valideynlərin üzərinə atmaq olmaz. Çünki ölkəmizdə uşaqların hüquqlarını qorumaqla məşğul olan dövlət qurumları var. Hər bir İcra hakimiyyətində yetkinlik  yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiya var, qəyyumluq himayədarlıq orqanı, psixotibbi pedoqoji komissiya, bundan başqa polis uşaq inspektorları, sahə müvəkkilləri var. Bütün bu  insanlar problemləri vaxtında aşkarlamalı, uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olmalıdırlar. Bundan başqa zorakılıq şahidi olanlar da buna biganə qalmamalıdırlar.  Həmçinin uşaqlar da onlara qarşı baş vermiş hadisələrə qarşı polis orqanları, uşaq qaynar xəttinə məlumat verməlidir. Bunun üçün də ilk növbədə uşaqlar bu barədə məlumatlı olmalı, xəbər verməkdən çəkinməməlidirlər. Məktəbdəki müəllimələr bu məsələlərdə xüsusi həssaslıq göstərməlidirlər. Uşaq hər gün dərsdə yatırsa, üzündə hər hansı döyülmə, zorakılıq izləri varsa, buna etinasız yanaşmamalıdır. Mütləq polis uşaq inspektorlarına xəbər verməli, komissiyaya məlumat verməlidir. Proses belə olmalıdır, lakin təəssüf ki, çox vaxt müəllimlər də bu barədə məlumatsız olur, bəzən isə heç bu barədə iş görməkdə maraqsız olurlar. Bundan başqa bir çox  məktəb psixoloqları da uşaqlarla işləməkdə təcrübələri az olur. Buna görə də, polis uşaq inspektorları  ilə məktəblər arasında əlaqələr daha da inkişaf etməlidir. Digər tərəfdən uşaqların da vaxtında QHT-lərə, qaynar xəttə müraciət etmələri üçün məlumatlanmalıdırlar, sosial reklamlar olmalıdır”
Valideynlər cəzalandırılmı?
Əlbəttə,  sadəcə zorakılıq faktı aşkarlanmaqla işlər bitmir. Çünki önəmli olan həmin zorakılığı törədənlərin cəzalanmasıdır. Təəssüf ki, çox zaman bu məqamlar gizli saxlanılmaqla həmin şəxslər cəzadan yayınır. Bəs cinayət aşkarlandığı halda zorakılıq törədəni hansı cəza gözləyir. N. Seyidov  dünyanın bir çox ölkələrində valideynlərin cəzalandırılması ilə bağlı  mexanizmlər hazırlandığını bildirdi. "Təşkilatımız  da həmin mexanizmləri Azərbaycan reallığına və mövcud şəraitə uyğunlaşdıraraq Təhsil Nazirliyi, Nazirlər Kabineti, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və digər təşkilatlara məlumat verib. Belə ki, həmin mexanimlərə görə, uşağa qarşı hər hansı zorakılıq, kobud rəftar, onun döyülməsi, ac saxlanılması, tibbi xidmətlərdən istifadəsini məhdudlaşdırmaq, cinsi zorakılıq  və s. aşkarlanırsa, sosial orqanlar bu barədə araşdırma aparırlar. Əgər bu hallar valideynin bilməməzliyindən, maddi imkansızlıqdan , məşğulluğundan baş veribsə bu zaman uşağa və ailəyə yardım göstərilir o mümkün qədər ailəsindən uzaqlaşdırılmır. Əgər bu cür hallar tez-tez təkrar olunursa, valideyn övladlarına qarşı laqeyddirsə, mütləq şəkildə həmin orqanlar məhkəmə qarşısında,  uşağın ailədən kənarlaşdırılması və ya digər alternativ ailəyə yerləşdirilməsi, müvəqqəti olaraq internat müəssisəsində yerləşdirilməsi iddiasını qaldırmalıdır. Amma bu ən son addım olmalıdır. Əgər imkan varsa, uşağı müvəqqəti olaraq yaxın qohumlarının himayəsinə verilə bilər, bu da mümkün olmadıqda, poster ailələr tapılmalıdır. Həmin ailələr  müvafiq təlimlər keçir, onlar müvəqqəti və ya uzun müddət  uşaqlara baxa bilər. Bu da mümkün olmadıqda uşaq internat müəssisəsinə yerləşdirilir. Amma internatda olsa belə onun üçün mütləq ailə tapılmalıdır. Əgər  uşağa qarşı ailədə cinsi zorakılıq varsa, bu zaman uşaq birmənalı olaraq ailədən uzaqlaşdırılır. Həmin şəxslər valideynlik hüququndan  məhrum edilməlidir. Bundan başqa Daxili İşlər Nazirliyi, Sosial xidmətlər , Təhsil Nazirliyinin sosial bazası olmalıdır ki, orada uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məlumatları toplanmalıdır ki, həmin şəxslər sonradan uşaq baxçası, uşaqlarla bağlı hər hansı mərkəzdə işləyə bilməsinlər, müəllim işləməsinlər, uşaqlarla təmasda olacaq işlərdə çalışa bilməsinlər. Onlar həmçinin daimi polis nəzarətində olmalıdırlar”.  O həmçinin əlavə etdi ki, zorakılığa və cinayətə məruz qalmış uşaqlar üçün xüsusi bir mərkəz yaradılıb ki, bura 70 uşaq cəlb olunub. Son dörd ayda uşaqlara qarşı cinsi istismarla bağlı 3-4  fakt aşkarlanıb. Bu zaman isə, üç valideyn və qanuni nümayəndənin valideynlik hüququndan məhrum edilməsi, uşağın ailədən kənarlaşdırılması ilə bağlı məhkəmə qarar qəbul edib”.
Uşaq səsi eşidilir.
Qeyd edək ki, bu gün zorakılıq halları artsa da bunlarla mübarizə aparmaq üçün müxtəlif  təşkilatlar da fəaliyyətdədir. Artıq iki ildir "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətdədir. Mərkəzin direktoru Gülşən Cumayeva bildirdi ki, son zamanlar zorakılıq faktları ilə bağlı müraciətlərin sayı artıb. "Bunlar daha çox  məişət zorakılığı, həyat yoldaşı, ögey ana və ya valideynlər, həmçinin məktəb müəllimləri tərəfindən uşaqlara qarşı olan zorakılıqla bağlı müraciətlər edilib. Bizə daxil olan zənglərin araşdırılması üçün Təhsil Nazirliyinin Deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinə müraciət edirik. Qeyd edək ki, artıq bu müraciətlərlə bağlı bəzi müəllimlər cəzalandırılıb”. G.Cumayevanın sözlərinə görə, daha geniş hüquqi yardıma ehtiyac yarandıqda və ya uşaqla uzun müddətli intensiv psixoloji işin aparılması lazım olduqda, müraciətləri Uşaq Hüquqları Klinikasına, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə və yeni yaradılmış Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönəldir. Müraciət edən uşaqların əksəriyyəti 13-17 yaş qrupuna məxsus yeniyetmələrdir. Son zamanlar müraciət edən uşaqlar arasında sui-qəsd şikayətləri ilə bağlı müraciətlər artıb. Mərkəzin psixoloqları həmin uşaqlarla danışıb onları bu fikirlərindən yayındıra bilirik”.
Bölgələrdə yaşayan uşaqlar.
Qeyd edək ki, bu gün paytaxtda  yaşayan uşaqların hər hansı psixoloji probləri ilə balı müraciət edəcəkləri mərkəzlər çox olsa da, bölgələrdə bu ciddi problemdir. Buna görə də, bölgələrdə sui-qəsd halları, hüquqlarının pozulması halları artıb. G.Cumayeva bölgələrdəki uaşqlara kömək göstərmək məqsədilə işlər aparıldığını bildirdi. "Onlara kömək etmək məqsədilə, bölgələrdə yaşayan uşaqların da bizimlə rahat əlaqə yarada bilmələri üçün  ödənişsiz (088-480-22-80) nömrəsini istifadəyə vermişik. Bundan başqa qaynar xətt 3 stasionar telefon nömrəyə (012 480-22-80), (050-680-22-80 və 051-880-11-80) zəng edib, şikayətlərini bildirə bilərlər”.

 

 Müəllif:Gülxar Şərif





Şərhlər:
Baxılıb: 2567
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz